İXTİYAR₂

sif. [ ər. ] Qoca, yaşlı; pirani. İxtiyar kişi.
– İxtiyar qadın iki kərə gəlib nahar hazır olduğunu söylədi. M.S.Ordubadi.
Mehribanın atası, ixtiyar bir adam olmasına baxmayaraq, çox da avam deyildi. S.Hüseyn.
[Misxetdə] qonşum – bir ixtiyar, əlil rus zabiti ilə tanış oldum. E.Sultanov.

□ İxtiyar olmaq – qocalmaq.
İxtiyar olmuş könüllər oldular yeksər cavan; Əlaman bu müstəbidlərdən, ilahi, əlaman! Ə.Qəmküsar.

// İs. mənasında.
Qızlar, gəlinlər sevinir, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi. C.Cabbarlı.
Kəndin ixtiyar və ağsaqqalları yavaş-yavaş məscidə tərəf gedirdilər. S.Hüseyn.

// məc. Qədim, dünyagörmüş.
İxtiyar dağların döşündə meşə; Qayalar yüksəkdən baxır keçmişə. S.Vurğun.

Синонимы

  • İXTİYAR I ixtiyar(at) bax 1. səlahiyyət; 2. sərəncam; 3. güc; 4. hüquq II ixtiyar bax qoca 1
  • İXTİYAR qoca — yaşlı — nurani
  • İXTİYAR qüvvət — güc — taqət

Омонимы

  • İXTİYAR İXTİYAR I is. [ ər. ] Haqq, hüquq. Kimin ixtiyarı, kimin pulu var; Tökülüb hər yandan gəldi “qonaqlar” (O

Антонимы

  • İXTİYAR İXTİYAR – GƏNC Qızlar, gəlinlər sevinir, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi (C
İXTİYAR₁
İXTİYARAT

Значение слова в других словарях