İxtiracılıq hüqüqu
İxtiraçılıq
OBASTAN VİKİ
İxtiraçı
İxtiraçı — yeni texniki qurğu və ya metod yaradan insan. Əsasən praktiki mühəndislər alimlərin yenilikləri əsasında ixtiralarla məşğul olurlar. Bir çox hallarda ixtiraçılar mövcud qurğunu təkmilləşdirir və ya digəriləri ilə birləşdirirlər.
Corc Vaşinqton (ixtiraçı)
Corc Konstant Luis Vaşinqton (ing. George Constant Louis Washington) — Anqlo - Belçika əsilli ABŞ ixtiraçısı və iş adamı. Corc Vaşinqton inkişaf etdirdiyi hazır qəhvə hazırlama üsulu və bunun kütləvi istehsalını həyata keçirmək məqsədilə qurduğu " G. Washington Coffee Company" adlı şirkətlə tanınımışdır. Belçikada anadan olan Vaşinqton 1897-ci ildə ABŞ-nin Nyu-York ştatında məskunlaşmış, texniki sahələrdə bir sıra uğursuz təşəbbüsdən sonra o, hazır qəhvə istehsalına başlamışdır. Mərkəzi Amerikada olduğu 1906–1907-ci illərdə qazandığı təcrübə ilə 1909-cu ildə özünün istehsal etdiyi qəhvəni satmağa başlayan Vaşinqton, istehsalı sürətləndirmək məqsədilə 1910-cu ildə bir şirkət qurmuşdur. Nyu-York və Nyu-Cersi ştatlarında yerləşən şirkət qısa müddətdə inkişaf etmiş, ABŞ ordusunun Birinci Dünya müharibəsi zamanı qəhvə ehtiyacının böyük bir qismini qarşılamışdır. Reklamları Nyu-York qəzet və radiolarında yayımlanan şirkətin əldə etdiyi uğur Vaşinqtonu zəngin etmiş, nəticədə ixtiraçı Bruklində qaldığı evdən sonra 1927-ci ildə Nyu-Cersidə bir malikanəyə köçmüşdür. Həmin il vergi auditorları ilə problem yaşayan Vaşinqton daha sonra evlənmiş və üç övladı olmuşdur. Vaşinqton ölümündən bir müddət əvvəl şirkətini "American Home Products"a satmaq məcburiyyətində qalmışdır. Qəhvə markasının 1961-ci ildə fəaliyyətinin dayandırılmasına baxmayaraq, Vaşinqtonun adı hələ də "G. Washington’s Seasoning & Broth" adlı məhsuldan istifadə olunur.
Azərbaycan Respublikasının əməkdar ixtiraçılarının siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar ixtiraçısı
Azərbaycan SSR əməkdar ixtiraçısı (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар ихтирачысы) — 9 oktyabr 1959-cu ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR-in xalq təsərrüfatında, texnikanın tərəqqisində xüsusilə böyük rol oynayan, həyata keçirilmiş ixtiraların müəlliflərinə, habelə ixtiraçılığın inkişafında və ixtiraların həyata keçirilməsində xüsusi böyük xidməti olan şəxslərə verilirdi. == Əsasnaməsi == Fəxri ad Azərbaycan SSR xalq təsərrüfatının bütün sahələrində və ölkənin müdafiəsi uğrunda texnikanın tərəqqisində böyük əhəmiyyəti olan ixtiraçılar hərəkatını genişləndirmək məqsədilə müəyyən edilmişdir. Fəxri ada layiq görülən şəxslərə qızıl döş nişanı verilirdi. === Döş nişanı === Fəxri adın döş nişanının nümunə və təsviri Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 10 may 1960-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Qərarda döş nişanının təsviri aşağıdakı kimi verilmişdir: "Azərbaycan SSR əməkdar ixtiraçısı" döş nişanı diametri 26 mm düzgün dairə şəklindədir, nişanın o biri üzünün səthi hamardır. Döş nişanının üz tərəfi 0,6 mm enində nazik haşiyə ilə haşiyələnmişdir. "Azərbaycan SSR əməkdar ixtiraçısı" sözləri qabarıq hərflərlə yazılmışdır. Nişanın sol tərəfində sallanmış dəfnə budağına dalğalı lent sarılmışdır.
Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir (kitab)

Digər lüğətlərdə