İYAZ
İZABƏ
OBASTAN VİKİ
Araqonlu İzabella
Araqonlu İzabella (isp. Isabel de Aragón) (2 oktyabr 1470 – 23 avqust 1498, Saraqosa, Araqon taxt-tacı) — İspaniya şahzadəsi və Portuqaliya kralı I Manuelin ilk xanımı olaraq Portuqaliya kraliçası. == Həyatı == === Uşaqlıq illəri === İzabella Araqonlu Ferdinandla Kastilyalı İzabellanın ən böyük övladı idi. Dayısı olan IV Henrinin səltənətində doğulan İzabellanın uşaqlıq illəri anası ilə dayısı arasında başlayan siyasi mübarizə dövrünə təsadüf etmişdir. Belə ki, IV Henri ondan icazə almadan gizlicə evlənən bacısını bağışlamamışdı. Dayısının 1474-cü ildə vəfat etməsinin ardından İzabellanın anası Kastiliya taxtına əyləşdi və cəmi 4 yaşındakı İzabella taxtın varisi olaraq elan olundu. Anası Kastilyalı İzabellanın səltənətinin ilk illəri taxt mübarizəsi ilə keçdi. Çünki dayısı IV Henri geridə rəsmi bir varis qoymadan vəfat etmişdi. Əslində mərhum kralın Yuanna adlı bir qızı vardı ancaq bütün ölkə bu uşağın kraldan olmadığını bilirdi. Portuqaliya kralı olan dayısı V Afonsoyla evlənən Yuanna özünə qazandığı siyasi müttəfiqlərin köməyilə Kastiliyada taxt mübarizəsinə başladı.
Araqonlu İzabella (Portuqaliya kraliçası)
Araqonlu İzabella (isp. Isabel de Aragón) (2 oktyabr 1470 – 23 avqust 1498, Saraqosa, Araqon taxt-tacı) — İspaniya şahzadəsi və Portuqaliya kralı I Manuelin ilk xanımı olaraq Portuqaliya kraliçası. == Həyatı == === Uşaqlıq illəri === İzabella Araqonlu Ferdinandla Kastilyalı İzabellanın ən böyük övladı idi. Dayısı olan IV Henrinin səltənətində doğulan İzabellanın uşaqlıq illəri anası ilə dayısı arasında başlayan siyasi mübarizə dövrünə təsadüf etmişdir. Belə ki, IV Henri ondan icazə almadan gizlicə evlənən bacısını bağışlamamışdı. Dayısının 1474-cü ildə vəfat etməsinin ardından İzabellanın anası Kastiliya taxtına əyləşdi və cəmi 4 yaşındakı İzabella taxtın varisi olaraq elan olundu. Anası Kastilyalı İzabellanın səltənətinin ilk illəri taxt mübarizəsi ilə keçdi. Çünki dayısı IV Henri geridə rəsmi bir varis qoymadan vəfat etmişdi. Əslində mərhum kralın Yuanna adlı bir qızı vardı ancaq bütün ölkə bu uşağın kraldan olmadığını bilirdi. Portuqaliya kralı olan dayısı V Afonsoyla evlənən Yuanna özünə qazandığı siyasi müttəfiqlərin köməyilə Kastiliyada taxt mübarizəsinə başladı.
Avstriyalı İzabella
Avstriyalı İzabella (alm. Isabella von Österreich‎) (18 iyul 1501, Brüssel – 19 yanvar 1526[…], Gent) — Danimarka, Norveç və İsveç kraliçası. Kastiliya kraliçası Yuannanın qızı olaraq Brüsseldə dünyaya gəldi və 1514-cü ildə Danimarka və Norveç kralı II Xristian ilə evləndirildi. == Həyatı == === İlk illəri === İzabella 18 iyul 1501-ci ildə Kastilyalı Yuanna və Kastilyalı Filipin ikinci qızı olaraq Brüsseldə dünyaya gəldi. Anası Yuanna katolik monarxlar - Araqonlu Ferdinand və Kastilyalı İzabellanın qızı, atası Filip isə Müqəddəs Roma imperatoru I Maksimilyan və Burqonlu Mariyanın yeganə oğlu idi. Anası əqli cəhətdən zəif idi və bu səbəblə öncə atası, daha sonra isə əri tərəfindən dövlət idarəsindən uzaqlaşdırılmışdı. 1506-cı ilin sentyabrında atasının vəfatından sonra İzabella bibisi Marqaritanın Antverpendəki sarayında yaşamağa davam etdi. Ailə şəcərəsi və varisi olduğu taxt-tac səbəbilə İzabella üçün uşaq yaşlarından evlilik planları qurulurdu. Danimarka kralı ilk öncə böyük bacısı Elyanora ilə evlənmək istədi. Ancaq Elyanora valideynlərinin ən böyük övladı idi və bu səbəblə daha böyük bir siyasi fiqurla evləndirilməli idi.
