is. [ ər. ]
1. Çıxarma, uzaqlaşdırma.
□ İxrac etmək – çıxarmaq, uzaqlaşdırmaq.
İxrac olmaq – xaric olmaq, ixrac edilmək, çıxarılmaq.
2. iqt. Satış üçün xarici ölkələrə göndər(il)mə (idxal əksi). İxracı gücləndirmək. Neft ixracı. Taxıl ixracı.
// Xarici bazara göndərilən malın ümumi dəyəri və ya həcmi, həmçinin malın özü; ixracat, eksport.
□ İxrac etmək – satış üçün xarici bazarlara göndərmək. Xarici bazarlara mal ixrac etmək. Respublikamız bir çox xarici ölkələrə neft avadanlığı ixrac edir.