1. Ayrı-ayrı şəxslərin, qrupların, cəmiyyətlərin, siniflərin sıx birləşməsi, rabitəsi. Fəhlələrlə kəndlilərin ittifaqı. Xalqların qardaşlıq ittifaqı.
// Ümumiyyətlə, birlik, söz birliyi, həmrəylik.
□ İttifaq eyləmək köhn. – 1) birləşmək, söz bir eləmək.
2) ünsiyyət yaratmaq, yaxınlaşmaq.
2. Birlikdə hərəkət etmək və başqa məqsədlər üçün dövlətlər, təşkilatlar arasında dostluq sazişi; birləşmə. Diplomatik ittifaq. Hərbi ittifaq. Ticarət ittifaqı.
□ İttifaq bağlamaq – aralarında birlik yaratmaq, birləşmək, söz birliyi etmək.
İttifaqa girmək – əlbir olmaq, əlaqəyə girmək, birgə iş görmək üçün birləşmək.
3. Bir ümumi ali hakimiyyəti olan bir neçə dövlətin, ərazinin, xalqın, tayfanın və b.-nın dövlət birləşməsi. Qəbilələr ittifaqı. Avstraliya ittifaqı.
4. İctimai təşkilat, birlik. Həmkarlar ittifaqı. Yazıçılar ittifaqı. Rəssamlar ittifaqı.
5. İttifaq ilə, ittifaqla şəklində zərf – bax ittifaqən 1 İttifaqla hərəkət etmək. Qərar ittifaqla qəbul edildi.