İZO…

изо … первая часть сложных слов иноязычного происхождения, вносящая значение: равный, одинаковый, подобный
İZLİK
İZOBAR
OBASTAN VİKİ
İzo (İzer)
İzo (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38194. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Sen-Pol-d'İzo
Sen-Pol-d'İzo (fr. Saint-Paul-d'Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Byevr kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38437. Kommunanın 2012-ci il üçün əhalisi 303 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 458 ilə 764 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 28 km şimal-qərbdə yerləşir.
Eduard İzotov
Eduard İzotov (11 noyabr 1936 – 8 mart 2003, Moskva) — SSRİ film aktyoru. == Həyatı == Eduard Konstantinoviç İzotov 11 noyabr 1936-cı ildə anadan olub. GİTİS-də təhsil alıb. 1959-cu ildən filmlərə çəkilməyə başlayıb. Tamaşaçılar onu daha çox "Morozko" filmindəki roluna görə tanıyıb. Rusiyanın əməkdar artisti (1999) Eduard İzotov 8 mart 2003-cü ildə vəfat edib.
Temperatur izotermiyası
== Atmosferdə havanın temperaturunun şaquli dəyişməsi == Troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq orta hesabla azalır. Atmosferin təbəqələri arasında isə bir- neçə km məsafədə dəyişməz qalır. Məhz temperaturun yüksəklikdən asılı olaraq dəyişməsi amilinə görə atmosfer təbəqələrə ayrılır. == Temperatur izotermiyası == Əgər havanın temperaturu yüksəklikdən asılı olaraq dəyişməz qalarsa bu izotermiya adlanır. Xəritədə eyni temperatur kəmiyyətlərini birləşdirən xətlərə izotermlər deyilir.
Topoloji izolyator
Topoloji izolyator – həcmin daxilində dielektrik (izolyator) olan, səthin üstündə isə elektriki keçirən xüsusi tip materialdır.Topoloji izolyatorun nümunəsi kimi çox incə (əks halda lazımi effekt alınmır) civə təbəqəsi plyonkası və əvvəlcə laboratoriyada alınmış, sonra isə təbiətdə təsbit olunmuş kavatsulit mineralı çıxış edə bilər. Hal-hazırda dünyada multidissiplinar xarakterli elmi tədqiqatlar geniş vüsət alır. Kimya fizika və materialşünaslığın qovşağında elmi araşdırmaların ən prioritet istiqamətlərindən biri yüksək texnologiyalar üçün qabaqcıl materialların alınmasının elmi əsaslarının yaradılmasıdır. Bu materiallara topoloji izolyatorlar (Tİ), günəş enerjisi çeviriciləri üçün daha effektiv fotovoltaik materiallar və nəhayət yeni sinif yarımkeçirici-ferromaqnetiklər və termoelektriklər daxildir. Məlumdur ki, bu materialların yaradılmasında baza fazaları kimi metalların xalkogenidlərindən və onlar əsasında çoxkomponentli fazalardan istifadə olunur. Alternativ enerji mənbələri, mülki və hərbi sənaye və həmçinin, informasiya texnologiyaları üçün yuxarıda qeyd olunan innovativ materiallar arasında topoloji izolyatorlar xüsusi yer tutur. Maddənin bu xüsusi kvant halı cəmi bir neçə il öncə kəşf edilmişdir və onların araşdırılması yüksək texnologiyalar fizikası və kimyası sahəsində hazırda ən prioritet məsələlərdən biridir (Moore. The Birth of Topological İnsulators. Nature, 464, 7286, 2010). Tİ-də elektronlar kristalın həcmində deyil səthi boyunca hərəkət etməklə kvant spin Holl effekti nümayiş etdirir.
Tristan və İzolda
Tristan və İzolda - sevgi dastanı və ya romantik faciə janrlı dastan. XII əsrdən bəri bir çox mənbələrdə, fərqli versiyalarda təqdim olunur. Dastan Korniş sərkərdəsi Tristan və İrlandiya şahzadəsi İzoldanın sevgisindən bəhs edən bir faciədir. Bəzi mənbələrdə bu faciəni "zina eşq" də adlandırırlar. XII əsrdən bəri hekayənin təfərrüatları və detalları hər müəllifə görə dəyişsə də ümumi məzmun, indiyə qədər olduğu kimi qalır. == Personajların əfsanəsi == Tristanın xarakteri və hekayəsi müəllifdən müəlifə dəyişir. Hətta qəhrəmanın adı belə müxtlif dillərdə, müxtəlif formalarda təqdim olunur. Bunanla belə, ən əsas ad; "Tristan" olaraq qəbul olunur. Tristanın əfsanəsi iki əsas mənbədən qaynaqlanır. Birinci mənbə XII əsrin ikinci yarısında yaşamış iki fransız yazar, Tomas Britaniyalı və Beruol Normandiyalının (və ya Bretonlu) romanlarından qaynaqlanır.