Azərbaycan dilinin izahlı lüğəti
"Azərbaycan dilinin izahlı lüğəti" XX əsrin 40-cı illərindən hazırlanmağa başlansa da, birinci cildi 1966-cı ildə işıq üzü görmüşdür. Həmin cildi görkəmli leksikoqraf və lüğətçi alim, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmələri doktoru, professor Əliheydər Orucov tərtib etmişdir. Lüğətin redaktoru Əkrəm Cəfərdir. Redaksiya heyətinə isə Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri Məmməd Arif Dadaşzadə və Məmmədağa Şirəliyev, o cümlədən Əliheydər Orucov və Rəsul Rüstəmov daxildirlər. Lüğətdə Azərbaycan ədəbi dilinin lüğət tərkibində mövcud olan və Azərbaycan dilinə daxil olmuş yeni sözlərin mənaları və məna incəlikləri anadilli ədəbiyyat tarixinin görkəmli nümayəndələrindən gətirilən sitat nümunələrilə və digər misallarla izah olunur. Lüğət Əliheydər Orucovun rəhbərliyi və ümumi redaktəsi ilə "Azərbaycan dilinin izahlı lüğəti" I cild (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1966), II cild (Bakı, Elm, 1980), III cild (Bakı, Elm, 1983) və IV cild (Bakı, Elm, 1987) nəşrləri əsasında 2006-cı ildə Ağamusa Axundovun rəhbərliyi ilə Əliheydər Orucov, Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə tərəfindən təkmilləşdirilərik "Şərq-qərb" mətbəəsində yenidən nəşr edilmişdir. == Kitabın seriyaları == Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild (ABCÇD). Bakı: Şərq-Qərb, 2006, 744 s.
Bidens izabalensis
Bidens izabalensis (lat. Bidens izabalensis) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Donna İzabel de Rekesensin portreti
Neapol vitse-kraliçası Donna İzabel de Rekesensin portreti (it. Portrait of Doña Isabel de Requesens y Enríquez de Cardona-Anglesola — əvvəllər Paliano hersoginyası Covanna d’Araqonanın təsvir edildiyinə inanılan, 1518-ci ildə yağlı boya ilə çəkilmiş portretdir. Müxtəlif tədqiqatçılar tərəfindən əsər gah Rafaelə, gah Culio Romanoya, gah da Rafael məktəbindən olan başqa bir rəssama aid edilmişdir; hazırda əsərin Rafaelin eskizi əsasında Culio Romano tərəfindən çəkildiyinə inanılır. Əsər hazırda Parisdəki Luvr muzeyində sərgilənir. == Tarixi == Neapol vitse-kraliçasının portreti, gözəl qadın portretlərini kolleksiya edən Fransa kralı I Fransiskə Papa X Lev adından hədiyyə edilməsi üçün Kardinal Bernardo Dovizi Bibbiena tərəfindən 1518-ci ildə Rafael Santiyə sifariş edilmişdi. Pyer de Burdeyl Brantom portretdə Covanna d’Araqonanın (1502–1575) təsvir edildiyini qeyd etmişdir; 1997-ci ildə aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, portretdə 1509–1522-ci illərdə Neapol vitse-kralı olmuş Ramon de Kardonanın həyat yoldaşı İzabel de Rekesens təsvir edilmişidr.Vazarinin məlumatına görə, Rafael gənc köməkçilərindən biri olan Culio Romanonu Neapola göndərərək subyektin üzünü çəkməyi tapşırmışdır ; Rafaeldə Culio Romanoya etdiyi sifarişlə bağlı sənəd qalmışdır. Portretdəki üz dəyişdirilmişdir; əks halda Vazarinin təsviri Culio Romano və Rafael tərəfindən çəkilmiş və "Araqonlu İzabella