İXTİYARSIZ


1. zərf Özündən asılı olmayaraq, özü istəmədən; qeyri-iradi, qeyriixtiyari. İxtiyarsız ağlamaq. İxtiyarsız demək. İxtiyarsız gülmək.
– Bostan əkdim xiyarsız; Günüm keçdi biyarsız; Yuxuda səni gördüm; Ayıldım ixtiyarsız. (Bayatı).
Rüxsarə xanım ixtiyarsız üzünü açdı. T.Ş.Simurq.
Tofiq ixtiyarsız olaraq dönüb dala baxdı. M.Rzaquluzadə.

2. sif. Hüquqsuz, ixtiyarı olmayan.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İXTİYARSIZ İXTİYARSIZ [Mədinə:] İxtiyarsız olaraq onu da, özünü də iztirablar girdabına atmışdı.. (M.İbrahimov); BİİXTİYAR Dodaqları biixtiyar qımıldandı
  • İXTİYARSIZ hüquqsuz — səlahiyyətsiz
İXTİYARLIQ
İXTİYARSIZLIQ

Digər lüğətlərdə

ба́тюшкин мы́льце со́тенка ужесточа́ться брю́хо мироощуще́ние ни́зенький сочини́тельство спринцо́вка реча согласовать bargeboard baroscope betweentimes castling exemplification godkin run-through understand близкий дебитор побрить превратный флорентийский хам