İSLAM
İSMƏLİ
OBASTAN VİKİ
İsmayıl
İsmayıl peyğəmbər – İbrahim peyğəmbərin Həcərdən olan oğludur. == Həyatı == Həcər Şamın qibtilərin şahı (yaxud bir çoxlarının dediyi kimi Misirin şahı) tərəfindən Saraya bağışladığı kəniz idi. Həcər həmişə Saranın qulluğunda hazır və onun evində yaşayırdı. İbrahim öz vətənindən hicrət etdikdən sonra Şamda yaşayırdı. İbrahimin birinci arvadı Sara onun xalası qızı idi. Amma üstündən bir neçə il keçsə belə onların övladı olmurdu. Bu zaman İbrahim Saraya Həcər ona satmağını təklif etdi ki (Bəzi rəvayətlərdə bunun Sara tərəfindən təklif olunduğu yazılır), onunla evlənsin və bəlkə Allah ona bir övlad mərhəmət etdi. Nəhayət İbrahim Həcər ilə evləndi və ondan İsmail dünyaya gəldi. Bu hadisə Şamda baş verdi. Amma çox çəkmədi ki, İbrahim Həcər və oğlu İsmaili götürüb Məkkəyə gəldi və orada onları sakin etdi.
Cavid İsmayıl
Cavid İsmayıl (tam adı:İsmayıl Cavid Əjdər oğlu; 1 iyun 1972, Çomaxtur, İliç rayonu) — Azərbaycan iqtisadçısı, hüquqşunas. İqtisad üzrə fəlsəfə doktoru, "İqtisadi araşdırmalar - beynəlxalq jurnal"ın təsisçisi, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədr müavini. == Həyatı == Cavid İsmayıl 1 iyun 1972-ci ildə Naxçıvan MSSR-nin Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1988-ci ildə orta məktəbi, 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə NDU-nun "Hüquq" fakultəsini, sonra isə 2018-ci ildə "Beynəlxalq münasibətlər" üzrə üçüncü ali təhsilini almışdır. Cavid İsmayıl hələ yeniyetmə vaxtlarından Azərbaycan xalqının SSRİ imperiyasına qarşı apardığı mübarizəyə, milli azadlıq hərəkatına qoşulmuş və könüllü olaraq Naxçıvan ərazisinə soxulmağa cəhd edən erməni quldurlarına qarşı döyüşlərdə fəal iştirak etmişdi.1989-cu ildə sərhəd hərakatının və SSRİ imperiyasının sərhədlərinin dağıdığılmasının fəal iştirakçısı oıan yeniyetmə Cavid, 1991-ci ilin yanvar ayının 7-də, o vaxtın ən strateji sərhəd ərazisi sayılan, bu günkü Azərbaycan-Türkiyə sərhədinin yerləşdiyi ərazinin Azərbaycana aid olmasına baxmayaraq sərhəd idarə etmə tabeliyi o vaxtkı Ermənistan SSR-in ərazisində yerləşdiyindən Moskva bütün gücünü toplayaraq bu hissədən keçən sərhəd mühəndis-texniki qurğuların toxunulmazlığını təmin etməsində israrlı olduğu halda Cavid İsmayıl ilk olaraq az bir sayda silahdaşları ilə fədakarlıq göstərərək həmin strateji sahəni dağıtmağa nail oldular. Ümumilikdə milli azadlıq hərəkatı zamanı SSRİ DTK tərəfindən üç dəfə istintaqa cəlb edilən yeniyetmə Cavid İsmayıl məhz Türkiyə ilə sərhəddin açılmasında da fəallığına görə istintaqa da cəlb edilmişdi. Ümumiyyətlə xalq tərəfindən imperiyanın tikanlı məftillərinin dağıdılması və həmin hadisə Moskva şəhərində nəşr edilən ümumittifaq miqyaslı qəzet "Moskovski novosti"nin bir neçə nömrəsində işıqlandırlmışdı.Hərbi mükəlləfiyyətlidir, ailəlidir, üç övladı var. Cavid İsmayıl professor Əjdər İsmayılovun oğlu, istiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən olan, əsasən Şərur-Dərələyəz istiqamətində erməni daşnaqlarına qarşı mübarizə aparmış, Nuru Paşanın ödül verdiyi Tağı İsmayılovun isə nəvəsidir. == Elmi fəaliyyəti == Cavid İsmayıl 1996-cı ildən bu hal-hazıra qədər Hüquq Mühafizə statuslu dövlət orqanında xidmət etməsilə yanaşı, hələ məktəbli vaxtlarından onun elmə olan böyük marağı bu istiqamətdə inkişaf etməsinə aparmışdır.
Eldar İsmayıl
İsmayılov Eldar Ələsgər oğlu (10 mart 1942, Ağbulaq, Çəmbərək rayonu – 20 fevral 2021, Bakı) – şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003), Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" və "Araz" ali ədəbi mükafatı laureatı, "Əməkdar jurnalist" (20.09.2010) == Həyatı == Eldar İsmayıl 10 mart 1942-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. Bakı Mədəni Maarif Texnikumunda və 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb.2021-ci il fevralın 20-nə qədər Azərbaycan Tibb Universitetinin nəşri olan "Təbib" qəzetinin baş redaktoru olub. İlk mətbu əsəri Eldar Ağbulaqlı imzası ilə "Lenin yolu" qəzetində 1961-ci ildə "Kəndimiz" adlı şeiri ilə başlayıb. 2003-cü ildən AYB-nin üzvü olub. "Ulu Göyçə", "Mən kiməm", "Türkün xilaskarı", "Ulu Turan yolunda" adlı poemalarında odlu vətənpərvərlik duyğusu ilə tamamlanmış silsilə şeirləri verilmişdir. Eldar İsmayıl "Xüsusi mükafat"a layiq görülmüş "Göyçənin qisası qalır" və "Səttar oğlu" tarixi romanlarının, "Məndən ötrü Ermənistan yoxdu, yox", "Ağrı dağı qədər ağrılarım var", "Ermənistan türklərinin 1988-ci il soyqırımı" publisistik əsərlərinin müəllifidir. "Türkün xilaskarı" (2005) poeması Türk xalqına, Türkiyə Cümhuriyyətinin banisi Atatürkə həsr olunmuşdur. Bu şairin türk dünyasına sevgisinin, məhəbbətinin təcəssümü deyilmi? Onun bu zəhməti də Türkiyədə yüksək qiymətləndirilmiş, Türk Dünyası Araşdırmaları Uluslararası Elmar Akademiyası Yüksək Yönetim Kurulunun qərarı ilə Türk ədəbiyyatının inkişafında xidmətinə görə "Türk Ədəbiyyatına Hizmət" beynəlxalq ödülü ilə mükafatlandırılmışdır. Şairin zəhmətinin növbəti dəyərləndirilməsi "Heyrət" ədəbi dərgisinin dövlət və cəmiyyətin təməl prinsiplərinin qorunmasını, inkişafını özündə ehtiva edən səmərəli ədəbi fəaliyyətinə, ictimai vətəndaşlıq mövqeyinə görə "Məslək Şərəf Diplomu" ilə təltif edilməsidir.
Fazil İsmayıl
İsmayıl Fazil Mürşüd oğlu - (25.05.1938, Bakı şəhəri - 18.06.2013, Bakı şəhəri) - Azərbaycan Respublikasının Əməkdar Arxitektoru. Fazil İsmayıl 25 may 1938-ci ildə Bakının Keşlə qəsəbəsində anadan olub. 1961-ci ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin memarlıq şöbəsini bitirib. == Fəaliyyəti == Fazil İsmayılın adı Azərbaycanda su elektrik stansiyalarının layihələndirilməsi ilə bağlıdır. 20-ci əsrin 70-ci illərində Fazil İsmayıl Vyetnamda “Txak-ba” və “Xaobin” su elektrik stansiyalarının layihələndirilməsində iştirak edib və bu xidmətlərinə görə “Xalqlar dostluğu” medalı ilə təltif olunub. 1985-1989-cu illərdə Memarlar İttifaqının rəyasət heyətinə üzv seçilib. Fazil İsmayıl, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Memarı adına layiq görülüb. 1993-cü ildə memarlıq fəaliyyəti nəzərə alınaraq Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvi seçilib.