Mona Liza kimi" adlandırılan, Neapollu İzabella adlandırılan Milan hersoginyası Araqonlu İzabellanın təsvir edildiyi portretə də aid edilə bilər. Sonradan ehtimal ki, həm də Araqonlu İzabellanın portreti üçün istifadə edilmiş Donna İzabel de Rekesensin portretinin eskizinin kim tərəfindən işlənməsi haqqında müxtəlif fikirlər vardır; Luitpold Dassler əsəri Culio Romanonun fırçasına aid edir. Lakin, hazırda hər iki əsərin eskizlərinin Rafael tərəfindən hazırlanması ehtimal edilir, I Fransiskin kolleksiyasına daxil olan Leonardo da Vinçinin "Mona Liza"sına vizual istinadlara görə onlar Rafaelin Cakondaları adlandırılırlar. Araqonlu İzabellanın portretinin kopya olması ehtimalı da vardır ; belə ki, əsərə sahib olan Romadakı Doria-Pamfili qalereyası onu Rafaelin əsərinin kopyası kimi təqdim edir.Əsərin bir neçə kopyası vardır, Vazari isə orijinalla birlikdə Culio Romano tərəfindən bir kopyanın işlənməsini xəbər verir; Brantom portretin nüsxələrindən birini Fontenblo sarayındakı kral otağında, digərini isə kraliçanın otağında gördüyünü deyir.
Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti
Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti - Bircildlik Ermənistanda Azərbaycan mənşəli toponimlərinin ensiklopedik lüğəti. Əsərdə indiki Ermənistan ərazisində 1588-ci ildən 1988-ci ilə qədər mövcud olmuş toponimlərin izahlı lüğəti verilmişdir. Lüğətin mətnindən aydın olur ki, bu ərazidə türkmənşəli tayfalar hələ eramızdan əvvəl birinci minillikdə yaşamaqla əhalinin əksəriyyətini təşkil etmişlər. ERmənilər qədim Oğuz yurdu olan İndiki Ermənistanda yığcam halda 1826-1828-ci illərdən sonra bir neçə xarici dövlətin ərazisindən köçərək məskunlaşmışlar.
Geomorfoloji terminlərin izahlı lüğəti
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir.Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
Geomorfoloji terminlərin izahlı lüğəti (AMEA)
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir.Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
II İzabella
II İzabella (isp. María Isabel Luisa de Borbón y Borbón-Dos Sicilias) (10 oktyabr 1830[…], Madrid – 9 aprel 1904[…], Paris) — İspaniya kraliçası. Atası İspaniya kralı VII Ferdinand, anası isə İki Siciliya kralı I Fransiskin qızı Mariya Kristinadır. Hələ 3 yaşında ikən atasının ani vəfatının ardından İspaniya kraliçası elan edildi. Ancaq onun taxta çıxması əmisi İnfant Karl İsidros tərəfindən tanınmadı və beləcə ölkədə vətəndaş müharibəsi başladı. 1833–1840-ci illərdə anası Mariya Kristinanın, növbəti 3 ildə isə ordu generalı Baldomerin naibliyi ilə ölkə idarə edildi. Bu müddət ərzində ölkədə mütləq monarxiyaya son qoyulmuş, 1834 və 1837-ci illərdə qəbul edilən qanunla konstitusiyalı monarxiyaya keçilmişdi. 1844-cü ildə hakimiyyəti ələ alan II İzabellanın səltənəti intriqalarla keçdi. Nəticədə 1868-ci ildə baş tutan inqilabla taxtdan devrildi və ailəsiylə birlikdə Fransaya qaçdı. 1870-ci ildə rəsmi olaraq taxtdan çəkildiyini elan etdi.