İraq Şam İzolyatsionizm Dövləti
İraq Şam İslam Dövləti (özünüadlandırma: İslam Dövləti) — Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşma, 3 yanvar 2014-cü il tarixində müstəqilliyini elan etmişdir. 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmişdir. 2019-cu ildə isə süqutu elan edilmişdir. İŞİD indiyə qədər heçbir dövlət tərəfindən tanınmamışdır == Tarixi == İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək "Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn" (daha çox "İraq Əl-Qaidəsi" adı ilə tanınır) adını götürdü. === İraqda === ==== İraq İslam Dövləti ==== 2006-cı ilin yanvar ayında "Ceyş ət-Taifa Əl-Mənsur", "Ceyş Əhli-Sünnə vəl-Camaa", "Ceyş əl-fatihin", "Cund əs-Səhabə" kimi kiçik qruplarla birləşən qruplaşma "Mücahidun Şura Konseyi" adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı. ===== İraq İslam Dövlətində döyüşçü sayı ===== 2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi. ==== 2012 ==== ==== 2013 ==== ==== 2014 ==== ===== Oktyabr 2014 ===== 15 oktyabr 2014-cü ildə terror təşkilatı İŞİD Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirmiş, əl-Anbar və Fəllucanı mühasirəyə almışdır.
İzoatmlar
İzoatmlar- xəritədə buxarlanmanın eyni kəmiyyətdə olduğu nöqtələri birləşdirən xətlərdir.
İzobar (meteorologiya)
İzobar — xəritədə müəyyən vaxtda atmosfer təzyiqinin bərabər olduğu nöqtələri birləşdirən izoxət. Bu xəritələrin üstünə qoyulmuş rəqəm atmosfer təzyiqinin neçə mm.-ə (və ya mb.-a) bərabər olduğunu göstərir.
İzobar proses
İzobar proses (yun. "baros" – ağırlıq, çəki) – makroskopik sistemin halının sabit təzyiqdə dəyişməsi prosesi (p = const). Qazı qızdırdıqda onun hərəkət edən porşenli silindrdə genişlənməsini izobar proses hesab etmək olar. İzobar prosesi aşağıdakı nisbətlərə bərabərdir: Sistemə ötürülən istilik enerjisi iş görülməsinə və sistemin daxili enerjisinin (U) dəyişməsinə sərf olunur. Termodinamikanın birinci qanununa əsasən Q = Δ U + W {\displaystyle Q=\Delta U+W\,} burada W qaz tərəfindən görülən iş, U qazın daxili enerji və Q verilən istilik enerjisidir. Qapalı sistemdə təzyiq-həcm işi aşağıdakı kimi müəyyən edilir: W = ∫ p d V {\displaystyle W=\int \!p\,dV} burada Δ bütün proses üzrə dəyişiklik deməkdir, d isə diferensialı bildirir. Təzyiq sabit olduğundan, bu o deməkdir ki W = p Δ V {\displaystyle W=p\Delta V} İdeal qaz qanununu tətbiq etməklə, alırıq ki W = n R Δ T {\displaystyle W=n\,R\,\Delta T} R qaz sabitini, n isə sabit qaldığını qəbul etdiyimiz maddənin miqdarını ifadə edir (məsələn, kimyəvi reaksiya zamanı faza keçidi yoxdur).Daxili enerjinin dəyişməsi sistemin temperaturundan asılıdır. Δ U = n c V , m Δ T {\displaystyle \Delta U=n\,c_{V,m}\,\Delta T} burada cV,m sabit həcmdə molar istilik tutumudur. Son iki tənliyi birinci tənliylə əvəz etməklə izobar qazlar üçün verilən istiliyin təsiri altında qazın temperatur dəyişməsini təyin edə bilərik. Q = n c V , m Δ T + n R Δ T Q = n Δ T ( c V , m + R ) Q = n Δ T c P , m {\displaystyle {\begin{aligned}Q&=n\,c_{V,m}\,\Delta T+n\,R\,\Delta T\\Q&=n\Delta T(c_{V,m}+R)\\Q&=n\Delta Tc_{P,m}\end{aligned}}} burada cP sabit təzyiqdə molar istilik tutumudur.
