İZ-TOZ

bax iz 2-ci mənada.
[Yasəmən:] Yadınızdadırmı, biz oxuyanda bunların heç izi-tozu da yox idi. S.Rəhman.

□ İzi-tozu qalmamaq (olmamaq, görünməmək) – bax iz(i)-əlamət(i) qalmamaq (“iz-əlamət”də).
[Fatma xala:] Deyirlər əfəndi deyib ki, bu yaxında [Allah] bu yəcuc-məcuca bir toy tutsun ki, bunların heç izi-tozu qalmasın. Ə.Əbülhəsən.

İzini-tozunu itirmək1) bir şeydən, hadisədən heç bir iz qoymamaq, heç bir əsər-əlamət qoymamaq, tamamilə yox etmək, yoxa çıxarmaq.
Bir adam ki ağasının Məkkə qurşağını boğazına dolaya, gecənin qaranlığında onun izini-tozunu itirə, var-yoxunu sil-süpür eləyə, … daha nə üçün vəziyyətindən razı olmazdı. S.Rəhimov;

2) bir cinayətin, işin üstü açılmamaq üçün onu ört-basdır etmək; izini itirmək.
İZ-ƏSƏR
İZAFƏ

Digər lüğətlərdə