Kastiliyalı I İzabella
Kastiliyalı I İzabella (isp. Isabel I la Católica; 22 aprel 1451 – 26 noyabr 1504) — Kastiliya və Leon kraliçası, Araqon kralı Ferdinandın xanımı, Araqon kraliçası. Taxt uğrunda apardığı mübarizənin ardından İzabella hökumət sistemini yenidən tənzimlədi və krallığın qardaşı dönəmindən qalan borclarını azaltdı. 1469-cu ildə Ferdinandla baş tutan evliliyi bu günkü İspaniyanın yaranmasına şərait yaratdı. İzabella və Ferdinand rekonkista əməliyyatını tamamladıqları, İspaniyadakı müsəlman və yəhudiləri sürgün etdikləri, Xristofor Kolumbun 1492 səfərini dəstələdikləri və maliyyələşdirdikləri ilə tanındılar. İzabella və əri Ferdinand Papa VI Aleksandr tərəfindən "Katolik monarx" ünvanı aldılar və 1974-cü ildə Roma-Katolik kilsəsi tərəfindən "Tanrının xidmətçisi" olaraq elan edildilər. == Həyatı == === İlk illəri === İzabella 22 aprel 1451-ci ildə Kastiliya kralı II Con və ikinci xanımı Portuqaliyalı İzabellanın yeganə qızı olaraq Avilada dünyaya gəldi. Dünyaya gəlişiylə özündən böyük ögey qardaşı Henridən sonra taxt sırasında ikinci yeri tutdu. Üstəlik o əsnada 26 yaşlı Henri evli olsa da, övladı yox idi. 2 il sonra qardaşı Alfonsonun dünyaya gəlişiylə taxt sırasında üçüncü yerə düşdü.
Kastiliyalı İzabella
Kastiliyalı İzabella (d. aft.
Kastilyalı İzabella
Kastiliyalı İzabella (d. aft.
Kastilyalı İzabella (York hersoqinası)
Kastilyalı İzabella (ing. Isabella of Castile; 1355, Tordesilyas[d], Kastiliya və Leon – 23 dekabr 1392) — Kastiliya kralı I Pyotrun və xanımı Mariya Padillanın qızı. Bacısı Konstansanın İngiltərə kralı III Eduardın oğlu Gentli Conla evlənməsinin ardından İzabella da, kralın digər oğlu Edmond Lanqli ilə evləndirildi. == Mənbə == Cokayne, George Edward (1959). The Complete Peerage, edited by Geoffrey H. White. XII(2). London: St. Catherine Press. Harriss, G.L. (2004). Richard, earl of Cambridge (1385–1415).
Kiprli İzabella
İzabella de Luzinyan (fr. Isabelle de Lusignan) və ya Kiprli İzabella (təq. 1216, Kipr, Akrotiri və Dekeliya – 1264) — Antioxiya şahzadəsi, Yerusəlim krallığının regenti. == Ailəsi == İzabella Kipr kralı I Hüqo və Şampanlı Alisanın qızı idi. O, 1223-cü ildə Antioxiya şahzadəsi və Tripoli qrafı Henri de Puatye ilə evlənmişdir. Onların Hüqo adlı oğlu və Marqarita adlı qızı olmuşdur. == Regensiya == İzabella 1263-cü ildə Yerusəlim krallığının regenti olmuşdur. Öz növbəsində, Əkka şəhərində öz əri Henrini bayli təyin etmişdir. O, 1264-cü ildə oğlu Hüqo Yerusəlim krallığının baylisi olduqdan sonra Kiprə qayıtmış və orada vəfat etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Edbury, Peter W. The Kingdom of Cyprus and the Crusades.
Koimbralı İzabella
Koimbralı İzabella (port. Isabel de Coimbra) (1 mart 1432, Portuqaliya – 2 dekabr 1455) — Portuqaliya kralı V Afonsonun ilk xanımı, Portuqaliyanın kraliça-konsortu. == Həyatı == İzabella 1432-ci ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Conun oğlu İnfant Pyotr, anası isə Araqon kralı IV Pyotrun nəvəsi Kataloniyalı İzabelladır. Atası İnfant Pyotr azyaşlı kral V Afonsonun taxt naibi idi. Rəvayətə görə, eyni yaşda olan İzabella və kral V Afonso bir-birini çox sevirdi. Bu səbəblə 1445-ci ildə cütlük nişanlandı. Ancaq bu nişan kralla qohum olmaq istəyən ögey əmisi Braqanzalı Afonsonun etirazına səbəb oldu. Etirazlara baxmayaraq, cütlük 6 may 1447-ci ildə evləndi. Cütlüyün bu nikahdan 3 övladı dünyaya gəlsə də, ilk övladı 1 ay sonra vəfat etdi.
