İZOPROPİL

прил. хим. изопропиловый. İzopropil spirti изопропиловый спирт, izopropil efiri изопропиловый эфир
İZOPREN
İZOSEYSTLƏR
OBASTAN VİKİ
İzopropil spirti
İzopropil spirti – (propanol-2, vtor-propanol, izopropanol, dimetilkarbinol, İPS) – üzvi birləşmə olub, alifatik sıranın sadə ikili biratomlu spirtidir. Izopropanolun izomeri – propanol-1 mövcuddur. İzopropil spirti normal şəraitdə şəffaf, rəngsiz, kəskin iyli və yüngül acı dada malik mayedir[2]. İzopropil spirti kosmetika, parfümeriya, məişət kimyasında, avtomobil mayelərinin, tibbi məqsədlər üçün, şüşə təmizləyici vasitələrin, orqtexnikada və sənayedə üzvi maddələrin həlledicisi kimi etil spirtinin əvəzinə istifadə olunur. Inkişaf etmiş ölkələrdə izopraponol az zərərli olduğuna görə şəxsi gigiyena məhsullarında və tibbdə geniş istifadə olunur. Dimetilkarbinolun 75%-li sulu məhlulu əllərin dezinfeksiyaedici vasitəsi kimi istifadə edilir. Su dimetilkarbinolun bakteriyaların membran qəfəslərinə nüfuz etməsinə imkan yaradır, beləliklə daha effektiv zərərsizləşdirir. İzopropil spirti həmçinin tibbdə xarici otit üçün proflaktik vasitənin köməkçi komponenti kimi də işlədilir. Dermatitin müalicəsində dərinin zərərçəkmiş hissəsini silməklə effektiv nəticə verir, bu zaman dəriyə zərərli təsiri cüzi olur. İzopropil spirti bütün uçucu spirtlər kimi oddan təhlükəlidir.
İzopropilbenzol
Kumol (izopropilbenzol, 2-fenilpropan, bəzi xarici dillərdə - kumin) – aromatik üzvi birləşmə, rəngsiz yanıcı maye, rasional kimyəvi formulu C6H5CH(CH3)2. Motor yanacaqlarına oktan ədədinin artırılması üçün əlavə kimi, üzvi sintezdə aseton və fenolun alınmasında və həlledici kimi tətbiq olunur. Kanserogen olduğu mümkündür. Kumol ilk dəfə olaraq, 1840-cı ildə qara zirə bitkisinin (bitkinin latınca adı - Cumin cyminum) toxumlarından alınmış və əvvəlcə “kumin” adlandırılmışdır. Yalnız sonradan alman kimyaçısı Yustus fon Libix maddəyə “kumol” adını təklif edir. Maddənin tarixi adı olan “kumin” bəzi avropa ölkələrində hələ də qorunub saxlanılır. Normal şəraitdə kəskin aromatik qoxusu olan rəngsiz, yanıcı mayedir, iyinin havada insan tərəfindən hiss edilməsi həddi 0,04—6,4 мг/м3 - dir. Praktiki olaraq suda həll olmur (həll olması 0,01%-dən kiçik), bütün nisbətlərdə etil spirti, efir, benzol və digər üzvi həlledicilərlə qarışır. Ərimə temperaturu −96 °C, qaynama temperaturu 152,4 °C-dir. Kimyəvi xassələrinə görə toluola bənzəyir: Benzol nüvəsində və yan zəncirdə yerləşən hidrogenin hesabına əvəzetmə reaksiyasına daxil olur, toluolda olduğu kimi, kaliumpermanqanatın qələvidə məhlulu ilə oksidləşdikdə kalium benzoat alınır.

Значение слова в других словарях