III İsmayıl
III Şah İsmayıl (fars. شاه‌اسماعیل سوم‎; tam adı: Əbu Turab İsmayıl ibn Seyid Murtuza; 1733, İsfahan – 1773, Abadan, Xuzistan ostanı) — Səfəvilər xanədanlığından olan XIII İran şahənşahı. Hüquqi olaraq İran şahı olmuşdur. Dövləti onun adından Kərim xan Zənd və Raziya Sultan idarə etmişdir. == Həyatı == Şah İsmayıl 1733-cü ildə anadan olmuşdur. Sultan Hüseynin nəslindəndir, atası Seyid Murtuza Mirzə, anası Səfəvi hökmdarı Sultan Hüseynin qızı Məryəm sultandir. 1747-ci ildə Nadir şah öldürüldükdən sonra İranda və Azərbaycanda hakimiyyət uğrunda mübarizə başlandı. İranın cənubunda isə özlərinə Şiraz şəhərini mərkəz seçən fars Zəndlər sülaləsi hakimiyyət uğrunda mübarizə aparırdılar. Onlara çox gözəl aydın idi ki, Nadir şahın öldürülməsinin və Əfşarlar İmperiyasının parçalanmasının ən böyük səbəblərindən biri də məhz Səfəvilər sülaləsi amili idi ki, Kərim xan Zənd və Əli Mərdan xan Bəxtiyari də bundan məharətlə istifadə etdilər. Belə ki, 1747–1749-cu illərdə Əfşar Xanədanlığı özü də dərin siyasi böhran keçirirdi.
II İsmayıl
II İsmayıl (fars. شاه اسماعیل دوم‎; 31 avqust 1533, Qəzvin – 24 noyabr 1577, Qəzvin) — Səfəvilər dövlətinin 3-cü şahı və I Təhmasibin oğlu. == İlkin həyatı == 28 may 1537-ci ildə Ərdəbildə doğulmuşdur. Atası I Təhmasib anası Sultanım bəyim Mosulludur. Atasının sıraca üçüncü, həyatda qalan ikinci oğlu idi (ən böyük qardaşı Əliqulu mirzə hələ 1529-cu ildə vəfat etmişdi). Hələ 1547-ci ildə Şirvan bəylərbəyi təyin olunmuşdu. Lələsi isə Göycə sultan Qacar idi. == Bəylərbəyi kimi fəaliyyəti == 1547-ci ildə Şirvanşah şahzadəsi Bürhan Əlinin hücumuna məruz qalmışdı, lakin bu hücumu dəf edə bilmişdi. 1554-cü ildə Ərzurumda İsgəndər paşa ilə Səfəvi ordusu arasında gedən döyüşdə qızılbaşlara sərkərdəlik edir və qaladan qıraqda gedən döyüşlərdə onun rəhbərlik etdiyi qoşun Osmanlını məğlub edir. Əxlat və Ərciş qalalarını ələ keçirir.
I İsmayıl
Şah İsmayıl Səfəvi, I İsmayıl və ya Şah İsmayıl (tam adı: Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi; 17 iyul 1487[…], Ərdəbil – 23 may 1524[…], Ərdəbil) — Səfəviyyə təriqətinin şeyxi (1494–1524); Səfəvilər dövlətinin banisi və ilk şahı;şair. O, 1501-ci ilin iyulunda Təbrizdə Azərbaycanda şah taxtına oturdu.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şah İsmayıl Xətai Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir.Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar Şah İsmayıl Xətai olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkcəsində, qismən də fars və ərəbcə yazmışdır. == Soykökü == I Şah İsmayılın altıncı əcdadı, mərkəzi Ərdəbildə yerləşən Səfəviyyə sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqdır (1252–1334). Bir sıra Səfəvi mənbələri Səfəvi əcdadlarının tarixçəsini Şeyx Səfiəddinin yeddinci əcdadı olan və XI əsrdə yaşadığı güman edilən Firuzşah Zərrinkülaha bağlayırlar və onun yeddinci şiə imamı Musa əl-Kazımın nəslindən gəldiyini bildirirlər. Lakin araşdırmalar nəticəsində belə bir fikir irəli sürülmüşdür ki, Firuzşahı İmam Musa əl-Kazım vasitəsilə peyğəmbər və imamlar nəslinə bağlamaq cəhdi Səfəvilər sülaləsinin hakimiyyətə gəldiyindən sonra hökmranlıqlarının legitimliyini əsaslandırmaq məqsədini güdürdü. Tarixşünaslıqda Səfəvi əcdadlarını qeyri-türk etnoslarla əlaqələndirmək üçün müəyyən cəhdlər edilmiş, Firuzşahın Cənubi Ərəbistandan (Yəməndən), Kürdüstandan və hətta Fars vilayətindən köçərək, Azərbaycanın Ərdəbil nahiyəsinə gəldiyi barədə iddialar ortaya atılmışdır.
Kərbəlayı İsmayıl
Kərbəlayı İsmayıl — Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatının ən fəal üzvlərindən biridir. Həmin dövrdə Azərbaycanın, Ermənistanın və Gürcüstanın müxtəlif yerlərində xalq arasında hökumətə qarşı güclü müqavimət ruhu baş qaldırmışdı. O dövrdə Quba ətrafında gedən müqavimətə Qaçaq Mayıl, Lənkəranda Cankişi, Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund, Gürcüstanda (Qarayazıda) Qaçaq İsaxan başçılıq etmişlər. == Həyatı == Kərbəlayi İsmayıl 1870-ci ildə Vedibasar mahalının Çimən kəndində anadan olub. Ömrünün böyük hissəsini ermənilərin soyqırımı həyata keçirdikləri Azərbaycan torpaqlarında tarixi cinayətlərin baiskarlarına qarşı mübarizədə keçirib. 1931-ci ildə o, Araz çayını keçərək Daşburuna gəlib. Sovet xüsusi xidmət orqanları tərəfindən təqib edilən Kərbəlayi İsmayılı yerli əhali qoruyub. Bundan sonra o, daşburunlularla birlikdə türk torpaqlarını qorumaq üçün mücadilə aparıb. 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalı ilə barışmayanların əksəriyyəti hələ Sovet dönəmində xalqın sevimlisinə çevrilmişdi. Bu gün də haqqında maraqla danışdığımız Kərbəlayi İsmayıl kimi.
Məmməd İsmayıl
İsmayıl Mürşüd oğlu Məmməd (1 noyabr 1939, Əsrik Cırdaxan, Tovuz rayonu) — Azərbaycan şairi. == Həyatı == M. İsmayıl 1939-cu ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində dünyaya gəlmişdir. 1957-ci ildə Əsrik-Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirmişdir. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini,2013-cü ildə Türkiyənin Çanaqqala On səkkiz Mart Universitetində professor ünvanı almışdır. 1966-1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975-1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976-1980-ci illərdə "C.Cabbarlı adına Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980-1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983-1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983-1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, 1988-1992-ci illərdə "Gənclik-Molodost" jurnallarının baş redaktoru vəzifələrində çalışmışdır. 1989-1993-cü illərdə Xalq hərəkatında iştirak etmiş və "Demokratik Qüvvələr Birliyi"nin həmsədri kimi fəaliyyət göstərmişdir. 1992-1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin idarə heyətinin sədri vəzifəsində çalışmışdır. 1995-1996-cı illərdə Türkiyədə "TİKA" və "Türk Dil Qurumu"nun birgə lüğət layihəsində ekspert kimi fəaliyyət göstərmişdir. 1996-cı ilin may ayından Türkiyənin Çanaqqala On səkkiz Mart Universitetində professor kimi elmi fəaliyyətlə məşğuldur. == Ədəbi fəaliyyəti == 14 yaşından bədii yaradıcılıqla məşğuldur.
Qanlı İsmayıl
Qanlı İsmayıl (1810-1843) – qaçaq. == Həyatı == Rzaqulu bəyin üçüncü oğlu İsmayıl bəy 1810-cu ildə İyürmidörd mahalının Şirvanlı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Rus dövlətinə qarşı çıxmış, qaçaq düşmüşdü. Qanlı İsmayıl ayaması ilə tanınırdı. Baba bəy Şakir yazırdı: Rus tədqiqatçısı 1844-cü ildə yazır: "Güclənən quldurluq və qarətçiliyin səbəbləri. Qarabağda güclənən quldurluq və qarətçiliyin səbəbləri və həmişə güclənməsi bağlıdır: a) Qarabağın xan soyunun və bəylərin saxtakarlara himayədarlığı, b) vilayətdə köçərilərin çoxluğu, v) cinayətlərin məsuliyyətə cəlb еdilməməsi: a)Qarabağ bəyləri ən azı 2 min nəfər kişi cinsindəndir, 8-10 nəfəri çıxmaqla, qalanı oğru və quldurları qoruyur, himayə еdir, qanun izləyicilərindən gizlədir, nəinki öz malikanələrində, hətta öz еvlərində saxlayırlar. Rəislərə onları yaxşı adam kimi qələmə vеrir, öz rəiyyətlərini quldurluğa təhrik еdirlər. Çoxları da onlara özlərini nümunə kimi göstərirlər. Xüsusiyyətlə, xan ailəsindən olanlar bu kеyfiyyətdə fərqlənirlər.
