İZTİRARİ
İZZƏT
OBASTAN VİKİ
Aliya İzzetbeqoviç
Aliya İzzetbeqoviç (bosn. Alija Izetbegović; 8 avqust 1925[…], Şamats, Yuqoslaviya krallığı – 19 oktyabr 2003, Sarayevo, Bosniya və Herseqovina) — Bosniyalı siyasətçi və Bosniya və Herseqovinanın ilk prezidenti (1990–1996) və Prezident Şurasının üzvü (1996–2000). == Həyatı == Atası bosniyalı, anası türk olan Aliya 1925-ci il 8 avqustda Samaçda dünyaya gəlib, 1927-ci ildə ailəsi ilə birlikdə Sarayevoya köçmüşdür. Aliya İzzetbeqoviç gənc yaşlarından etibarən siyasətlə məşğul idi. Hələ 16 yaşında olarkən "Gənc müsəlmanlar" təşkilatının üzvü olmuş, bu səbəbdən İkinci dünya müharibəsindən sonra həbs edilərək,1949-cu ildə beş il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həbsdən çıxdıqdan sonra hüquq və kənd təsərrüfatı üzrə təhsil almışdır. Bu dövrdə eyni zamanda inşaat şirkətində əmək fəaliyyətinə başlamışdır. "Gənc müsəlmanlar" təşkilatının verdiyi qərara əsasən dini təhsil almağa başlayan İzzetbeqoviç Yuqoslaviyada nəşr edilən bir çox qəzet və jurnalda və eyni zamanda İslam dünyasının digər yerlərindəki mətbu orqanlarda yazılarını nəşr etdirdi. İzzetbeqoviç 1970-ci ildə bütün dünyada böyük əks-sədaya səbəb olan "İslam Manifesti" əsərini , 1980-ci ildə isə "Şərq və Qərb arasında İslam"ı tamamlamışdır. "İslam Manifesti" kitabına görə 1983-cü ildə həbs edilərək 14 il azadlıqdan məhrum edilsə də, sonradan cəzası əvvəlcə 11, sonra isə 9 ilə qədər azaldılmışdır.
Aliya İzzətbəyoviç
Aliya İzzetbeqoviç (bosn. Alija Izetbegović; 8 avqust 1925[…], Şamats, Yuqoslaviya krallığı – 19 oktyabr 2003, Sarayevo, Bosniya və Herseqovina) — Bosniyalı siyasətçi və Bosniya və Herseqovinanın ilk prezidenti (1990–1996) və Prezident Şurasının üzvü (1996–2000). == Həyatı == Atası bosniyalı, anası türk olan Aliya 1925-ci il 8 avqustda Samaçda dünyaya gəlib, 1927-ci ildə ailəsi ilə birlikdə Sarayevoya köçmüşdür. Aliya İzzetbeqoviç gənc yaşlarından etibarən siyasətlə məşğul idi. Hələ 16 yaşında olarkən "Gənc müsəlmanlar" təşkilatının üzvü olmuş, bu səbəbdən İkinci dünya müharibəsindən sonra həbs edilərək,1949-cu ildə beş il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həbsdən çıxdıqdan sonra hüquq və kənd təsərrüfatı üzrə təhsil almışdır. Bu dövrdə eyni zamanda inşaat şirkətində əmək fəaliyyətinə başlamışdır. "Gənc müsəlmanlar" təşkilatının verdiyi qərara əsasən dini təhsil almağa başlayan İzzetbeqoviç Yuqoslaviyada nəşr edilən bir çox qəzet və jurnalda və eyni zamanda İslam dünyasının digər yerlərindəki mətbu orqanlarda yazılarını nəşr etdirdi. İzzetbeqoviç 1970-ci ildə bütün dünyada böyük əks-sədaya səbəb olan "İslam Manifesti" əsərini , 1980-ci ildə isə "Şərq və Qərb arasında İslam"ı tamamlamışdır. "İslam Manifesti" kitabına görə 1983-cü ildə həbs edilərək 14 il azadlıqdan məhrum edilsə də, sonradan cəzası əvvəlcə 11, sonra isə 9 ilə qədər azaldılmışdır.
