iynəvurma
iynəyarpaqlı
OBASTAN VİKİ
İynəyarpaq
İynəyarpaq - bir çox iynəyarpaqlı ağacın, yaxud kol bitkisinin yarpağı. İynəşəkilli, 3-4 tilli, pulçuqvarı olub, növbəli, qarşılıqlı və dəstə ilə düzülür. Adətən, bir neçə il budaqlarda qalır. Bəzi növlərdə isə (məsələn, qara şamda) hər il tökülür. Soyuğa, istiyə və güclü küləklərə davamlıdır. Hər iynəyarpaqda, adətən, 1-2 ötürücü lif topası olur. İynəyarpaq havanın mikroflorasına təsir edən fitonsidlər ifraz edir. Bəzi cinslərin iynəyarpağından ağ şam yağı və s. yağlar, vitaminlər, iynəyarpaq unu (şam, küknar) almaq üçün istifadə edilir.
Azərbaycanın iynəyarpaqlı meşələri
Azərbaycan meşələri — Azərbaycan Respublikasında meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 1021,88 min hektar təşkil etməklə, ümumi ərazinin 11,8%-dir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. Azərbaycan meşələrinin sahəsi ümumi əraziyə nisbətdə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün Respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük Qafqaz və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılmışdır. Azərbaycanın əksər meşələri (85%) dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, sutəmizləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malikdir. Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri – mineral xam malı, suyun, enerjinin, torpaqların yerləşməsidir.
İynəyarpaqlılar
İynəyarpaqlılar (lat. Pinales) — i̇ynəyarpaqlılar sinfinə aid bitki dəstəsi. Pinaceae Spreng. ex F.Rudolphi Araucariaceae Henkel & W.Hochstetter Podocarpaceae Endl. Sciadopityaceae Luerss. Cupressaceae Gray, nom. cons. Cephalotaxaceae Taxaceae Gray, nom. cons.
İynəyarpaqlılar (sinif)
İynəyarpaqlılar (lat. Pinopsida) — çılpaqtoxumlular şöbəsinə aid bitkilərin ən geniş yayılmış sinfi. Coniferophyta Coniferae Toxumlu bitkilərin daş kömür dövründə meydana gəlmiş qədim qrupudur. Bəzi fəsilələrinin qalıqları yalnız qazıntı halında məlumdur. 8 fəsiləyə (55 cinsə) daxil olan 600, o cümlədən respublikamızda 9 (2 şam, 6 ardıc, 1 qaraçöhrə) növü yayılmışdır. Həmişəyaşıl, bəzən yarpağıtökülən ağac, nadir hallarda kollardır. Əksəriyyətində mikoriza müşahidə edilir. Yarpaqları oturaq iynəvarı, pulcuqvarı, bəzən lövhəli-lansetvari və s. olur. Strobilləri (generativ orqan) ayrı-cinsiyyətlidir.
İynəyarpaqlılar (yarımsinif)
İynəyarpaqlılar (lat. Pinidae) — i̇ynəyarpaqlılar sinfinə aid bitki yarımsinfi.

Digər lüğətlərdə