İTİK

bax itki. Qonşu qonşunun itiyini bayatı çağıra-çağıra tapar. ( Ata. sözü ).
Bu böyük itik, bu kədərli faciə … ata-balaya bir vurğun kimi təsir etdi. A.Şaiq.
[Pəri:] [Mirzə] sənin axtardığın itik bizdə tapılmaz.
□ İtiyi itmiş – bir şeyi itmiş, bir şeyi itirmiş.
[Hacı Səfiqulu Şamoya:] Əşi, buralarda nə gəzirsən? – dedi, – itiyi itmiş adam kimi, xəlvəti-xəlvəti? S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İTİK itik bax itki 1
  • İTİK bax: itki
İTİGÖZLÜLÜK
İTİKÇİ
OBASTAN VİKİ
İtikənarlı süsən
İtikənarlı süsən (lat. Iris acutiloba), süsənkimilər (Iridaceae) fəsiləsindən bitki növü.Nadir məhdud areallı Qafqaz endemidir. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2b(iii); B1ab(iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.Regional IUCN Status - EN B2ab(iii)c(v) . == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdə 4—12 sm hündürlükdə, əsası soğanabənzər yoğunlaşmışdır, bir təpə çiçəyi var. Yarpaqları boz—göyümtül, nazik xətvari, 1—3 mm enində, oraqvari və bir qədər spiralvari əyilmiş, gövdədən adətən uzundur. Təpə yarpaqları otvari pərdəli, lansetvari, itidir. Çiçəkyanlığının borucuğu bir qədər yumurtalıqdan qısadır, çiçəkyanlığı qıfşəkilli, 5—7 sm uzunluğunda, xarici tərəfdəki 4-5 sm uzunluqda, uzunsov – lansetvari və ya uzunsov xətvari, təpə hissədən daralmış küt, bəzən oyuq olur.Tozcuqlar sarımtıl, sütuncuğun kənarları, çiçəkyanlığının xarici qısadır, tünd – yaşılımtıldır. Qutucuq 3-5 sm uzunluğunda, ellipsivari – üçtillidir .

Digər lüğətlərdə

аборти́ровать авиабиле́т богомо́лец и́льмовый пыж резиде́нтский сты́лость за́поздно незначи́тельность перекроши́ть перемере́ть поро́тный песец Americanization bibliotherapy domain europium forward exchange hospitalization ing lacquerwork spiderman tail-dive облачаться переваливать