Rüfət İsmayıl
Rüfət Əli oğlu İsmayılov, daha çox Rüfət İsmayıl olaraq tanınır (2 fevral 1981, Bakı) — Azərbaycan modelyeri, modeli, sahibkarı, biznesmeni. Beynəlxalq arenada Türkiyə və Azərbaycanın rəsmi moda elçisi olan Rüfət İsmayıl "AFFFAİR" tekstil şirkətinin qurucusu, "AFFFAİR" brendinin yaradıcısıdır. O, ilk və Azərbaycan dizayneridir ki, kolleksiyaları Dubay, İstanbul, Tehran, Beyrut, Nyu-York, Florensiya və Buxarest moda həftələrində nümayiş etdirilmişdir. == Erkən illəri və təhsili == Rüfət Əli oğlu İsmayılov 2 fevral 1981-ci ildə Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində, Əli İsmayılov və Dilbər Topçubaşovanın ailəsində anadan olmuşdur. Nigar Topçubaşovanın qardaşıdır. Rüfət İsmayıl 1986–1996-cı illərdə Bakı şəhəri Nərimanov rayonu 20 saylı orta ümumtəhsil məktəbinin 10 sinfini bitirmiş, eyni zamanda 1987–1995-ci illərdə Nərimanov rayonu 16 saylı Musiqi Məktəbində musiqi təhsili almış, fortepiano üzrə 8-ci sinfini bitirmişdir. O, 1994-cü ildə Osman Mirzəyev adına Jurnalistika kursuna da yazılaraq, oranı da fərqlənmə diplomu ilə bitirmişdir. 1996–2001-ci illərdə Azərbaycan Ali Diplomatiya Kollecinin Beynəlxalq Əlaqələr fakutəsindən məzun olmuş, 2002–2007-ci illərdə Almaniyanın Höte Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirmişdir. Rüfət İsmayıl həmçinin, 2013–2014-cü illərdə Türkiyənin Esmod Vakko Tasarım Okulunda Tasarım və Modelist ixtisası üzrə təhsil almışdır. Azərbaycan, türk, rus, alman, flaman və ingilis dillərini bilir.
Salam İsmayıl
Salam Xeyrulla oğlu İsmayıl — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Salam İsmayıl 23 aprel 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun aktyorluq fakültəsini bitirmişdir. 1974–1976-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsində işləmiş, 1977-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Kino sahəsində bir neçə irili və xırdalı rollarda çəkilmişdir. Teatr xadimlər ittifaqının üzvü, ""Qızıl Dərviş" mükafatı" mükafatı laureatıdır. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Əsas rolları == Solğun çiçəklər (C. Cabbarlı) — Bəhram, Aydın (C. Cabbarlı) — Novruz bəy Oqtay Eloğlu (C. Cabbarlı) — Mazadaranski Maral (H. Cavid) — Cəmil Atabəylər (N. Həsənzadə) — Abubəkir Sənsiz (S. Qurbanov) — Tərlan == Filmoqrafiya == Bizim küçənin oğlanları (film, 1973) Qocalar, qocalar... (film, 1982) Yük (film, 1995) Bir anın həqiqəti (film, 2003) Koroğlu (film, 2003) Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film) — rol: Qəzənfər Cavad xan (film, 2009) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: bağban Kərim Həsənov Çölçü (film, 2012) Tək olanda qorxma...
Xaqani İsmayıl
Xədicə İsmayıl
Xədicə İsmayıl, bəzən Xədicə İsmayılova (tam adı: Xədicə Rövşən qızı İsmayılova; 27 may 1976, Bakı) — Azadlıq Radiosunun Bakı bürosunun jurnalistidir. Azadlıq Radiosuna gəlməzdən öncə İsmayılova 10 il jurnalistikada çalışmış, o cümlədən bir neçə Azərbaycan qəzetində müxbir və redaktor vəzifəsində işləmişdir. == Fəaliyyəti == "Exo", "Caspian Business News", "Eurasinaet.org", "Washington Times", "The New York Times", "BBC", "Deutsche Welle", "Voice of America" (Amerikanın Səsi) kimi kütləvi informasiya vasitələri üçün siyasi və iqtisadi mövzularda yazılar yazmışdır. Xədicə İsmayılova həm də İranda və Azərbaycanda insan hüquqları, eləcə də neft, iqtisadiyyat, daxili və regional siyasət barəsində materialların müəllifidir. Öz yazılarına görə 2001-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi mükafatına layiq görülmüşdür. Eyni zamanda Xədicə İsmayılova jurnalistika sahəsində təlimçi kimi kifayət qədər tanınır. == Həbs olunması == Xədicə İsmayıl 2014 ilin dekabrın 5-də həbs olunub. Əvvəlcə ona jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə ittihamı irəli sürülüb. Fevralın 13-də isə ona qarşı daha 4 maddə ilə — cinayyət məcəlləsinin (CM) 179.3.2 (mənimsəmə və israf etmə — külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib. Fevralın 24-də bütün ittihamlar bir icraatda birləşdirilib.
Yusif İsmayıl
Yusif İsmayıl (türk. Yusuf İsmail; 1857 – 4 iyul 1898, Atlantik okeanı) — "Qorxunc türk" ləqəbli əfsanəvi türk güləşçi. Yunan-Roma güləşi ilə idmanda böyük qələbələr qazanan ilk türk pəhləvanı olduğu güman edilir. 1885-ci ildə Kırkpınar güləşi üzrə əsas pəhləvan olmuşdur. 1894-cü ildən etibarən Avropa və ABŞ-də dövrün ən məşhur güləşçiləri ilə güləşmişdir. Məşhur idmançı 140 kiloqram çəkisində və 1,88 metr boyunda idi. Həyatını ABŞ-dən ölkəsinə dönərkən bir gəmi qəzasında itirmişdir.
İrəc İsmayıl
İrəc İsmayıllı (15 oktyabr 1961, Urmiya) — Əslən Cənubi Azərbaycandan olan yazıçı, publisist, tərcüməçi, lüğətçi. == Həyatı == İrəc İsmayıllı 1961-ci ilin oktyabr ayının 15-də Cənubi Azərbaycanın (İran) Urmiya şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Urmiyada almışdır. Erkən yaşlarından milli azadlıq mübarizəsinə qoşulmuşdur. Ötən əsrin 80-ci illərin ortalarından siyasi səbəblər üzündən vətəni tərk etməyə məcbur olmuş, Norveçə mühacirət etmişdir. Hal-hazırda Norveçin Stavanger şəhərində yaşayır. 1991–1995-ci illərdə Norveçin Stavanger Universitetinin bakalavr, (1995–1996) Böyük Britaniyanın Heriott-Watt Universitetinin magistratura pillələrini bitirmişdir. Bir müddət Stavanger şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbərlik etmişdir. Həmin şəhərin mərkəzi kitabxanasında Azərbaycan dilində kitablardan ibarət bölmənin yaradılmasında mühüm rol oynamışdır. Müxtəlif illərdə Norveçdə neft şirkətində mühəndis kimi fəaliyyət göstərmişdir.
İsmayıl (Auırqazı)
İsmayıl (başq. Исмәғил, rus. Исмагилово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İsmayıl kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 19 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 38 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar, tatarlar və ruslar üstünlük təşkil edir. == Tarixi == Kənd 1600-cu ildə Uzen çayının sol sahilində salınmışdır.
İsmayıl (Avurğazı)
İsmayıl (başq. Исмәғил, rus. Исмагилово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İsmayıl kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 19 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 38 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar, tatarlar və ruslar üstünlük təşkil edir. == Tarixi == Kənd 1600-cu ildə Uzen çayının sol sahilində salınmışdır.
