İTMƏK

f.
1. Yoxa çıxmaq, qeyb olmaq.
[Koroğlu:] Nigar, Düratın itməyi; Yandırır məni, yandırır. Koroğlu”.

// Azmaq, azıb qalmaq, başqa yerə düşmək.
[Səriyyə və uşaqlar] bu qarışıqlığın, bu qaynar bataqlığın içində itməkdən qorxaraq, bərk-bərk bir-birinin əlindən tutur(lar). M.İbrahimov.

□ Gözdən itmək – görünməmək, görünməz olmaq, çəkilmək, yox olmaq.
Bağır həmişə gülümsəyəndə gözünün qarası itərdi. Çəmənzəminli.
Şirzad yavaş-yavaş addımlayaraq yastı-yapalaq kənd evlərinin arasında itdi. M.İbrahimov.

// Gizlənmək, örtülmək. Ay buludlar altında itdi.
□ İtibbatmaq1) yox olmaq, yoxa çıxmaq, məhv olmaq, itmək. O gedən uşaq itib batdı.
– Hər gün itib-batmadadır xanları; Mollaları, şeyx və işanları… Ə.Nəzmi;

2) görünməz olmaq, gözdən itmək, yox olmaq.
Yolun alt-üstündəki kövşənlərdə küləş göy otun içində itib-batmışdı. Ə.Vəliyev.
O, bəzən dalğaların arasında itib-batır, sanki bir müddət suyun altı ilə gedir. M.Rzaquluzadə.
[Carçıyevin] gözləri qırışlar arasında daha da kiçilib, dərin çuxurlarda itib-batdı. İ.Hüseynov;

3) tamamilə yox olmaq, puç olmaq, heç bilinməmək.
[Rüstəm:] Mənim ağlım belə kəsir ki, sənin savadın gərək itibbatmasın. S.Rəhimov.

İtib getmək1) başqa şeylər içərisində, arasında qeyb olmaq.
Hər şey dəniz kimi bərq vuran bir sərab içində itib gedirdi. İ.Əfəndiyev;

2) bir yerə gedib qayıtmamaq, yoxa çıxmaq. İki saatdır hara itib getmisən?
3) yox olmaq, yoxa çıxmaq.
Pirkətanqulu pirinin şöhrəti və nüfuzu xalqın içində yavaş-yavaş bilmərrə itib getdi. E.Sultanov.

İtib yox olmaq – yoxa çıxmaq.
[Dostəli:] Tamam neçə aydır ki, şəhərimizin adamları itib yox olur. Ü.Hacıbəyov.

2. Əvvəlki keyfiyyəti yox olmaq. Yuyulandan sonra parçanın rəngi itib. Yaşa dolduqca gözün nuru itir.
– Amma gənclik keçəndən, qocalıq gələndən, bədəndə təravət itəndən … sonra, elə bil [Mirzə Cavadın] isti başına soyuq su töküb qəflətdən ayıltdılar. Mir Cəlal.

3. məc. Puç olmaq, heçə çıxmaq, hədər getmək, boşa çıxmaq. Vaxtım itir. Yaxşılıq itməz. Əməyi itmək.
– Bizim dünyamızda itməz zəhmətin; Həyatın qəlbidir şerin, sənətin! S.Vurğun.

4. məc. İçində sözü ilə:
…içində itmək – bir şeyin bolluğunu, çoxluğunu bildirir. Qızıl içində itmək. İpək içində itmək.
– Müqim bəy vurnuxur, zər-ziba içində itən Zərintac xanımın mərhəmətini qazanmaq istəyirdi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İTMƏK azmaq
İTMƏ
İTMİL

Digər lüğətlərdə

в горо́х дерни́ть избежа́ть маля́рский накати́ть неуве́ренно судьби́нушка уточни́ть всё равно как парламентёр бархат ной arrivisme fastness Kenyan mayoress Northern Irland petrol station subtractive закопёрщик истина ищейка китаец курево помутить