İSTİXARƏ

is. [ ər. ] din. Görüləcək bir işin uğurlu olub-olmayacağını qabaqcadan bilmək üçün Quran və ya təsbehlə yoxlama ayini.
□ İstixarə etmək (etdirmək) – istixarə ayini icra etmək (etdirmək).
[Məşədi İbad:] Mən bu gün istixarə elətdirərəm, bu xoş günlərin birində toyumuzu başlarıq. Ü.Hacıbəyov.
Fikr edirik biz də bir iş başlayaq; Eyləyirik istixarə, bəd gəlir. Ə.Nəzmi.
[Kiçik xan:] Qoca, bir istixarə et! – dedi, – görək bu səfər uğurludur, ya uğursuz. S.Rəhimov.

İSTİHALƏ
İSTİQAMƏT

Digər lüğətlərdə