1. Burunla nəfəs çəkərək, bir şeyin qoxusunu duymağa çalışmaq, qoxulamaq.
Arxın suyun kəs, doldu; Bağda gülün dəst oldu; Yara bir gül göndərdim; İyləyincə məst oldu. ( ).
[Bəhram:] Mən qızdırmalı kimiyəm. Bu çiçəkləri iyləyim, bəlkə bir az təskin tapım.
İncimə, o gülü canan iyləsin; O da bir gözəlin al yanağıdır.
2. məc. Öyrənib bilməyə çalışmaq, arayıb yoxlamaq, hər yerə baş soxmaq, axtarıb araşdırmaq.