İSKƏNDƏRİYYƏ

александрия (крупный город в северной африке)
İSKƏNCƏBİ
İSKƏNƏ
OBASTAN VİKİ
İskəndəriyyə
İsgəndəriyyə və ya Aleksandriya (yun. Αλεξάνδρεια) — Misirin Aralıq dənizi hövzəsində, Nil çayının deltasında yerləşən şəhərdir. 3,87 milyon əhalisi olan bu şəhər Qahirədən sonra Şimali Afrikada ikinci ən böyük şəhər sayılır. == Tarixi == Arxeoloji qazıntıların nəticələrinə əsasən insanlar İsgəndəriyyə ərazisində artıq e.ə. 2700 və 2200-cü illər arasında məskunlaşmışlar. İkinci axın e.ə. 1000 ilə 800 arasında baş verir. Yunan şəhəri İsgəndəriyyənin təməli e.ə.331-ci ildə Makedoniyalı İsgəndər tərəfindən qoyulur. Ancaq onun özü bu şəhəri görə bilmir. İsgəndərin hücumları zamanı başqa dövlətlərdə (İran və Hindistan) bu adda şəhərlərin yaradılmasına baxmayaraq Misirdəki şəhər ən əzəmətlisi olmuşdur.
Filon İskəndəriyyəli
İskəndəriyyəlí Filón (lat. Philos Alexandreos), Yəhudi Filon; təq. e.ə. 15, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 50, İsgəndəriyyə, Roma Misiri[d]) — Antik dövrün yəhudi filosofu, Əhdi-Ətiqin ekzegeti (təfsirçisi), orta platonizm məktəbinin təmsilçici. Loqos haqqında özəl təlimi ilə tanınmışdır. Onun ekzegetik metodu Yəhudiliyə az təsir etmişdir. Ancaq ondan Xristian ilahiyyatçıları daha çox yararlanmışdırlar. Ona görə də Filonun Xristian ilahiyyatının inkişafına böyük təsiri olmuşdur. İsanın Tantının Sözü kimi təsəvvürlərinin inkişafında Filon fəlsəfəsinin təsiri vardır.
Hierokles (İskəndəriyyəli)
İskəndəriyyəli Hierokles (yun. Ἱεροκλῆς, m. V-ci yüzilliyin ikinci yarısı) — yeni-platonçuluğun İskəndəriyyə məktəbinin ən tanınmış nümayəndələrindən biri onun yaradıcısı. O, bir çox əsərlərin müəllifi idi. Onlardan bəziləri günümüzə gəlib çatmışdır. Bizə çatmış əsərlərin ən tanınmışları pifaqorçuların "Qızıl şeyrlər" kitabına şərhlər və "Tale haqqında" əsərindən fraqmentlərdir. == Fəlsəfəsi == Hierokles artıq Xristianlığın çox geniş yayıldığı dövrdə yaşamışdır. Ona görə də bəzi araşdırmaçılar hesab edirlər ki, onun fəlsəfəsində bu dinin ilahiyyatı neoplatonizm fəlsəfəsi ilə qarışmışdır. Ancaq, başqaları bununla razılaşmış və iddia edirdilər ki, Hieroklesin fikirləri Platon fəlsəfəsinin fərqli yorumudur. Hierokles, başqa neoplatonçulardan fərqli olaraq, birinci və hər şeydən uca olan İlk başlanğıcı dünyanın yaradıcısı olan Demiurqosdan ayırmır və onları birlikdə olan Tanrı kimi görürdü.
İskəndəriyyəli
İskəndəriyyəli — İskəndəriyyəli Afanasi — Kilsə atalarından biri, erkən dövr xristian din xadimi, İsgəndəriyyə yepiskopu. İsgəndəriyyəli Appian — milliyyətcə yunan olan Qədim Roma tarixçisi. İskəndəriyyəli Origen — Bibliyanın təfsiri ilə məşğul olmuş alim. İskəndəriyyəli Leonid — İskəndəriyyəli Papa — İskəndəriyyəli Arius — Aryanizm dini cərayanın banisi. İskəndəriyyəli Menelay (d. I əsr – ö. II əsr) — Qədim Yunan riyaziyyatçısı və astronomu İskəndəriyyəli Diofant — İsgəndəriyyəli Kirill — IV-V əsrlərdə İsgəndəriyyə yepiskopu, xristian müqəddəsi, ilahiyyatçı. İsgəndəriyyəli Heron — yunan riyaziyyatçısı və mexaniki. İsgəndəriyyəli Ktesibios — yunan riyaziyyatçısı, mühəndisi və ixtiraçısı İsgəndəriyyəli Filon — dini mütəfəkkir, ilahiyyatçi. İsgəndəriyyəli Hipatiya (370–415) — Astrolab cihazını ixtira edən alim.
