İTAƏT

is. [ ər. ]
1. Tabe olma, boyun əymə, sözə qulaq asma, göstərişə əməl etmə; tabelik. Ata-anaya itaət. Böyüyə itaət.
[Qaplan:] Əmrinə itaət bir vəzifədir; Verdiyin hər fərman bizə töhfədir. A.Şaiq.
Çay üstündə qazı həmçinin vəz edib böyüyün kiçiyə məhəbbəti, kiçiyin böyüyə itaəti barəsində uzun bir söhbət elədi. Ə.Haqverdiyev.
Bu səsdə itaət tələb edən bir güc var idi. H.Seyidbəyli.

□ İtaət etmək (eləmək, qılmaq) – tabe olmaq, əməl etmək, sözə qulaq asmaq. Zeynəb oğlundan … razıdır.
Ondan ötəri ki, Vəliqulu o itaəti ki anasına eləyir, bəlkə atasına eləməzdi. C.Məmmədquluzadə.
[Soltan bəy:] Qızım, inad olma, atan nə deyir sən də ona itaət elə. Ü.Hacıbəyov.
[Şeyx Sənan:] Get, babandır, Xumar, itaət qıl; Hər nə əmr etsə, dinlə, hörmət qıl! H.Cavid.

İtaətdə durmamaq – tabe olmamaq, sözə qulaq asmamaq, özbaşına hərəkət etmək.
İtaətdə olmaq – birinin tabeliyində, əmrində, hakimiyyəti altında olmaq.
İtaətdən çıxmaq – itaətsizlik etmək, tabe olmamaq; sözə, əmrə, göstərişə əməl etməmək, qulaq asmamaq, başlı-başına hərəkət etmək.
[Hacı Murad:] …Qız mənim itaətimdən çıxa bilməz. S.S.Axundov.
İtaətdən çıxan əsgər; Alar ölüm cəzasını. R.Rza.

2. İtaətlə şəklində zərf – müti bir surətdə, itaət edərək; müticəsinə, ehtiramla.
Girdman adı gələndə, hamı hörmətlə və itaətlə baş əydi. M.Hüseyn.
Soltanı qarabaşlar itaətlə dinlədi. M.Rahim.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İTAƏT tabelik — mütilik
İT-QURD
İTAƏTKAR
OBASTAN VİKİ
İtaətsizlik (film, 2017)
"İtaətsizlik " (ing. Disobedience) — 2017-ci ildə rejissor Sebastyan Lelionun özü və Rebekka Lenkieviç tərəfindən yazılmış ssenari əsasında çəkdiyi Böyük Britaniya, İrlandiya və ABŞ dram filmidir. Filmin ssenarisi Naomi Eldermanın eyni adlı əsəri əsasında yazılmışdır. Filmdə əsas rolları Reyçel Vays, Reyçel Makadams və Alessandro Nivola canlandırmışlar. Filmin dünya premyerası 10 sentyabr 2017-ci ildə Toronto Beynəlxalq Film Festivalında baş tutmuşdur. ABŞ-də film "Bleecker Street" şirkəti tərəfindən 27 aprel 2018-ci ildə, Böyük Britaniyada isə "Curzon Artificial Eye" şirkəti tərəfindən 24 avqust 2018-ci ildə çıxarılacaq. == Rollarda == Reyçel Vays — Ronit Kruşka Reyçel Makadams — Esti Kuperman, Dovidin həyat yoldaşı Alessandro Nivola — Ravvin Dovid Kuperman, Estinin həyat yoldaşı Bernardo Santos və Conatan Şey — Gənc Dovid Anton Lesser — Rav Kruşka Bernis Stecers — Fruma xala Allan Korduner — Moşe dayı Nikolas Vudison — Ravvin Goldfarb Liza Sadov — Rebbetzin Goldfarb Klara Frensis — Hinda Mark Stobbart — Lev Karolin Qruber — Hanna Şapiro Aleksis Zegerman — Riuka == İstehsal == 29 sentyabr 2016-cı ildə Reyçel Vaysın Naomi Aldermanın romanının ekranlaşdırılmasında rol alacağı və prodüsser kimi iştirak edəcəyi elan edilir. Sebastyan Lelionun özü və Rebekka Lenkieviç tərəfindən yazılmış ssenari əsasında çəkdiyi filmə həm də Ed Giney və Frida Torresblanko prodüsserlik edirlər. 4 oktyabr 2016-cı ildə Reyçel Makadams filmin aktyor heyətinə qoşulur. 7 dekabr 2016-cı ildə isə Alessandro Nivolanın filmdə Madamsın personajının həyat yoldaşını canlandıracağı məlum olur.

Digər lüğətlərdə

давны́м-давно́ затя́нутость осёл прозо́р прорезви́ться рассели́ться тряпкоре́з экс-ми́сс астрофизи́ческий венцено́сец во... как будто бы намылить го́лову напляса́ться рационализа́торство сапожо́нки ashfall cat-ice fire-room leges snake-story крениться обветрить разрежённость сватать