İsmayıl (ad)
İsmayıl — kişi adı. İsmayıl — peyğəmbər, İbrahim peyğəmbərin Həcərdən olan oğlu. İsmayıl Ağakişiyev — Rusiya alimi; tarix elmləri namizədi; İsmayıl İsmayılovİsmayıl İsmayılov (professor)— Texnika elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2017). İsmayıl İsmayılov (jurnalist)— Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. İsmayıl İsmayılov (nazir müavini) — Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini.
İsmayıl Abasov
İsmayıl Teymur oğlu Abasov (21 avqust 1922, Bakı – 22 oktyabr 2006) — Azərbaycan qastroenteroloqu və terapevti, tibb elmləri doktoru (1966), professor (1967), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1989), Azərbaycan SSR Əməkdar elm xadimi (1984). == Həyatı == İsmayil Abasov 21 avqust 1922-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Tibb Universitetində alıb. O, 1943-cü ildə universitetin Müalicə-profilaktika fakültəsini bitirib. == Əsas elmi nailiyyətləri == Madə, bağırsaq və mədəaltı vəzi xəstəliklərinin klinikası, diaqnostikası və müalicəsinə dair bir çox məqalə və kitabların müəllifidir. Həzm orqanlarının müxtəlif xəstəlikləri zamanı onların funksional tədqiqatları aparılmışdır. Qaraciyərin funksional durumu ilə onun histoloji dəyişikliklərinin müqayisəli kliniki izahatı verilmişdir. Yeni diaqnostik və müalicəvi preparatlar öyrənilmiş və tədbiq olunmuşdur. Həzm orqanları xəstəliklərinin Azərbaycanda epidemiologiyası, habelə mədəaltı vəzi və bağırsaq xəstəliklərinin endokrin orqanların funksional vəziyyətinə təsiri öyrənilmişdir. Müxbir üzv İsmayıl Abasovun elmi fəaliyyətinin nəticələri respublikada və xaric­də çap olunmuş 300-dən artıq elmi əsərdə, həmçinin 15 monoqrafiyada öz əksini tapmışdır.
İsmayıl Allahverdiyev
İsmayıl Məhəmməd oğlu Allahverdiyev () — Azərbaycanlı şəhid. == Həyatı == Allahverdiyev İsmayıl Məhəmməd oğlu 1974-ci ildə Gədəbəy rayonu, Arıqıran kəndində anadan olmuşdur. İsmayılın 6 qardaşı var idi. == Hərbi xidməti == 1992-ci ildə hərbi xidmətə gedib. İlk döyüş yolu Laçın bölgəsindən başlandı. Laçının süqutundan sonra evə gəlmişdi. Rayon komissarlığına ərizə yazıb təzədən cəbhəyə yollandı. Bu dəfə Kəlbəcər istiqamətdə döyüşə başladı. Elə həmin rayonun Qamışlı kəndində şəhid oldu. Qəribə xasiyyəti vardı.
İsmayıl Axundov
İsmayıl Axundov (rəssam) (1907—1969) — boyakar və teatr rəssamı, Azərbaycan SSR xalq xəssamı. İsmayıl Axundov (epidemioloq) (1897—1952) — ilk azərbaycanlı epidemioloq.
İsmayıl Ələkbərov
İsmayıl Ələkbərov — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru. == Həyatı == Ələkbərov İsmayıl Ağa Qulu oğlu 6 avqust 1946-cı ildə Bakı şəhərində anadan olub. 1967-1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) fizika müəllimi ixtisası üzrə təhsil almışdır. Müxtəlif Dövlət idarələrində, eləcə də Elmlər Akademiyasının Fizika İnstitutunda laborant, Bakı Tibb Peşə Məktəbində müəllim, məktəbin müdiri, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində bölmə rəisi, Komitənin Tədris Mərkəzinin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilib. İsmayıl Ələkbərov 26 iyul 2022-ci il tarixində işdən çıxarılıb. 1 Ailəlidir. İki övladı var.
İsmayıl Əsgərov
İsmayıl Nəsrulla oğlu Əsgərov (15 noyabr 1914, Ordubad, Naxçıvan qəzası – 17 fevral 2003, Bakı) — Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini. == Həyatı == 1914-cü ildə Ordubad şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə Ordubad İpəkəyirici fabrikində fohlə kimi başlamışdır. 1933-cü ildə Azərbaycan Meşə Təsərrüfatı Texnikumunu bitirərək Ordubad rayon İK-də təlimatçı, daha sonra Azərbaycan LKGİ Ordubad rayon komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri işləmiş, 1938-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, sonra həmin institutun aspiranturasını, daha sonra Moskvada Sov İKP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Bakı Partiya Komitəsi təbliğat-təşviqat şöbəsinin müdir müavini, Azərbaycan LKGİ MK-nın təbliğat-təşviqat üzrə katibi, Azərbaycan LKGİ MK-nın birinci katibi, 1950–1952-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri, 1952-ci ildə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi, 1955-ci ildə Azərbaycan KP MK Ticarət-Maliyyə və Plan şöbəsinin müdir müavini, 1956-cı ildə Azərbaycan SSR Kənd Təsərrüfatı nazirinin müavini, 1957-ci ildə Azərbaycan KP MK Partiya komissiyasının sədri, 1974–1981-ci illərdə Azərbaycan KP MK-da təşkilat-partiya işi şöbəsinin müdiri, 1981-ci ildən Azərbaycan KP MK yanında Partiya komissiyasının sədri,1984–1990-cı illərdə V. İ. Lenin adına muzeyin direktoru vəzifələrində çalışmışdır. "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir. II, V çağırış Azərbaycan SSR Ali Sovetinin, IV çağırış SSRİ Ali Sovetinin və IV çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. 1990-cı ildən respublika əhəmiyyətli təqaüdçüdür.
İsmayıl Əskərov
İsmayıl Nəsrulla oğlu Əsgərov (15 noyabr 1914, Ordubad, Naxçıvan qəzası – 17 fevral 2003, Bakı) — Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini. == Həyatı == 1914-cü ildə Ordubad şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə Ordubad İpəkəyirici fabrikində fohlə kimi başlamışdır. 1933-cü ildə Azərbaycan Meşə Təsərrüfatı Texnikumunu bitirərək Ordubad rayon İK-də təlimatçı, daha sonra Azərbaycan LKGİ Ordubad rayon komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri işləmiş, 1938-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, sonra həmin institutun aspiranturasını, daha sonra Moskvada Sov İKP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Bakı Partiya Komitəsi təbliğat-təşviqat şöbəsinin müdir müavini, Azərbaycan LKGİ MK-nın təbliğat-təşviqat üzrə katibi, Azərbaycan LKGİ MK-nın birinci katibi, 1950–1952-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri, 1952-ci ildə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi, 1955-ci ildə Azərbaycan KP MK Ticarət-Maliyyə və Plan şöbəsinin müdir müavini, 1956-cı ildə Azərbaycan SSR Kənd Təsərrüfatı nazirinin müavini, 1957-ci ildə Azərbaycan KP MK Partiya komissiyasının sədri, 1974–1981-ci illərdə Azərbaycan KP MK-da təşkilat-partiya işi şöbəsinin müdiri, 1981-ci ildən Azərbaycan KP MK yanında Partiya komissiyasının sədri,1984–1990-cı illərdə V. İ. Lenin adına muzeyin direktoru vəzifələrində çalışmışdır. "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir. II, V çağırış Azərbaycan SSR Ali Sovetinin, IV çağırış SSRİ Ali Sovetinin və IV çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. 1990-cı ildən respublika əhəmiyyətli təqaüdçüdür.
