İZLƏMƏK

f.
1. Birinin izi ilə, ardınca getmək, təqib etmək, izinə düşmək.
[Xəyyam:] Yox, oxşayacaq ruhumu bir zərrə səadət; İzlər məni hər dürlü fəlakət. H.Cavid.
Sarıbəniz uşaqlar həyəcanla bu məhbusları izləyirdilər. S.Vəliyev.
Mən inamla irəliləyən Rəşidi addım-addım izləyirdim. M.Rzaquluzadə

// İzinə düşüb axtarmaq, aramaq. Oğrunu izləmək.
– Böyük bir mahalın divanı yerindən tərpənib Nəbini izləməyə başlamışdı. S.Rəhimov.

// Göz qoymaq, güdmək.
Üstü örtülü səbətlərdən şübhələnmiş polis xəfiyyəsi, uzaqdan-uzağa Qulam dayını izləyirdi. M.Hüseyn.
Maya daha diqqətlə ərini izləyərək, onda başqa bir qadın iyini duyduqda sarsılmışdı. M.İbrahimov.
[Teymur Zərifəyə deyir:] Biz illər uzunu sənin həyatınla maraqlanmış, hər addımını izləmişik. H.Seyidbəyli.

2. məc. Birinin yolu ilə getmək, onun yolunu davam etdirmək, dalınca getmək.
Bir dramaturq olaraq [Ü. Hacıbəyov] məhz M.F.Axundov və C. Məmmədquluzadənin dramaturji üslubunu izləyərək … misli görünməmiş komediyalar yazmışdır. Ə.Sultanlı.

3. məc. Təqib etmək, göz qoymaq, müntəzəm tanış olmaq. Gündəlik mətbuatı izləmək.
– Firidun … diqqətlə qəzetləri izləyirdi. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İZLƏMƏK 1. İZLƏMƏK Yerdə qalanları da Məmməd bəyin nökərləri izləyib qılıncından keçirirdi (Çəmənzəminli); ARXASINCA DÜŞMƏK Mədəd naharını qurtarıb qapıdan çı
  • İZLƏMƏK güdmək
  • İZLƏMƏK aramaq — axtarmaq — araşdırmaq
İZLƏMƏ
İZLƏNMƏ

Digər lüğətlərdə

аполити́чно белладо́нна биоме́трика искушённость огнепокло́нница разве́рзнуть снови́дица старообра́зность акци́з измя́ться нова́тор отправно́й подша́ркнуть рыхле́ть amoretti camera guest worker hive-bee multinomial pentarchy slanguage мышастый пастух продолжить сковородка