İXTİSAS

is. [ ər. ] Elmin, texnikanın, sənətin, yaxud incəsənətin ayrıca sahəsi. O, mühəndis ixtisasını seçmişdir.
[Fərman] yenicə imtahan verərək, maşinist ixtisasını qazandığından sevinirdi… Ə.Sadıq.

// Xüsusi hazırlıq nəticəsində əldə edilmiş bilik, sənət, peşə. İxtisasını artırmaq. Qazmaçı ixtisası. İxtisası üzrə işləmək.
[Ənisənin] əmək bursasında bir ixtisası olmadığı üçün qeyd etməyirdilər. S.Hüseyn.
Kamal orta məktəbi əla qiymətlə bitirmişdi, … gələcək ixtisas barəsində düşünürdü. M.Rzaquluzadə.
[Sehrbaz] ixtisasının bütün sirlərini böyük həvəslə öz zirək köməkçisinə öyrədirdi. S.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İXTİSAS ixtisas bax sənət
  • İXTİSAS sənət — peşə

Etimologiya

  • İXTİSAS Ərəbcə mütəxəssis sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İXTİSARLANMAQ
İXTİSASLANDIRILMA
OBASTAN VİKİ
İxtisas
İxtisas müəyyən bilik sahəsi üzrə bölmələr; sənət, peşə; elm sahəsi; əmək hüququnda iş ixtisası və ayrı-ayrı işçilərin ixtisası fərqləndirilir. İş ixtisası iş növünün mürəkkəblik, dəqiqlik və məsuliyyət dərəcəsi ilə müəyyən edilir. insanın əmək fəaliyyətinin növü. Hər hansı istehsalat sahəsində məşğul olmağa imkan yaradan bilik və əməli vərdişlər kompleksi. İctimai əmək bölgüsünün geniş yayılmış növü olan ixtisas elmin, texnikanın, sənətin, yaxud incəsənətin ayrıca sahəsi kimi peşə daxilində formalaşır.Peşə və ixtisas insanın yaşaması və inkişafı üçün maddi imkan yaradır. O bu baxımdan hobbidən fərqlənir. İxtisas peşə daxilində formalaşır və peşə bir və ya bir neçə ixtisası əhatə edə bilər. Məsələn, müəllimlik peşəsi fizika müəllimi, kimya müəllimi, tarix müəllimi və s., mühəndislik peşəsi tikinti mühəndisi, elektrik mühəndisi və s. ixtisasları əhatə edir. == İxtisas dərəcəsi == işçinin peşə səviyyəsini müəyyən edən və onun əmək haqqına təsir göstərən sıra rəqəm şəklindəki göstərici.
Azərbaycan orta-ixtisas təhsili müəssisələrinin siyahısı
== Dövlet == == Özəl == == Ləğv edilən == == Həmçinin bax == Azərbaycan peşə təhsili müəssisələrinin siyahısı == Mənbə == e-qanun.az: ""Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2011-ci il tarixli, 182 nömrəli Qərarı. (az.) e-qanun.az: ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. (az.) e-qanun.az: "Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 nömrəli Qərarı.
Bülbül adına orta ixtisas musiqi məktəbi
Azərbaycan ilk peşə-ixtisas təhsili müəssisələrinin siyahısı
== Peşə Liseyləri ==
Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri
Azərbaycan elm və təhsil nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın elm və təhsil nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın elm və təhsil nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan elmi-metodiki və ixtisasartırma təşkilatıdır. == Haqqında == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mədəniyyət sahəsinin inkişafına xidmət edən elmi qurumdur. Mərkəz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncam və qərarlarını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əsasnaməsini, əmr və kollegiya qərarlarını və Mərkəzin əsasnaməsini rəhbər tutur. Mərkəz öz vəzifə və hüquqlarını həyata keçirərkən elmi-tədris müəssisləri, profilinə uyğun yaradıcılıq ittifaqları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı surətdə fəaliyyət göstərir. Mərkəz öz işini Mədəniyyət Naziri tərəfindən təsdiq edilmiş illik planlar əsasında təşkil edir. Bakı şəhərində yerləşir. == Fəaliyyət istiqamətləri == Müvafiq sahənin inkişafına xidmər edir Nazirlik tərəfindən verilən göstəriş və tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirir Mədəniyyətin tədqiqinə, təhlilinə və təbliğinə xidmət edən elmi araşdırmalar aparılmasını təmin edir Elmi qurumlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir və mədəniyyətin inkişafına xidmət edə bilən layihələri yazır Qanunvericiliklə və Nazirliyin qüvvədə olan əsasnaməsilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. == Tarix == Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin “Azərbaycan SSR bədii özfəaliyyətinin canlandırılması və inkişafı haqqında ” qərarına əsasən bədii özfəaliyyət yaradıcılığının mərkəzləşdirilməsi məqsədilə 1939-cu ildə Azərbaycan SSR Xalq Komissarlar Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən mövcud Musiqi üzrə Elmi-Tədqiqat kabineti və “26-lar” Sarayının bazasında Respublika Xalq Yaradıcılığı Evi təsis edilmişdir. 1975-ci ildən Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Aşıq Ələsgər adına Respublika Xalq Yaradıcılıq Evi kimi fəaliyyətini davam etmişdir.
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
Uşaq-gənclər idman məktəbi (UGİM) — öz fəaliyyətini uşaq, yeniyetmə və gənclərin bədən tərbiyəsi və idman vasitəsilə sağlamlığının və fiziki hazırlığının möhkəmləndirilməsinə, yerləşdiyi ərazidə ümumtəhsil məktəbləri ilə fiziki tərbiyə işində istiqamətləndirici rol oynamağa və yüksək səviyyəli idmançıların hazırlanmasının baslanğıc və orta mərhələlərinin əhatə edilməsinə yönəldən məktəbdənkənar, sosial yönlü müəssisə. Azərbaycan Respublikasında UGİM-in açılması bu aşağıdakı şərtlərlə həyata keçirilir: təlim-məşq prosesinin təşkili üçün özünün və yaxud icarəyə götürülmüş idman bazasının olması; bir idman növü üzrə minimum 14 qrupun fəaliyyətini təmin etmək üçün maliyyə vəsaitinin olması; açılması nəzərdə tutulmuş idman növü üzrə ixtisaslı məşqçi-müəllim kadrlarının olması. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Uşaq-gənclər idman məktəbi ilə əlaqəli mediafayllar var.

Digər lüğətlərdə

бордо́ский влю́бчивость дожига́ться истребля́ться ляво́ниха мужело́жство платьевщи́ца под ве́чер самозата́чиваться абба́тский вспа́ивать галто́вочный оппози́ция пиети́зм с засо́сом семнадцатиле́тний уругва́йский argue away dolly up green-room odoriferous without встряхивать копировщик почему-нибудь