Elgün İzzətzadə
Elgün Bəhram oğlu İzzətzadə (15 mart 1997; Qax, Azərbaycan — 18 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün İzzətzadə 15 mart 1997-ci ildə Qax rayonunda dünyaya gəlib. 2014-2016-cı illərdə hərbi xidmətdə olub. Aprel döyüşləri'ndə xidmət etmişdir. Vətən Müharibəsi Qəhrəmanı baş leytenant İzzət Balacayev'in əmisi oğlu idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elgün İzzətzadə Suqovuşanın işğaldan azad edilməsində iştirak edib. O, 18 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Qax Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün İzzətzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün İzzətzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elgün İzzətzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Fərid İzzətli
Fərid Aydın oğlu İzzətli (21 mart 1994; Şəki, Azərbaycan — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid İzzətli 1994-cü il martın 21-də Şəki şəhərində anadan olub. 2000-ci ildə Şəki Şəhər 17 saylı tam orta məktəbə başlamış və 2011-ci ildə həmin məktəbi bitirib. 2011—2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdır. 2015-ci ildə İyun ayında Hərbi Akademiyanı bitirib 7 ay müddətinə Təlim Tədris Mərkəzində kurs keçmişdir. Ailəli idi, 1 oğlu yadigar qaldı. == Hərbi xidməti == Fərid İzzətli 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2018-ci ildən Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Fərid İzzətli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə Cəbrayılda 1 dəfə yaralanmasına baxmayaraq döyüşə davam etmişdir.Bu işğalı Oğluma saxlayan deyiləm!
Hörmət-izzət
Hörmət və ya Sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq.Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Həsən İzzəddin Dinamo
Həsən İzzəddin Dinamo (1 yanvar 1909, Ağcaabad, Trabzon ili – 20 iyun 1989, İstanbul) — Türkiyə şairi. == Həyatı == Şeirlərini "Yeni yol", "Sokak", "Həmlə", "Küllük", "Səs", "Yeni ədəbiyyat" dərgilərində çap etdirir. Bu dövrdəki şeirlərini "Adsız kitab" (1931-ci ildə, Vəhbi Cəm və Mehmet Cavad ilə birlikdə) və "Dəniz fənəri" (1937) adı altında nəşr etdirir. 1926-cı ildən etibarən çap olunan ilk şeirlərində Faruq Nafizin təsiri görünür və heca vəznini işlədir. Fərdi mövzulara yer verir. Nazimin "835 sətr" kitabını oxuyunca Nazimin təsiri ilə sərbəst vəzndə şeirlər yazmaya başlayır. Mövzuları fərdidən sosiala dönür. Şeirlərində ideoloji ünüsürlər çox bəlirgin, sənət dəyəri isə çox zəifdir. 1933-cü ildən sonrakı şeirlərində N. Hikmətin təsiri azalır, öz şəxsiyyətini tapmağa çalışır.
Həsən İzzət Paşa
Həsən İzzət Paşa (türk. Hasan İzzet Paşa, Hasan İzzet Arolat) (d. 1871; İstanbul, – 3 mart, 1931) — Osmanlı İmperiyasının generalı. == Həyatı == Həsən İzzət 1871-ci ildə İstanbulun Aksaray məhəlləsində Əli Muhsin Paşanın və Sürəyyə xanımın ailəsində doğulmuşdu. 1890-cı ildə Türkiyə Quru Qoşunları məktəbini və 1893-cü il martında hərbui məktəbi qərargah zabiti rütbəsi ilə bitirdi. == Hərbi karyerası == 1894-cü il aprelin 14-də Sultan II Əbdülhəmidin əmri ilə Baş Qərargahın dördüncü şöbəsinə təyin edildi. 1895-ci il mayın 18-də Kapitan (Kolağası) rütbəsinə yüksəldi və 1895-ci il mayın 12-də hərbi heyətin tərkibində Üsküpə ekskursiya göndərildi (indiki Skopye). 29 oktyabr 1896-cı ildə Hərbi Akademiyaya təyin edildi. === Osmanlı-Yunan müharibəsi (1897) === 1897-ci il aprelin 21-də mayor rütbəsinə yüksəldilmiş və Alasonya ordusunda xidmətə göndərilmişdi. 1897-ci ildə Osmanlı-Yunan müharibəsi dövründə II Neşet bəyin diviziyasına təyin edilmiş və Domokos döyüşündə (Domokos Müharibəsi) iştirak etmişdir.