İzobazlar
İzobazlar– Yer səthinin dəniz səthinə nisbətən qalxdığı və ya çökdüyü bərabər olan nöqtələri xəritədə birləşdirən xətlərdir. Eyni qalxma xətlərini birləşdirən xətlərə izoanabazlar, eyni çökmə nöqtələrini birləşdirən xətlərə isə izokatabazlar deyilir.
İzobilnenski rayonu
İzobilnenski rayonu (rus. Изобильненский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi İzobilnıy şəhəridir. == Coğrafiyası == Rayon Stavropol diyarının şimal-qərb hissəsində yerləşir. Təbii şərait mülayim kontinental iqlimi, düzən bir relyefə, qara torpaqlar ilə xarakterizə olunur. Böyük Stavropol kanalı və Bolşoy Yaqorlıq, Taşla, Tatarka çaylarının dərələri, çoxlu gölməçələr, həmçinin Novotroitsky su anbarı relyefi parçalayır. == Tarixi == Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 2 iyun 1924-cü il tarixli bir qərarı ilə, Cənub-Şərq vilayətinin Stavropol dairəsinin bölünməsi ilə 10 rayon, o cümlədən mərkəzi Moskva kəndində olan Moskva rayonu ilə qurulur. 25 mart 1929-cu ildən etibarən o dövrdə Şimali Qafqaz diyarının bir hissəsi olan Moskva rayonu mərkəzi İzobilno-Tişçenski kəndində köçürülür və rayon İzobilno-Tişçenski adlandırıldı. 1934-cü ildə Şimali Qafqaz diyarı Azov-Qara dəniz diyarı (mərkəz Rostov-on-Don şəhərində) və Şimali Qafqaz diyarı (mərkəzində Pyatiqorsk şəhərində) bölünür. 23 yanvar 1935-ci ildə mərkəzi İzobilnoye kəndində olan İzobilnenski rayonu adlandırıldı.
İzobilnıy
İzobilnıy — Rusiya Federasiyasında yerləşən şəhər. Stavropol diyarına daxildir.
İzobutilen
İzobutilen - (СН3)2С=СН2 – doymamış karbohidrogen olub, n-butilenin izomeridir. == Təbiətdə tapılması == Neftin krekinqi qazlarında olur. == Alınması == Izobutileni sənayedə maye neft məhsullarının və ya neft qazlarının katalitlk və ya termiki krekinqi və ya pirolizi üsulu ilə benzin və ya etilen istehsalında butan-buten fraksiyasından ayırmaqla alırlar. Hər üç prosesdə С4-ün çıxımı üyğun olaraq 3-10, 1-2 və 0,4-5 kütlə% təşkil edir. İzobutileni С4 fraksiyasından otaq temperaturuna yaxın temperaturlarda 65%-li sulfat turşusu ilə ekstraksiya etməklə ayırırlar (Butlerov üsulu). Ekstaksiya prosesi praktiki olaraq miqdari gedir. Prosesin yekunuda isə üçlü-butilsulfat turşusu alınır (CH3)2C=CH2 + H2SO4= (CH3)3COSO3Hvə onu yenidən izobutilenə çevirirlər. İzobutilenin başqa bir alınma üsulu onun butilsulfat turşusundan kəskin buxarla hidroliz etməklə ayrılmasıdır ki, nəticədə üçlü-butil spirti alınır: (CH3)3COSO3H + H2O = (CH3)3COH + H2SO4Üçlü-butil spirtini isə 30%-li sulfat turşusu ilə dehidratasiya edərək izobutilen alırlar. Lakin bu üsul sulfat turşusunun regenerasiya prosesinin bahalığı səbəbindən az tətbiq olunur. Daha effektiv üsul ondan ibarətdir ki, izobutilenin 65%-li turşu ilə ekstraksiyası zamanı alınan reaksiya mayesini su ilə turşunun qatılığı 45% olana qədər durulaşdırırlar.
İzoentalpiya prosesi
İzoentalpiya prosesi — entalpiyada baş verən termodinamik prosesdir. "Coul-Tomson effekti" İzoentalpiya prosesidir. == İzoentalpiya prosesində düsturlar == p ⋅ V k = c o n s t .
İzoentropiya prosesi
İzoentropiya prosesi - Entropiyada baş verən termodinamik prosesdir.