"Şah İsmayıl" ordeni
"Şah İsmayıl" ordeni — Azərbaycan Respublikasının ali hərbi ordeni."Şah İsmayıl" ordeni Azərbaycan Respublikasının yeganə dövlət təltifidir ki, bu ordenlə heç kim təltif edilməyib. == Statusu == Azərbaycan Respublikasının ali hərbi ordeni olan "Şah İsmayıl" ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilə bilərlər. "Şah İsmayıl" ordeni aşağıdakılara görə verilə bilər: - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə; - Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə; - görkəmli sərkərdəlik fəaliyyətinə görə; - respublikada fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətlərinə görə."Şah İsmayıl" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "İstiqlal" ordenindən sonra taxılmalıdır. == Təsviri == "Şah İsmayıl" ordeni düzgün səkkizguşəli ulduzşəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında "Şah İsmayıl" yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur. Təltif dəstinə aşağıdakılar daxildir: - boyundan asmaq üçün 27 mm enində, qırmızı çalarlı lenti olan, 50 mm qabarit ölçülü orden; - paltara bərkidilmək üçün elementi olan, beşguşəli 27 mm x 47,5 mm ölçüdə qırmızı çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilən, 35 mm qabarit ölçülü orden; == "Şah İsmayıl" ordeni poçt markası üzərində == 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Şah İsmayıl" ordeninə həsr olunmuşdur. == İstinadlar == == Həmçinin bax == "Zəfər" ordeni "Qarabağ" ordeni "Qızıl Ulduz" medalı == Mənbə == "Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeninin Statutu", Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 755 saylı Qanunu "Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeninin Təsviri", Azərbaycan Respublikasının 1998-ci il 6 fevral tarixli 429-IQD saylı Qanunu "Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu == Xarici keçidlər == "Şah İsmayıl" ordeni qızıldan olacaq Ordenlər və medallar, səh.
86 saylı İsmayıllı seçki dairəsi
87 saylı Ağsu-İsmayıllı seçki dairəsi
Abbasəli İsmayılov
Abbasəli İmamqulu oğlu İsmayılov (20 sentyabr 1995, Babək rayonu, Naxçıvan Muxtar Respublikası – 22 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abbasəli İsmayılov 1995-ci il sentyabrın 20-də Babək rayonunun Qahab kəndində anadan olub. İlk təhsilini Qahab kənd tam orta məktəbində alandan sonra 2010–2013-cü illərdə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyi, 2013–2017-ci illərdə isə Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra hərbi xidmətə başlayıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Abbasəli İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbasəli İsmayılov oktyabrın 22-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Babək rayonunda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbasəli İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbasəli İsmayılov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbasəli İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbasəli İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Abbasəli İsmayılov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Abdulhakim İsmayılov
Abdulhakim İsaxoviç İsmayılov(rus. Абдулхаким Исакович Исмаилов, qum. Абдулгьаким Исакъны уланы Исмайиланы; 1 iyul 1916, Yaxsay, Xasavyurd rayonu – 17 fevral 2010, Xasavyurd, Dağıstan) — Böyük Vətən Müharibəsi zamanı Berlinin alınmasını simvolizə edən qırmızı bayrağı Reyxstaqa sancmış şəxs. Ömrünün sonuna qədər Dağıstanda – doğma kəndi Xasavyurtda yaşamış veteran müharibə dövründə 1-ci Belarus cəbhəsinin 8-ci qvardiyasının 83-cü atıcı kəşfiyyat rotasında qulluq edib. Təqdim olunan şəkildə Reyxstaqa bayrağı məhz İsmayılovun sancdığı 1990-cı ildə üzə çıxıb. O zaman fotoqrafçı Yevgeni Haldey tərəfindən çəkilmiş bu fotonun sirrinin açılmasından sonra İsmayılova Rusiya Qəhrəmanı adı verilib. Bayraq sancılan zaman İsmayılovun yanındakı 2 şəxsdən biri, kiyevli Aleksey Kovalyov 1997-ci ildə dünyasını dəyişib. Digər şəxs isə Minskdən olan Leonid Qoriçevdir. O, döyüşlər zamanı aldığı yara üzündən müharibə bitdikdən bir müddət sonra ölüb. Abdulhakim İsmayılov 2010-cu ildə 93 yaşında vəfat edib.
Adil İsmayılov (hüquqşünas)
Adil Əlviz oğlu İsmayılov (5 iyul 1957, Göyçay – 3 dekabr 2020, Bakı) — hüquqşünas, ictimai xadim, vəkil, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü. 1990-cı və 2000-ci illərdə məşhur məhkəmə proseslərinin iştirakçısı. == Həyatı == Adil Əlviz oğlu İsmayılov 1957-ci il iyulun 5-də Göyçay şəhərində anadan olmuşdur. Bakı şəhərində S.S.Axundov adına 172 saylı orta məktəbdə təhsil almışdır. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır.İki övladı var: İsmayıl İsmayılzadə və Mikayıl İsmayılzadə 2020-ci il dekabrın 3-də Adil İsmayılov koronavirusdan vəfat etmişdir. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1978-ci ildən prokurorluq orqanlarında başlamışdır. Sumqayıt şəhər prokurorluğunda baş müstəntiq, daha sonra 1983-cü ildə Baş Prokurorluqda mühüm işlər üzrə müstəntiq kimi çalışmışdır. 1991-ci ilin sentyabrında öz xahişi ilə prokurorluq orqanlarından ayrılaraq vəkil olaraq fəaliyyətə başlamışdır.1995-ci ildə "ADİSAD" hüquq firmasını təsis etmişdir.Vəkil kimi bir sıra məşhur məhkəmə proseslərində iştirak etmişdir. Adil İsmayılov 1993-cü ildə həbs edilən İsa Qəmbərin, keçmiş daxili işlər naziri İskəndər Həmidovun vəkili olub. Adil İsmayılov 2008-ci ildə "Qanuni Absurdlar" adlı kitab yazmışdır.Kitabda Azərbaycan Respublikasının Cinayət Məcəlləsindəki boşluqlar,bu Məcəllə ilə başqa Məcəllə arasındakı bəzi ziddiyətli məqamlar müəllif tərəfindən özünəməxsus şəkildə şərh edilmişdir.
Alik İsmayılzadə
Alik Ismail-Zadeh (1961, Azərbaycan) (tam adı: Ali Tofiq oğlu İsmayılzadə) — elm xadimi. == Həyatı == Ali İsmayılzadə (Alik Ismail-Zadeh) 1961-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat fakultəsini, 1983-cü ildə M. Lomonosov Moskva Dövlət Universitetinin Fizika fakultəsini, 1990-cı ildə REA Yerin Fizikası Şmitt İnstitutunun Riyazi-geofizika üzrə elmlər namizədi (PhD) dərəcəsini, 1997-ci ildə Rusita Elmlər Akademiyasının (REA) Zəlzələ Proqnozu Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun (İEPTMG), Geofizika üzrə elmlər doktoru (DSc) dərəcəsini bitirmişdir. 1992-ci ildən 2022-ci ilə qədər Rusiya Elmlər Akademiyası IEPTMG Seysmik və Vulkanik Təhlükə Riskinin Modelləşdirilməsi qrupunun rəhbəri, Baş elmi işçi / Professor-tədqiqatçı kimi faəliyyət göstərib. 