1. Səmimi və qərəzsiz məhəbbət, ürəkdən gələn sədaqət; səmimiyyət, sidq.
[Nuxalılar:] Bizim ixlasımızın nisbəti Molla İbrahimxəlilə görə sair kimsələrin ixlasına bənzəməz.
[Mirzə Həbib:] Özünüz bilirsiniz ki, mənim nə mərtəbədə sizə ixlasım var.
Böyüyün kiçiyə iltifat və mərhəməti, kiçiyin də böyüyə qarşı ixlas və hörməti vardı.
2. İxlasla, ixlas ilə şəklində zərf – sədaqətlə, səmimi qəlblə, ürəkdən.
[Mirzə Möhsün:] …Saqqalımın tükünü dövləti-aliyyənin xədəmatında ixlas ilə ağartmışam.
[Kəndli:] Sizə məlumdu ki, mən on yeddi ildi ki, … ixlas ilə qulluq eləyirəm.