İzoenzimlər
İzoenzimlər-Fermentlər (enzimlər)- biokatalitik aktivliyə malik olan yüksək spesifik zülal tərkibli üzvi maddələrdir. - LD1, LD2, LD3, LD4, LD5. == İzoenzimlər == İzoenzimlər - 1952-ci ildə Neylanus elektroforez vasitəsilə laktatdehidrogenazanın bir neçə fraksiyasını almışdır. Müəyyən edilmişdir ki, bu fraksiyalar hər biri öz effektliyinə görə bir-birindən fərqlənir. Digər tərəfdən müəyyən edilmişdir ki, onlar öz kimyəvi tərkibinə , substrat spesifikliyinə, temperatur və digər faktorların təsirinə görə fərqlənir. Laktatdehidrogenazanın beş izoenzimi müəyyən edilmişdir. Onları LD1, LD2, LD3, LD4, LD5 kimi işarə edirlər. LD1, LD2 ürəkdə eritrositlərdən və böyrəkdən alınmışdır. LD3 qalxanabənzər, mədəaltı vəzdə, dalaqda tapılmışdır. LD4, LD5 qara-ciyərdə, skelet əzələlərində tapılmışdır.
İzoet
İzoet (lat. Isoetes) — bitkilər aləminin plaunofitlər şöbəsinin i̇zoetopsidlər sinfinin i̇zoetçiçəklilər dəstəsinin i̇zoetkimilər fəsiləsinə aid bitki cinsi.
İzoetlər
İzogips
İzogips — yer səthinin dəniz səthindən eyni hündürlükdə olan nöqtələrini xəritədə birləşdirən xətt.
İzogipslər
İzogips — yer səthinin dəniz səthindən eyni hündürlükdə olan nöqtələrini xəritədə birləşdirən xətt.
İzogiyetlər
İzogiyetlər-(izo... və yun. hyetos – yağış) – vahid zamanda və ya orta çoxillik, aylıq, illik yağıntıların miqdarını göstərən izoxətlər.
İzokrimlər
İzokrimlər– dəniz səthinin ən soyuq ayda orta temperaturu bərabər olan nöqtələri xəritədə birləşdirən xətlərdir.
İzolda Vısotskaya
İzolda (İza) Konstantinovna Vısotskaya (rus. Изольда (Иза) Константи́новна Высо́цкая; 22 yanvar 1937, Nijni Novqorod – 20 iyul 2018, Nijniy Taqil, Sverdlovsk vilayəti) — sovet və rus teatr aktrisası, memuarçı, Rusiya Federasiyasının Xalq artisti (2005), Vladimir Vısotskinin birinci həyat yoldaşı (25 aprel 1960 - may 1965). == Həyatı == İzolda Vısotskaya 22 yanvar 1937-ci ildə Qorki (hazırda Nijni Novqorod) şəhərində anadan olub. 1958-ci ildə MİAT-ın məktəb-studiyasını bitirmişdir. Kiyevdə (Lesya Ukrainka adına Milli Akademik Rus Dram Teatrı, 1958-1959), в Rostov-na-Donuda (1963-), Permdə, Vladimirdə və Liepayada aktrisalıq etmişdir. Ömrünün sonuna qədər Nijni Tagildə yaşamış, 1970-ci ildən D.Mamin-Sibiryak adına Nijni Tagil Dramatik Teatrında çalışmışdır. 20 iyul 2018-ci ildə 82 yaşında vəfat etmişdir. Aktrisa ilə vida mərasimi 22 iyulda baş tutmuşdur. O, kremasiya olunmasını vəsiyyət etmiş, vəsiyyəti icra olunandan sonra isə aktrisanın külü olan urnanı oğlu Qleb Yekaterinburqa aparmışdır. == Ailəsi == ilk həyat yoldaşı — Jukov (1954-1959).
İzolyator
İzolyator (ing. insulator ~ ru. изолятор ~ tr. yalıtkan) – keçirici olmayan material, yəni elektrik cərəyanını çox pis keçirən material. İzolyatorlardan elektron sxemlərin və dövrələrin elementlərini bir-birindən ayırmaq üçün istifadə olunur. Kauçuk, şüşə, saxsı və plastik materiallar yaxşı izolyatorlardır. İzolyator == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə

зашто́рить обры́знуть пища́лка промяу́чить ро́стбиф сивола́п тарара́хать ча́да вря́д ли непримени́мый песча́нка плечо полушка blood-brain barrier ceraceous dog-eat-dog elapse Gipsy-bonnet sparring partner Squaw Valley намокать независимый откупоривать титло фиглярство