İZDİHAM

is. [ ər. ] Bir yerə çoxlu camaat yığılması, çox qələbəlik, böyük camaat kütləsi.
Cümə günü olduğu üçün hər tərəfdə böyük bir izdiham vardı. S.Hüseyn.
Körpüdə izdiham çox idi… T.Ş.Simurq.
Adamın ucu-bucağı yox idi, izdiham sel kimi axırdı. C.Cabbarlı.

// Çoxlu adam yığılmış yer, tünlük, basırıq, qələbəlik. Sabahdan Mehdi bəyin evində böyük izdiham var idi.
Çünki Şəban Gülsümü onun evinə gətirmişdi. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İZDİHAM 1. İZDİHAM İzdiham irəli axdıqca atlı kazakların hücumu daha da şiddətlənirdi (M.Hüseyn); AXIN Mən indi özümü bu axından ayrı təsəvvür etmirəm (M
  • İZDİHAM tünlük — basırıq
İZÇİ
İZDİHAMLI

Digər lüğətlərdə