1. İTİ (itilənmiş) [Nizami:] Qılınc iti olmalıdır, lakin ehsan verdiyin dirhəmlərin şəfəqi qılıncların şəfəqindən də parlaq olmalıdır (M.S.Ordubadi); BÜRRAN (kl.əd.) Baxdıqca revolverinə əndamım olur süst; Bağrım yarılır xəncəri-bürranını görcək (M.Ə.Sabir); KƏSƏRLİ Ortadan kəsərli, qəbzəsi qanlı; İstərəm indidən çalhaçal ola! (“Koroğlu”); KƏSKİN Fikrim iti kəskin xəncər; Yer-göy məndən zağ-zağ əsər (M.Seyidzadə).
2. İTİ (ucu şiş) ..Yazı cihazının üstündə iti qələmlər görünürdü (M.Hüseyn); SİVRİ Buludlar qoynunda çıxan şimşəyin; Sivri qılınc kimi sıyrılır qından (S.Vurğun).
3. iti bax sürətlə
4. iti bax cəld, yeyin, tez 1; əlüstü