2001-ci ildən Professor İsmayılzadə Almaniyanın Karlsrue Texnologiya İnstitutunda (KIT) baş elmi işçi vəzifəsində çalışır. == Fəaliyyəti == === Mükafatları === 1993 – Beynəlxalq Elm Fondu mükafatı, Nyu York, ABŞ; 1995 – Avropa Akademiyası mükafatı və medalı, London, Birləşmiş Krallıq; 1995 – İtaliya Təhsil Nazirliyi Tədqiqat Burosu mükafatı, Roma, İtaliya; 1996-1997 – İsveç İnstitutu Tədqiqat Təqaüdü Mükafatı, Stokholm, İsveç; 1999 – Rusiya prezidenti Yeltsin Təqaüdü mükafatı, Moskva, Rusiya; 2000 – Kral Cəmiyyəti Tədqiqat Təqaüdü mükafatı, Cambridge Universiteti, Böyük Britaniya; 2001 – Alexander von Humboldt Tədqiqat Təqaüdü Mükafatı, Almaniya; 2007 – Ən çox istinad edilən sənəd 2004-2007 Elsevier mükafatı; 2007 – Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (IUGG) Baş Katibi seçilib; 2009 – Beynəlxalq Mükafatı (International Award), Amerika Geofizika İttifaqı (AGU); 2011 – Geofiziki Risk və Davamlılıq üzrə İttifaq Komissiyasının fəxri üzvü, Beynəlxalq Geodeziya və Geofizika Birliyi; 2012 – Axford Görkəmli Mühazirə mükafatı, Asiya Okeaniya Geoelmlər Cəmiyyəti (AOGS); 2013 – Kral Astronomik Cəmiyyətinin (Royal Astronomical Society) Fəxri Üzvü; 2017 – Avropa Elmlər Akademiyasının (Academia Europaea) Həqiqi Üzvü; 2018 – Beynəlxalq Elmi Şuranın (International Science Council) Baş Katibi seçilib; 2019 – Geodeziya və Geofizika Beynəlxalq Birliyinin (IUGG) Fəxri Üzvü; 2019 – Amerika Geofizika İttifaqının (AGU) Fəxri Üzvü; 2019 – Səfir Mükafatı (Ambassador Award), AGU; 2022 – Beynəlxalq elmi şurasının (International Science Council) Fəxri Üzvü. === Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat === 1983-1986 – Azərbaycan Milli Elmlər Akademiyası, Geologiya İnstitutu, Kiçik tədqiqatçı; 1987-1990 –Rusiya Elmlər Akademiyası, O.Şmitt adına yerin fizikası İnstitutu, Aspirant; 1990-1998 – Rusiya Elmlər Akademiyası, Zəlzələ Proqnozu Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutu, Baş elmi işçi; 1995-1996 –Triyest Universiteti, Tətbiqi Geofizika şöbəsi, Post-doc, İtaliya; 1995 –Vrije Universiteti, Yer Elmləri Fakültəsi, İştirakçı alim, Amsterdam, Niderland; 1996 –Universität Mainz, Institut für Geowissenschaften, İştirakçı alim, Mainz, Almaniya; 1996 – Elmin İnkişafı Avropa Birliyi – EUROSCIENCE, Təsisçi üzv; 1996-1999 – Kral Texnologiya İnstitutu, Paralel Kompüterlər Mərkəzi, dəvət olunmuş alim, Stokholm, İsveçrə; 1998-2000 – Uppsala Universiteti, Yer Elmləri Bölməsi, dəvət olunmuş alim, Uppsala, İsveçrə; 1999 – "La Sapienza" Roma Universiteti, Fizika Bölməsi, Dəvət olunmuş professor, Roma, İtaliya; 1999 – Hebrew University of Jerusalem, Yer Elmləri İnstitutu, Dəvət olunmuş professor, İsrail; 2000 – Kembric Universiteti (U. Cambridge), Teorik Geofizika İnstitutu, DAMTP, Kral Cəmiyyəti iştirakçı təqaüdü, Kembric, Birləşmiş Krallıq; 2001-2002 – Karlsruhe Universiteti, Geofizika İnstitutu; 2001-2015 – Abdus Salam Beynəlxalq Teorik Fizika Mərkəzi, İştirakçı müəllim, seminar direktoru, Triyest, İtaliya; 2002-2003 – Heidelberg Elmlər Akademiyası, WSM Layihəsi, Baş tədqiqatçı, Almaniya; 2003, Kaliforniya Universiteti (UCLA), Yer və Kosmos Elmləri Bölməsi, Dəvət olunmuş professor, Los-Anceles, ABŞ; 2003-2012 – Karlsruhe Texnologiya İnstitutu/ Karlsruhe Universiteti, Geofizika İnstitutu, Baş alim, Layihə direktoru, Karlsruhe, Almanya; 2005-2016 – Institut de Physique du Globe de Paris, Professeur intive, Paris, Fransa; 2006-2007 – Tokio Universiteti, Zəlzələ Araşdırma İnstitutu, Dəvət olunmuş professor, Tokio, Yaponiya; 2014 – Çin Elmlər Akademiyasının Yer Elmləri Bölməsi, Dəvət olunmuş professor, Pekin, Çin.
Almaz İsmayılova
Altay İsmayılov
Altay İsmayılov — iqtisad elmləri üzrə fəlsəfə doktoru (2007-ci ildən), Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadiyyat (ingilis dilli)" kafedrasının müdiri (2017-ci ildən) və eyni zamanda UNEC Bilik iqtisadiyyatı tədqiqat mərkəzinin rəhbəri (2019-cu ildən). == Həyatı == 5 dekabr 1975-ci ildə Lənkəranda dünyaya gəlmişdir. 1992-cil ildə Bakı şəhərində BDU-nun nəzdindəki 1 nömrəli Fizika, riyaziyyat və informatika təmayüllü liseyi bitirmiş, həmin il İstanbul Universitetinə daxil olmuşdur. 1993-cü ildə dil hazırlığı üzrə Ankara Universiteti TÖMER, 1998-ci ildə İstanbul Universitetinin Siyasi Elmlər Fakültəsinin Menecment ixtisası üzrə bakalavr, 2001-ci ildə Mərmərə Universitetinin Sosial Elmlər İnstitutunun İqtisadi Siyasət ixtisası üzrə magistratura təhsili almışdır. 2007-ci ildə Səlcuq Universitetinin Sosial Elmlər İnstitutunun İqtisadiyyat ixtisası üzrə doktorantura pilləsini tamamlayaraq iqtisad elmləri üzrə fəlsəfə doktoru (PhD) alimlik dərəcəsini almışdır. Doktorantura sonrası (PostDoc) fəaliyyətini 2013-cü ildə Avropa Komissiyası Erasmus Mundus Alrakis II proqramı ilə Polşada Varşava Təbiət Elmləri Universitetində (SGGW), 2014–2015-ci tədris ilində isə ABŞ Dövlət Departamentinin Fulbrayt (Fulbright) programı ilə Amerikada, Arizona Dövlət Universitetində (ASU) tədqiqatçı kimi davam etdirmişdir. 2016–2017-ci tədris ilinin payız semestrində Avropa Şurasının Erasmus+ KA 107 proqramı çərçivəsində Almaniyanın Koblenz Universitetində 1 semestr boyunca dərs demişdir. Əmək fəaliyyətinə özəl sektorda icraçı direktor olaraq başlamış, 2004-cü ildən isə təhsil sektorunda fəaliyyətini davam etdirmişdir. Bu illər ərzində Azərbaycan Memarlıq və İnşaat Universitetində, Qafqaz Universitetində, Xəzər Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müxtəlif vəzifələrdə çalışmışdır. 2017–2021-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadiyyat (ingilisdilli)" kafedrasının müdiri olmuşdur.
Amid İsmayılov
Amid Eldar oğlu İsmayılov (11 fevral 1988, Təzəkənd, Puşkin rayonu – 27 sentyabr 2020 və ya 28 sentyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amid İsmayılov 1988-ci il fevralın 11-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. 1995-2006-cı illərdə Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Amid İsmayılov 2006-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Amid İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid İsmayılov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Təzəkənd kəndində dəfn olunub.
Amin İsmayılov
Amin İsmayılov (İsmayılov Amin İsmayıl oğlu; d. 14 mart 1951, Kürdəmir rayonu) — Aqrar elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (30 iyun 2014). == Həyatı == Amin İsmayılov 14 mart 1951-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. == Elmi əsərləri == 1. Torpaqların diaqnostik modelləri .Bakı,2000,-274s. 2.Azərbaycan torpaq təsnifatının WRB sistemi ilə korrelyasiyası (həmmüəliflərlə). Bakı,2002,-252s. 3. Azərbaycan torpaqlarının informasiya sistemi.
Aqil İsmayılov
Aqil İsmayılov (şəhid)
Aqil İsmayılov (leytenant)
Aqil Əli oğlu İsmayılov (18 iyul 1996, Çomaxtur, Naxçıvan Muxtar Respublikası – 28 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil İsmayılov 1996-cı il iyulun 18-də Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 2002-ci ildə Çomaxtur kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olur.2009 -cu ildə 8-ci sinifi bitirərək Cəmşid Naxçıvanski adina Hərbi Liseyə qəbul olub.Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2018-ci ildə "leytenant" hərbi rütbəsi ilə xidmətə başlayır. 1 il pilotluq kursları keçdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrə daxil olmaq üçün "Təməl komando kurslarına" qatılır. Aqil üçün ən ağır kurs Gürcüstan Dağ komando kursu olur, lakin 500 nəfər iştirakçıdan müvəffəqiyyətlə xidmətini tamamlayan 40 zabitdən biri olaraq kursu bitirir. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Aqil İsmayılov Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir.Xüsusi kəşfiyyat taqımının xüsusi kəşfiyyat qrup komandiri,çevik kəşfiyyat taqımının çevik kəşfiyyat qrup komandiri vəzifələrini yerinə yetirimiş, bir çox kursları fərqlənmə, sertifikat və döş nişanı ilə sonlandırmışdır.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Aqil İsmayılov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şərur rayonunda dəfn olunub.
