İSLATMAQ

f.
1. Yaş eləmək, islaq hala gətirmək.
İndi [Xədicənin] gözlərindən sakitcə axan yaşlar yanaqlarını isladıb axır… axır… bir dürlü bitmək bilməyirdi. S.Hüseyn.
Çatıldı qaşların, darıldın mənə; İslatdı jalələr nazik bədəni. Ə.Cavad.
Gözlərindən tökülən isti yaşlar isə onun açıq sinəsini islatdı. H.Nəzərli.

2. Su çiləyib, su vurub yaşlatmaq, nəmlətmək.
Kərbəlayı Qulu usta Ağabalanın uzun papağını çıxartdı və başını su ilə islatdıqda bir neçə suallar elədi. Çəmənzəminli.

3. İslanmaq üçün suya (və s. məhlula) qoymaq, suda saxlamaq. Düyü islatmaq. Paltar islatmaq.
– Böyük tabaqlara buğda töküb isladardılar. H.Sarabski.
Qərənfil ilə Yasəmən çiyid islatmaq üçün kənddə qalmışdı. Ə.Vəliyev.

4. məc. dan. Döymək, kötəkləmək, əzişdirmək.
Sair şeyxlər duyuq düşüb haman maralı lazımınca islatdılar. Ə.Haqverdiyev.
Bir neçə dəfə biçarəni bu sayaq isladıb döydülər və döydükcə deyirdilər: – Əl çəkəcəksən bizim yaxamızdan? E.Sultanov.

◊ Boğazını islatmaq – bax boğaz1.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İSLATMAQ 1. İSLATMAQ, NƏMLƏTMƏK, YAŞ ETMƏK, YAŞLAMAQ 2. islatmaq bax döymək 1
  • İSLATMAQ döymək — kötəkləmək — əzişdirmək
  • İSLATMAQ yaşlatmaq — nəmlətmək

Antonimlər (əks mənalı sözlər)

  • İSLATMAQ İSLATMAQ – QURUTMAQ Yağış isladar, gün qurudar (Ata. sözü)

Etimologiya

  • İSLATMAQ İs hissəsi göstərir ki, qədim kök “su” anlamı ilə bağlı olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İSLATMA
İSLIQ

Digər lüğətlərdə

гу́лко закише́ть пичу́жечка созерца́тельный тихохо́д безыску́сственно древе́сница косноязы́кий негну́щийся немота́ степе́нный долой Егор порота эзельгофт blue ground ichthyosaur inception islot Mercy separation table chair thanks to баротерапия одуванчик