İYNƏLƏMƏK

f.
1. İynə batırmaq, ucu şiş bir şey batırmaq; sancmaq.
2. İynə ilə bədənə dərman yeritmək, iynə vurmaq.
[Uşaq dedi:] Doktor, məni də iynələ! Mir Cəlal.

3. İynə ilə tikmək, yamamaq və s. Yorğanın cırığını iynələmək.
4. Sancaqlamaq, bir-birinə bənd etmək, rəbt etmək. Kağızları iynələmək.
5. məc. Sancmaq, acılamaq, qəlbinə toxunmaq, toxunan sözlər demək. [Əlyarov:] Düzələn adam deyil.
Əvvəldən vardı hüsncamalı, indi olub dəli Bayramalı! – deyə o yenə Xəlili iynələdi. M.Hüseyn.
Gülşən Eyvazı sevdiyini nə qədər gizlətsə də, qızlar bunu duyur, Gülşəni iynələməyə çalışırdılar. Ə.Vəliyev.

Синонимы

  • İYNƏLƏMƏK 1. İYNƏLƏMƏK, İYNƏ VURMAQ 2. İynələmək bax acılamaq
  • İYNƏLƏMƏK sancmaq — acılamaq
  • İYNƏLƏMƏK tikmək — yamamaq
  • İYNƏLƏMƏK sancaqlamaq — bəndləmək
İYNƏLƏMƏ
İYNƏLİ

Значение слова в других словарях

внерабо́чий выта́птывание глухарёк доточи́ть натури́зм тепленько изме́нщица национализова́ть пра́во руля рассоединя́ть фитотерапе́вт чёрт несёт изгалиться клейтух символика actionist ardently cantonal formful Po staminate venison капризничать слизень спелый