Kraliça İzabella portretli 25 sent
Kraliça İzabellanın portreti ilə olan 25 sent - gümüş sikkə, eyni zamanda Isabella dörddə biri ( ing. Isabella quarter). Dolların dörddə birini təşkil edən gümüş sikkə 1893-cü ildə ABŞ - ın Çikaqo Dünya Sərgisində iştirak etməyi münasibətilə buraxılıb. Sikkə ön tərəfində portreti yerləşdirilmiş Kastiliya Kraliçası İzabella -nin şərəfinə adlandırılmışdır. Sikkə bir sıra xüsusiyyətlərə malikdir: 25 sentlik ilk ABŞ sikkəsi; üzərində qadın təsviri olan ilk ABŞ sikkəsi; Əsl qadını əks etdirən ilk 25 sentlik ABŞ sikkəsi Hər iki tərəfdə qadınların şəkli olan ilk ABŞ xatirə sikkəsi; Xarici monarxın simvolu olan ilk ABŞ sikkəsi.Sikkə buraxıldıqdan sonra dizaynı tənqid olundu və köhnəlmiş adlandırıldı. Sikkə sərgi zamanı qeyri-qənaətbəxş şəkildə paylandı: 1 dollar müəyyən edilmiş qiymətlə cəmi 15,000 nüsxə satıldı. Nominal dəyərində isə daha 10,000 sikkə Qadın Təşkilatçılar Şurasının nümayəndələri tərəfindən alındı ( ing. The Board of Lady Managers). Buraxılan sikkələrin demək olar ki, yarısı yenidən ərinməsi üçün qaytarıldı. Bu gün həmən sikkə kolleksionerlər arasında populyardır və bir neçə min dollaradək qiymətləndirilir.
La İzabela
La İzabela — Dominikan Respublikasının ərazisində yerləşən şəhər. La İzabela Avropalıların Amerika ərazisində məskunlaşdığı ilk yer hesab olunur. Şəhər Xristofor Kolumbun ikinci səfəri zamanı 1493-cü ildə salınmışdır.
Mariya İzabel
Mariya İzabel (İspanca:María Isabel; 4 yanvar 1995) — İspaniya müğənnisi, 2004-cü il Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi 2004 Avroviziya Mahnı Müsabiqəsində İspaniyanı "Antes muerta que sencilla" mahnısı ilə təmsil etmiş və qalib olmuşdur.
Mariya İzabella (İki Siciliya kraliçası)
Mariya İzabella (isp. María Isabel de Borbón y Borbón-Parma) (6 iyul 1789[…], Madrid – 13 sentyabr 1848[…], Portiçi, Kampaniya) — İki Siciliya kralı I Fransiskin xanımı, İspaniya infantası. Atası İspaniya kralı IV Karl, anası isə onun xanımı Parmalı Mariya Luizadır. Hələ 13 yaşında ikən əmisi oğlu olan İki Siciliya kralı Fransisklə evləndi və Siciliya kraliçası oldu. == Mənbə == Acton, Harold. The Bourbons of Naples (1734-1825). Prion books limited, London, 1989 (first published in 1957). ISBN 1-85375-291-6 Bearne Charlton, Catherine. A Royal Quartette. London: T. F. Unwin, 1908.
Mariya İzabella Braqanza
Mariya İzabella Braqanza (isp. Maria Isabel Francisca de Assis Antónia Carlota Joana Josefa Xavier de Paula Micaela Rafaela Isabel Gonzaga de Bragança) (19 may 1797[…] – 26 dekabr 1818[…]) — İspaniya kralının xanımı. Atası Portuqaliya kralı VI Con, anası isə İspaniya kralı IV Karlın qızı Şarlottadır. Bu səbəblə eyni zamanda Portuqaliya infantası idi. Hələ 19 yaşında ikən dayısı İspaniya kralı VII Ferdinandla evləndi. Bu evlilikdən 2 qız övladı dünyaya gəlsə də, bunlardan ilki cəmi 4 ay yaşadı. Digəri isə ölü olaraq dünyaya gəldi. Mariya İzabella isə ikinci qızının doğumu əsnasında qanaxmadan vəfat etdi. == Mənbə == María Isabel de Braganza: la reina del Prado : edición conmemorativa del bicentenario de la Fundación Museo del Prado (1819-2019). Boletín Oficial del Estado.
