İXTİSAS

is. [ ər. ] Elmin, texnikanın, sənətin, yaxud incəsənətin ayrıca sahəsi. O, mühəndis ixtisasını seçmişdir.
[Fərman] yenicə imtahan verərək, maşinist ixtisasını qazandığından sevinirdi… Ə.Sadıq.

// Xüsusi hazırlıq nəticəsində əldə edilmiş bilik, sənət, peşə. İxtisasını artırmaq. Qazmaçı ixtisası. İxtisası üzrə işləmək.
[Ənisənin] əmək bursasında bir ixtisası olmadığı üçün qeyd etməyirdilər. S.Hüseyn.
Kamal orta məktəbi əla qiymətlə bitirmişdi, … gələcək ixtisas barəsində düşünürdü. M.Rzaquluzadə.
[Sehrbaz] ixtisasının bütün sirlərini böyük həvəslə öz zirək köməkçisinə öyrədirdi. S.Vəliyev.

Синонимы

  • İXTİSAS ixtisas bax sənət
  • İXTİSAS sənət — peşə

Этимология

  • İXTİSAS Ərəbcə mütəxəssis sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İXTİSARLANMAQ
İXTİSASLANDIRILMA

Значение слова в других словарях