İXTİSAR

is. [ ər. ]
1. Qısaltma, azaltma.
□ İxtisar etmək1) qısaltmaq, azaltmaq. Məqaləni ixtisar etmək. Əsərin fəsillərindən birini ixtisar etməli.
// Müxtəsər etmək, qısaltmaq. Mənimlə, Tanrı üçün, sözdə ixtisar et, kim; Uzun fəsanəyə, vaiz, dilü dəmaq gərək. Qövsi;
2) miqdarca, sayca azaltmaq. Ştatları ixtisar etmək. Xərcləri ixtisar etmək;
3) işdən azad etmək (ştatların azalması münasibəti ilə). Bir neçə işçini ixtisar etmək lazımdır.
İxtisar olunmaq – azaldılmaq (miqdarına, həcminə görə).
İxtisara düşmək1) bax ixtisar olunmaq. Məqalənin axırı ixtisara düşdü;
2) ştatların azalması ilə əlaqədar olaraq işdən azad edilmək.
İxtisara salmaq – bax ixtisar etmək.
Tresti kəsirdən qurtarmaq üçün, birinci növbədə, müşavirə və nitqləri ixtisara salmaq lazımdır. M.Hüseyn.
[Vahidov:] Sabahdan gərək yuxumu əlli faiz ixtisara salam. Ə.Məmmədxanlı.

2. riyaz. Kəsirdə: sürəti və məxrəci eyni ədədə bölüb azaltma, kiçik ədədlə vermə.
3. İxtisarla şəklində zərf – müxtəsər, gödək, qısa, ixtisar şəklində. Məqaləni ixtisarla vermək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İXTİSAR qısaltma — azaltma

Etimologiya

  • İXTİSAR Ərəbcə müxtəsər sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İXTİRAÇILIQ
İXTİSARƏN

Digər lüğətlərdə