Aqil İsmayılov (şəhid)
Aqil Ənvər oğlu İsmayılov (16 iyun 1968, Dəllər Cırdaxan, Şamxor rayonu – 1994, Gədəbəy) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ Müharibəsi şəhidi. == Həyatı == Aqil İsmayılov, 16 iyun 1968-ci ildə Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra texniki peşə məktəbində təhsilini davam etdirmişdir. 1986-cı ildə orduya çağrılmış, Penza vilayətində hərbi qulluqda olmuşdur. Ordudan tərxis olunduqdan sonra yenicə təşəkkül tapmış Azərbaycan Milli Ordusu sıralarına yazılaraq vətənin müdafiəsinə yollanmışdır. 1994-cü il iyulun 4-də Gədəbəy rayonunun Qalakənd kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Evli idi. Bir qızı və bir oğlu var.Dəllər Cırdaxan kəndinin mərkəzi küçəsi onun adını daşıyır.
Arif İsmayılzadə
İsmayılzadə Arif Cəfər oğlu (14 avqust 1937, Bakı – 10 aprel 2020, Bakı) — Geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2001), AMEA-nın həqiqi üzvü (2007) == Həyatı == Arif İsmayılzadə 1937-ci il avqustun 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsini bitirdikdən sonra bütün əmək və elmi fəaliyyəti həmişəlik AMEA Geologiya İnstitutu ilə bağlı olmuşdur. Onun tədqiqatlarının əsas istiqamətləri geoloji proseslərdə filiz-maqmatik sistemlərin formalaşmasını və onların metallogenik ixtisaslaşmasını şərtləndirən petrologiya və metallogeniyanın başlıca problemlərinin hərtərəfli öyrənilməsidir. O, 1996-cı ildən "Petrologiya və metallogeniya" seksiyasının rəhbəri, Azərbaycan Geoloqlarının Milli Komitəsinin icraçı-katibi olmuşdur. O, 2007–2013-cü illər ərzində AMEA Rəyasət Heyətinin üzvü və "Yer Elmləri" bölməsinin akademik-katibi olmuşdur. O, elmi kadrların hazırlanmasında böyük fəaliyyət göstərir, uzun illər Bakı Dövlət Universitetində seçmə fənləri tədris edir. Arif İsmayılzadə 9 aprel 2020-ci ildə vəfat edib. == Elmi fəaliyyəti == Onun yaradıcılığının başlanğıc mərhələsi Dağlıq Talışın tədqiqatlarına həsr edilmiş və onun tərəfindən burada ilk dəfə olaraq, qələvi-bazaltoid komplekslərinin inkişaf qanunauyğunluqları müəyyən edilmişdir. Geodinamik rekonstruksiyalar əsasında struktur-formasion analiz metodu ilə onların riftogen dartılmaların qövs arxası komplekslərinə uyğunluğu təyin edilmişdir. Bu tədqiqatlar alimin 1968-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil etmişdir.
Aslan İsmayılov
Aslan Ziyəddin oğlu İsmayılov (20 fevral 1958, Qardabani) — azərbaycanlı hüquqşünas. == Həyatı və fəaliyyəti == Aslan İsmayılov 1958-ci ildə Qardabanidə anadan olub. 1975–1977-ci illərdə Krasnodar şəhərinin kompressor zavodunda tornaçı (tokar) işləyib. 1983-cü ildə Rusiya Federasiyasının Kuban Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirib. 1983–1986-cı illərdə RF-ın Stavropol diyarının Neftekumsk şəhərində xalq hakimi əvəzi, Andropov rayon xalq məhkəməsinin hakimi vəzifələrində işləyib. 1986–1989-cu illərdə Stavropol diyarının Zelençuk rayon xalq məhkəməsinin sədri olub. 1989–1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru, 1993–1994-cü illərdə isə AR Prezidenti Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. 1996–2002-ci illərdə Budapeşt, Varşava, Haaqa, Strasburq və digər şəhərlərdə insan haqları ilə bağlı təşkil olunmuş tədris kurslarında təhsil alıb. 1996-cı ildə Viza hüquq firmasını, 2006-cı ildə Aslan İsmayılov və Partnyorları vəkil bürosunu təsis edib. 1996-cı ildən BMT-nın Nyu-York, Cenevrə, ATƏT-in Vyana, Varşava, Avropa Şurasının Strasburq ofislərində çoxsaylı tədbirlərdə iştirak edib.
Aslan İsmayılov (baş leytenant)
Aslan Əvəz oğlu İsmayılov (1 iyun 1993; Sarvan, Salyan, Azərbaycan — 9 oktyabr 2020; Daşkəsən, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi. == Həyatı == Aslan İsmayılov 1993-cü il iyunun 1-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 1999—2007-ci illərdə İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbində təhsil alıb. Bu məktəbdə 8 sinif oxuduqdan sonra təhsilini 2007—2010-cu illər aralığında Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib. Daha sonra isə 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuş və 2014-cü ildə oradan "leytenant" hərbi rütbəsində məzun olmuşdur. == Hərbi xidməti == Təhsilini başa vurduqdan sonra, yəni 2014-cü ildən İkinci Qarabağ müharibəsi başlayanadək Naxçıvan Muxtar Respublikası və Bakıda yerləşən hərbi hissələrdə xidmət edib. Azərbaycan Ordusunun baş leytenantı olan Aslan İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Hadrut və Murovdağ döyüşlərində savaşıb. Müharibə başlayan zaman o, Xüsusi Təyinatlı Qüvvələrin döyüş qrupunda xidmət edirdi. Oktyabrın 9-da içində Aslan İsmayılovun da olduğu xüsusi təyinatlı qrup Cəbrayılın Daşkəsən kəndində Ermənistan Ordusunun döyüş postu ilə qarşılaşır və aralarında atışma başlayır. Atışma zamanı baş leytenant Aslan İsmayılov aldığı güllə yarasından hadisə yerindəcə şəhid olur.
Aslan İsmayılov (hüquqşünas)
Aslan Ziyəddin oğlu İsmayılov (20 fevral 1958, Qardabani) — azərbaycanlı hüquqşünas. == Həyatı və fəaliyyəti == Aslan İsmayılov 1958-ci ildə Qardabanidə anadan olub. 1975–1977-ci illərdə Krasnodar şəhərinin kompressor zavodunda tornaçı (tokar) işləyib. 1983-cü ildə Rusiya Federasiyasının Kuban Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirib. 1983–1986-cı illərdə RF-ın Stavropol diyarının Neftekumsk şəhərində xalq hakimi əvəzi, Andropov rayon xalq məhkəməsinin hakimi vəzifələrində işləyib. 1986–1989-cu illərdə Stavropol diyarının Zelençuk rayon xalq məhkəməsinin sədri olub. 1989–1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru, 1993–1994-cü illərdə isə AR Prezidenti Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. 1996–2002-ci illərdə Budapeşt, Varşava, Haaqa, Strasburq və digər şəhərlərdə insan haqları ilə bağlı təşkil olunmuş tədris kurslarında təhsil alıb. 1996-cı ildə Viza hüquq firmasını, 2006-cı ildə Aslan İsmayılov və Partnyorları vəkil bürosunu təsis edib. 1996-cı ildən BMT-nın Nyu-York, Cenevrə, ATƏT-in Vyana, Varşava, Avropa Şurasının Strasburq ofislərində çoxsaylı tədbirlərdə iştirak edib.
Aslan İsmayılov (inşaatçı-mühəndis)
İsmayılov Aslan Çopur oğlu (18 may 1951, Əmirxeyir, Çəmbərək rayonu) — "Körpü-Tunel Tikinti" MMC-nin direktoru, Əməkdar Mühəndis == Həyatı == İsmayılov Aslan Çopur oğlu 18 may 1951-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) Qaraqoyunlu mahalının, Krasnoselsk rayonu, Əmirxeyir kəndində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib. 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun nəqliyyat fakültəsinin körpülər və tunellərin tikintisi şöbəsinə qəbul olunmuş, 1974-cü ildə həmin institutu bitirərək təyinatla Moskva şəhərində yerləşən ümumittifaq əhəmiyyətli "Mostotrest"ə göndərilmişdir. A. Ç. İsmayılov 1974–1981-ci illərdə Rusiya Federasiyasında və sonralar Ermənistan Respublikasının Yerevan şəhərində yerləşən 486 nömrəli Körpü Tikintisi İdarəsində iş icraçısı, mühəndis və sahə rəisi vəzifəsində işləmişdir. O, 1981-ci ildə "Mostotrest"dən Bakı şəhəri 100 nömrəli Körpü Tikinti İdarəsinə göndərilmiş və ölkəmizdə çoxsaylı yolötürücülərinin tikintisində çalışmışdır. İşlədiyi dövrlərdə Sank-Peterburq və Moskva şəhərində ixtisasartırma kurslarında olub. A. Ç. İsmayılov 2006-cı ildə "Akkord SDİ Şİrkətlər Qrupu" MMC Şirkətində baş direktorun müavini vəzifəsinə dəvət olunmuş və 2015-ci ilə kimi Layihə rəhbəri və Departament rəisi vəzifəsində işləyib və şirkətdə Körpü-Tunel şöbəsini təşkil edib. Aslan İsmayılov 2015-ci ilin iyun ayından "Körpü-Tunel Tikinti" MMC-nin direktoru vəzifəsində çalışır. Aslan İsmayılov 20–26 iyun 2012-ci il tarixlərdə Tailand Pattaya Krallığında keçirilən Beynəlxalq Konfransda iştirak etmiş və "Keyfiyyətli idarəetmə və idarəetmə sistemlərinin səmərəliliyinin təkmilləşdirilməsinə müasir yanaşma" sertifikatı almışdır. == Ailəsi == Ailəlidir, bir oğlu, bir qızı, dörd nəvəsi var.