Mehrdad İzadi
Mehrdad İzadi (ing. Michael Mehrdad R.S.C. Izady; 1963) — kürd əsilli İran alimi. Onun maraq dairələri xüsusilə Yaxın Şərq və kürdlərdir. == Karyera == İzadi altı il Harvard Universitetində Yaxın Şərq Dilləri və Sivilizasiyaları Fakültəsində dərs demişdir. O, Yaxın Şərq və Cənub-şərqi Avropa mövzularında bir çox kitab və məqalənin müəllifidir. İzadi 2001-ci ildən Fordhem Universiteti, Nyu-York Texnologiya İnstitutu və Peys Universitetində müəllimidir.İzadi Laçın və Kəlbəcərin işğalında kürdlərin qovulmasına ermənilərin gətirdiyi arqumentləri rədd edərək belə bir ritorik sual verir: "Sən də, Ermənistan"? == Tənqidi == Erməni kürdşünas və İranşünas Qarnik Asatryan İzadinin kitabı olan "Kürdlər. Qısa əl kitabı" əsərini "fantasmaqorik" adlandırmışdır.İranşünas Riçard Folts qeyd edir ki, "Yəzdanizm adlı pankürd protodini müasir kürd alimi Mehrdad İzadinin uydurmasıdır".
Portuqaliyalı İzabella
Portuqaliyalı İzabella (isp. Isabel de Portugal; 24 oktyabr 1503, Lissabon – 1 may 1539, Toledo) – Müqəddəs Roma imperatoru V Karlın xanımı və İspaniya kraliçası.
Portuqaliyalı İzabella (Burqundiya hersoqinası)
Portuqaliyalı İzabella (port. Isabel de Portugal) (21 fevral 1397 – 17 dekabr 1471, Dijon) — Burqundiya hersoqu Xeyirxah Filippin üçüncü xanımı, Burqundiya hersoqinası. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Con, anası isə Gentli Conun qızı Lankasterli Filipadır. == Həyatı == Donna İzabella 1397-ci ildə Evorada dünyaya gəldi. Uşaqlıq illəri kral sarayında qardaşlarıyla keçdi. Qardaşlarıyla birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. Latın, fransız, ingilis və italyan dillərini öyrəndi. 1415-ci ildə Fransaya qarşı müttəfiq axtaran İngiltərə kralı V Henri onunla evlənmək istəsə də, anası kraliça Filipanın ani vəfatıyla danışıqlar yarıda qaldı. Çıxdığı Avropa səyahəti əsnasında 2 il boyunca Burqundiya sarayında yaşayan qardaşı Don Pyotrun səyləriylə 1428-ci ildə Burqundiya hersoqu Xeyirxah Filipplə evlənməsi planlaşdırıldı. Xeyirxah Filipp daha öncə 2 dəfə evlənsə də, hələ də varisi yox idi.
Portuqaliyalı İzabella (Kastiliya kraliçası)
Portuqaliyalı İzabella (isp. Isabel de Portugal) (d. 1428 - ö. 15 avqust 1496) – Kastiliya kralı II Conun xanımı. İzabella Portuqaliyanı 1385-ci ildən bəri idarə edən Aviz sülaləsinə mənsub idi. Atası Con Portuqaliya kralı I Juanın ən kiçik oğlu, anası İzabella isə yenə kralın qeyri-məşru oğlu olan Braqanza hersoqunun qızı idi. == Həyatı == === İlk illəri === İzabella 1447-ci ildə Kastiliya kralı II Conla evləndi. Kralın ilk xanımı olan Araqonlu Mariyadan 4 övladı dünyaya gəlsə də, bunlardan yalnız bir oğlu - gələcəkdə taxta çıxan Henri yetkinlik yaşına çatmış, onun Navarralı II Blanşla olan evliliyindən isə övladı olmamışdı. Bu səbəblə II Con həm özünə, həm də krallığa vəliəhd qazanmaq məqsədilə daha gənc bir xanımla, daha çox da fransız əsilli bir şahzadəylə evlənmək niyyətində idi. Ancaq kral, yaxın adamı Alvaro Lunanın da təzyiqi altında Portuqaliya ilə sülhü təmin etmək üçün yeni xanımını bu ölkədən seçməyə qərar verdi.
глуши́лка горбова́тый гро́зно долгу́ша интерне́т-рекла́ма противополо́жно разнорабо́чая щебе́чущий запла́та лиф побива́ться су́женый цыганский пот пупа тикр auntie churchyard dekastere gun-area mindlessness overland pock-pudding алгебра кошёлка любознательный