İskəndəriyyəli Afanasi
İskəndəriyyəli Afanasi və ya Böyük Afanasi — Kilsə atalarından biri, erkən dövr xristian din xadimi, İsgəndəriyyə yepiskopu. == Həyatı == O, 297-ci ildə İskəndəriyyədə dünyaya gəlmişdir. Ailəsi və gənclik illəri haqqında demək olar ki, məlumat yoxdur. Sadəcə bəzi mənbələrdə İskəndəriyyə yepiskopu Aleksandrın tələbəsi olduğu qeyd edilmişdir. 325-ci ildə Nikeya şəhərində keçirilmiş Kilsə Məclisində iştirak etmişdir. Bu dövrlərdə rəsmi kilsə ilə arrian məzhəbinin nümayəndələri arasında gərgin mübarizə getdiyindən Nikeya Məclisinin qərarı ilə həmin məzhəbin yaradıcısı Arius bidətçi elan edilərək, sürgün olunmuşdu. Həmin ərəfədə Aleksandr vəfat etdiyindən İskəndəriyyə yepiskopluğu vəzifəsinə Afanasi yiyələnmişdir. == Yepiskop fəaliyyəti == Afanasinin yepiskopluğunun ilk dövrü nisbətən sakit məcrada keçmişdir. Lakin arrian məzhəbindən olan yepiskop Evsevinin imperator Konstantinə təsiri nəticəsində Arius sürgündən azad edilərək, kilsəyə bərpa olunmuş və öz görüşlərini yaymağa başlamışdı. Beləlilkə, onun ideyaları xeyli sayda tərəfdar qazanaraq, əsas düşüncəyə çevrilmişdi.
İskəndəriyyəli Diofant
İskəndəriyyəli Diofant (ing. Diophantus; 201 – 285) — qədim yunan riyaziyyatçısı. 13 kitabdan ibarət "Hesab" əsərinin müəllifidir (onlardan 6-sı qədim yunan, 4-ü isə ərəb tərcümələrində saxlanmışdır). İlk dəfə məchul və onun qüvvəti üçün hərfi işarələməni daxil etmişdir. Qeyri-müəyyən tənliklər haqqında (Diofant tənlikləri) təlimin yaradıcısıdır.
İskəndəriyyəli Menelay
İskəndəriyyəli Menelay (təq. 70, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 140, Roma) — Qədim Yunan riyaziyyatçısı və astronomu. == Həyatı == 70-ci ildə İsgəndəriyyədə doğulub. Təqribən 140-cı ildə Romada vəfat edib. == Fəaliyyəti == Sferik həndəsə və triqonometriyaya aid "Sferika" (3 kitabdan ibarət) əsərinin müəllifidir. == Əsərləri haqqında == Nəsrəddin Tusinin müstəvi və sferik triqonometriyadan bəhs edən "Şəklül-qita" ("Tam dördtərəfli haqqında traktat") əsərində Menelay teoreminin, müasir triqonometriyanın əsas teorem və düsturları verilmiş, sferik üçbucağın üç bucağına görə tərəfləri təyin edilmiş, diskret və kəsilməz kəmiyyətlər anlayışına dialektik tərif verilmişdir. Nəsrəddin Tusi həmçinin "Menelayın "Sferika" əsəri" adlı əsərin müəllifidir.
İskəndəriyyəli Origen
Origе́n — (yun. Ὠριγένης, lat. Origenes Adamantius; təqribən 185, İsgəndəriyyə — təqribən 254, Tir) — yunandilli xristian ilahiyyatçısı, filosof, alim. == Bioqrafiyası == Misirdə xristian ailəsində anadan olmuşdur. Yetkinlik yaşına çatandan sonra, Plotinlə birlikdə neoplatonizm məktəbinin yaradıcısı Ammonius Sakkasın tələbəsi olmuşdur. Abid həyatı keçirmişdir. Az yemiş, az yatmış, günlərini ibadətdə keçirmişdir. Hətta inancı o qədər möhkəm idi ki, günah etməsin deyə gənc yaşlarında özünü axtalamışdı. Bu barədə kilsə tarixçisi Eusebius yazmışdı. Sonra, Klementin başçılıq etdiyi İsgəndəriyyə ilahiyyat məktəbində təhsilini davam etdirmişdi.
İskəndəriyyəli Papp
İskəndəriyyəli Papp (yun. Πάππος ὁ Ἀλεξανδρεύς; təq. 290, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 350) — qədim yunan riyaziyyatçısı. == Həyatı == == Fəaliyyəti == "Riyazi toplu" (8 kitabda) əsərində qədim yunan müəlliflərinin ən mühüm nəticələrini şərh etmişdir.
град ложево́й мародёрский на носу́ ржи́ца шиваи́зм безостано́вочный брату́шка загримирова́ться монта́жная подня́ть голову полома́ться фило́нить aerodist bowling green chive de-tank entrapment notanda padlock squash racquets капитал ловелас перхоть трепать