Aslan İsmayılov (mühəndis)
İsmayılov Aslan Çopur oğlu (18 may 1951, Əmirxeyir, Çəmbərək rayonu) — "Körpü-Tunel Tikinti" MMC-nin direktoru, Əməkdar Mühəndis == Həyatı == İsmayılov Aslan Çopur oğlu 18 may 1951-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) Qaraqoyunlu mahalının, Krasnoselsk rayonu, Əmirxeyir kəndində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib. 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun nəqliyyat fakültəsinin körpülər və tunellərin tikintisi şöbəsinə qəbul olunmuş, 1974-cü ildə həmin institutu bitirərək təyinatla Moskva şəhərində yerləşən ümumittifaq əhəmiyyətli "Mostotrest"ə göndərilmişdir. A. Ç. İsmayılov 1974–1981-ci illərdə Rusiya Federasiyasında və sonralar Ermənistan Respublikasının Yerevan şəhərində yerləşən 486 nömrəli Körpü Tikintisi İdarəsində iş icraçısı, mühəndis və sahə rəisi vəzifəsində işləmişdir. O, 1981-ci ildə "Mostotrest"dən Bakı şəhəri 100 nömrəli Körpü Tikinti İdarəsinə göndərilmiş və ölkəmizdə çoxsaylı yolötürücülərinin tikintisində çalışmışdır. İşlədiyi dövrlərdə Sank-Peterburq və Moskva şəhərində ixtisasartırma kurslarında olub. A. Ç. İsmayılov 2006-cı ildə "Akkord SDİ Şİrkətlər Qrupu" MMC Şirkətində baş direktorun müavini vəzifəsinə dəvət olunmuş və 2015-ci ilə kimi Layihə rəhbəri və Departament rəisi vəzifəsində işləyib və şirkətdə Körpü-Tunel şöbəsini təşkil edib. Aslan İsmayılov 2015-ci ilin iyun ayından "Körpü-Tunel Tikinti" MMC-nin direktoru vəzifəsində çalışır. Aslan İsmayılov 20–26 iyun 2012-ci il tarixlərdə Tailand Pattaya Krallığında keçirilən Beynəlxalq Konfransda iştirak etmiş və "Keyfiyyətli idarəetmə və idarəetmə sistemlərinin səmərəliliyinin təkmilləşdirilməsinə müasir yanaşma" sertifikatı almışdır. == Ailəsi == Ailəlidir, bir oğlu, bir qızı, dörd nəvəsi var.
Ayaz İsmayılov
Ayaz İsmayılov — İkinci Dünya müharibəsi iştirakçısı. 1918-ci ildə Cavad qəzasının Petropavlovka dairəsində anadan olmuşdur. O, ikinci cahan savaşı başlayanda cəbhəyə yollanmış, “Qırmızı Suvorov” ordenli Qara dəniz silahlı qüvvələrində, Kutuzov adına dəniz atıcı briqadasının tərkibində vuruşmuşdur. Ayaz İsmayılov Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmişdir. İgid döyüşçü Novorossiysk, Kuban, Sevastopol, Belqrad, Kerç, Kiyev və digər şəhərlərin, habelə Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiya, Macarıstan və Avstriya ölkələrinin azad olunmasında iştirak etmişdir. Müharibədə igidliklər göstərmiş Ayaz İsmayılov “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdur. Bu isə Sovet İttifaqı Qəhrəmanı adına bərabərdir. == İstinadlar == == Mənbə == Muğan-Şirvan qəzeti, 14 dekabr 2006-cı il.
Ayaşlı Nişançı İsmayıl Paşa
Ayaşlı Nişançı İsmayıl Paşa (ö. may 1690) — II Süleyman dövründə ümumilikdə 3 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == 1621-ci ildə Ankaranın Ayaş qəzasında dünyaya gəlmişdir. Nişançı vəzir olduğu üçün Nişançı ləqəbi ilə anılmışdır. Ailəsi və saraya necə alındığı barədə məlumat yoxdur. Əndərunda təhsil aldıqdan sonra müxtəlif vəzifələrdə xidmət etdi. Çuxadar vəzifəsində ikən 25 may 1668-ci ildə Rumeli bəylərbəyi olan İsmayıl Paşa 15 mart 1678-ci ildə Nişançı Abdi Paşanın yerinə nişançı vəzir təyin edildi və illərlə bu vəzifədə qaldı. 1687-ci ilin oktyabrında bir həftəliyinə İstanbul naibi oldu. Bunun ardından Sultan Mehmedin taxtdan endirilişi və II Süleymanın cülusu hadisələrində iştirak etdi. 1687-ci ilin noyabrında beşinci vəzirliyə gətirildi.
Ağa İsmayıl Zəbih
Ağa İsmayıl Zəbih (1781, Gəncə – 1868, Təbriz) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli yazır: Ağa İsmayıl Zəbih Gəncənin adlı şairlərindən birisi hesab olunur. Ağaismayıl "Zəbih" təxəllüsünü götürməkliyə səbəb Həzrət İsmayıl ilə bir isimdə (adaş) olmağıdır. Çün Həzrət İsmayıl həqq-taalanın əmri ilə Mina dağına atası İbrahim Xəlilullah tərəfindən zibh olunmaq üçün aparılmışdı, o münasibətlə Ağaismayıl dəxi özü üçün "Zəbih" təxəllüsünü intixab etmişdir. Zəbih mühacirətən xeyli müddət Təbrizdə iqamət edib, orada ticarət əmrinə məşğul olarmış və bir vaxtı orada tacirbaşılıq mənsəbinə dəxi yetişibdir. Dünyagörmüş və işaşıran bir vücud imiş. Bəzi rəvayətə görə, sonradan yenə Gəncəyə müraciət edib və burada hicrətin 1285-ci ili təxminən 70 yaşında vəfat edibdir. Amma səhihi budur ki, mərhum Ağaismayıl vətəninə müraciət etməyib, Təbriz şəhərində vəfat edibdir. Zəbih xoşxülq və pürsavad bir vücud imiş. Fars şairlərinin əsərlərindən ittilan-kamili var imiş.
Ağsu-İsmayıllı seçki dairəsi
Bahaləddin İsmayılov
Bahaləddin Temraz oğlu İsmayılov (31 avqust 1999, Muğanlı, Ağstafa rayonu – 29 oktyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Bahaləddin İsmayılov 1999-cu il avqustun 31-də Ağstafa rayonunun Muğanlı kəndində dünyaya göz açıb. 2005–2016-cı illərdə Muğanlı kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Bahaləddin İsmayılov 2017–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmətini davam etdirirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Bahaləddin İsmayılov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bahaləddin İsmayılov oktyabrın 29- da Şuşa şəhəri istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bahaləddin İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bahaləddin İsmayılov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bahaləddin İsmayılov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bahaləddin İsmayılov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bahaləddin İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Bahaləddin İsmayılov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Значение слова в других словарях

всезна́й га́ерствовать не бо́г весть како́й ополови́ниться перетру́шивание Ци́ркуль чугу́нка комбе́ды ограня́ть окорене́ние проби́роваться тони́на тщесла́вие фотоэлеме́нт хвости́ст adjoint aetiological Celtic miscalculate phonal videocassette recorder божиться закосить земно резолюция