İYNƏYARPAQ
İYNƏYARPAQLILAR
OBASTAN VİKİ
Azərbaycanın iynəyarpaqlı meşələri
== Azərbaycanın iynəyarpaqlı meşələri == İynəyarpaqlı meşələr – Çılpaqtoxumlu bitkilərin ən geniş yayılmış yarımsinfi. 8 fəsiləyə (55 cinsə) daxil olan 600, o cümlədən Azərbaycanda 9 (2 şam, 1 qaraçöhrə, 6 ardıc) növü bitir. Həmişəyaşıl, bəzən yarpağıtökülən ağac, nadir halda kollardır. Azərbaycanda iki növ şam ağacı bitir: Eldar şamı və qarmaqvari şam. Qarmaqvari şam meşələri – kiçik sahələrdə təbii halda Kiçik Qafqazda Tovuz rayonu ərazisində Əsrik və Zəyəm çayları hövzəsində, nisbətən geniş sahəsi olan Kəpəz dağında Göygöl, Maralgöl ətrafı daşlı-qayalı yamaclarda), Böyük Qafqazda isə qarmaqvari şam Filizçayı (Balakənçayı) hövzəsində dəniz səthindən 800-1000 m yüksəklikdə 10 ha sahədə bitir. Eldar şamı meşələri – Azərbaycanın endemik ağac növü olub təbii halda yeganə bitmə yeri Qabırrıçayın sağ sahilində Elləroyuğu dağıdır (Eldar şamı qoruğu). Azərbaycanda giləmeyvəli qaraçöhrə ağacları tək-tək və qrup halında Böyük Qafqaz dağlarının cənub yamacı rayonlarında (Balakən rayonundan Şamaxı rayonunadək), Kiçik Qafqaz dağları rayonlarında (Tovuz, Gədəbəy, Daşkəsən) və Talış dağlarında dəniz səthindən 400-1800 metr yüksəkliklərdə bitir. Azərbaycanda əsasən 6 ardıc növü bitir: kəsgin iyli ardıc, çoxmeyvəli ardıc, qırmızı ardıc, uzunsov ardıc, cırtdan ardıc və qazax ardıcı. Ağıriyli, çox meyvəli ardıc növləri Azərbaycanın quraq rayonlarında – Bozqır yaylada, Qobustanda, Böyük Qafqazda, Kiçik Qafqazda, Şəmkir, Oxçuçay, Həkəri çayları hövzələrində yayılmışdır. Cırtdan ardıcı və qazax ardıc kolları Böyük və Kiçik Qafqazın subalp zonasının daşlı-qayalı yamaclarında bitir.
İynəyarpaqlılar
İynəyarpaqlılar (lat. Pinales) — i̇ynəyarpaqlılar sinfinə aid bitki dəstəsi. == Təsnifatı == === Fəsilələri === Pinaceae Spreng. ex F.Rudolphi Araucariaceae Henkel & W.Hochstetter Podocarpaceae Endl. Sciadopityaceae Luerss. Cupressaceae Gray, nom. cons. Cephalotaxaceae Taxaceae Gray, nom. cons.
İynəyarpaqlılar (sinif)
İynəyarpaqlılar (lat. Pinopsida) — çılpaqtoxumlular şöbəsinə aid bitkilərin ən geniş yayılmış sinfi. == Sinonimləri == Coniferophyta ConiferaeToxumlu bitkilərin daş kömür dövründə meydana gəlmiş qədim qrupudur. Bəzi fəsilələrinin qalıqları yalnız qazıntı halında məlumdur. 8 fəsiləyə (55 cinsə) daxil olan 600, o cümlədən respublikamızda 9 (2 şam, 6 ardıc, 1 qaraçöhrə) növü yayılmışdır. Həmişəyaşıl, bəzən yarpağıtökülən ağac, nadir hallarda kollardır. Əksəriyyətində mikoriza müşahidə edilir. Yarpaqları oturaq iynəvarı, pulcuqvarı, bəzən lövhəli-lansetvari və s. olur. Strobilləri (generativ orqan) ayrı-cinsiyyətlidir.
İynəyarpaqlılar (yarımsinif)
İynəyarpaqlılar (lat. Pinidae) — i̇ynəyarpaqlılar sinfinə aid bitki yarımsinfi.

Digər lüğətlərdə

башкови́тый до́хлый забо́й из ве́жливости малосло́вие наглеца́ непокло́нный приёмка завязать узло́м ло́мберный стол скоросозрева́ющий dishorn gastroenteritis Genoese high-priority jellygraph pacification poor-mouth remnant voiceless вулканический настропалить обгон осадок спровадить