II İzzəddin Keykavus
II İzzəddin Keykavus (XIII əsr – 1279, Krım) — Anadolu Səlcuq Sultanlığı hökmdarı, II Qiyasəddin Keyxosrovun böyük oğlu. 1246-1257-ci illərdə hakimiyyətdə olmuşdur. II İzzəddin Keykavus Türk tarixi və Anadolu Səlcuq sultanlığının tarixi üçün önəmli şəxslərdən biridir. Monqolların Anadoluya hücumu II Qiyasəddin Keyxosrovun hakimiyyəti illərində baş versə də təsirləri II İzzəddin Keykavusun zamanında özünü ən ağır şəkildə göstərmişdir. Onun hakimiyyəti qarmaşıq və bir o qədər əhəmiyyətli hadisələrin başlanğıcı olmuşdur. == Həyatı == II İzzəddin Keykavus II Qiyasəddin Keyxosrovun Bərduliyə Xatunla evliliyindən olan oğlu idi. O 1235-ci ildə anadan olmuşdur. Anası Bərduliyə Xatun keşiş qızı olduğu üçün uşaqlıqdan xristian dinindən təsirlənmişdir. II Qiyasəddin Keyxosrov ölərkən oğlu Məlik İzzəddini Atabəyi ilə birgə Burqulu (Uluborlu) valisi olaraq təyin etmişdi. Lakin vali olaraq hansı illər ərzində fəaliyyət göstərdiyi məlum deyildir.
I İzzəddin Keykavus
I İzəddin Keykavus (bilinmir – 1220) — Hakimiyyəti dövründə ölkə ərazisini dənizlərə açıb ticarətini genişləndirmiş, Kilikiya Erməni Çarlığını, Trabzon İmperiyasını Artuqlu bəyliyinə birləşdirib. == Həyatı == === Uşaqlıq və Gənclik illəri === I Qiyasəddin Keyxosrovin böyük oğludur.
Ruslan İzzətli
Ruslan Teymur oğlu İzzətli (18 aprel 1989, Ağdam rayonu) — azərbaycanlı siyasətçi. O, 2012–2013-cü illərdə Ümid Partiyasının sədr müavini, 2013-cü ildən 2021-ci ilə qədər isə "D18" Hərəkatının sədri olmuşdur. == Həyatı == Ruslan İzzətli 1989-cu il aprelin 18-də anadan olub. 1993-cü ildə Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra İzzətlilər ailəsi Bərdə rayonunda yaşamağa başladılar. 1996–2007-ci illərdə Bərdə rayonunun Mehdixanlı kənd tam orta məktəbində təhsil alıb. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "İncəsənət tarixi" üzrə ali təhsil alıb. Bahçeşehir Universitetində "Qlobal siyasət və beynəlxalq münasibətlər" üzrə magistr dərəcəsi alıb. 2011-ci ildə Fransanın Strasburq şəhərində Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbində təhsil alıb. Ailəlidir. Bir övladı var.
Süleyman İzzət bəy
Süleyman İzzət bəy (XIX əsr) — Osmanlı və Türkiyə hərbi xadimi. 1918-ci ildə Bakının daşnak-eser-menşevik –ingilis işğalından azad olunmasında fəal iştirak etmiş türk ordusu XV diviziyasının komandiri. == Azərbaycanın işğaldan qurtarılmasında rolu == 1918-ci ilin avqustun axırlarında Türkiyə və Azərbaycan hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu Bakını azad etməyə hazırlaşdığı bir zamanda qəti həmlə etmək üçün Türkiyəyə müraciət etdi. Buna cavab olaraq daha bir diviziya – polkovnik-leytenant Süleyman İzzət bəyin rəhbərliyi ilə avqustun 28-də Qarakilsə-Dilican-Ağstafa yolu ilə hərəkət edərək, sentyabrın 9-da Bakı ətrafına çatdı. Süleyman İzzət bəy və onun komandanlıq etdiyi V və XV diviziyalar Azərbaycanın nizami və könüllü hərbi qüvvələri ilə birlikdə sentyabrın 12-15-də Bakı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərdilər. Bakı azad olunduqdan sonar Süleyman İzzət bəyin başçılıq etdiyi XV diviziya Dərbənd və Petrovsk-Port (Mahaçqala) şəhərlərini azad etməyə göndərildi. Oktyabrın 6-da Biçeraxovun hərbi qüvvələri darmadağın edilərək, Dərbənd azad olundu. Diviziya noyabrın 8-də Petrovsk-Portu da azad etdi. == Əsəri == Süleyman İzzət bəy sonralar XV diviziyanın Azərbaycan və Şimali Qafqazdakı xilaskarlıq əməliyyatlarına həsr olunmuş əsər yazıb çap etdirmişdi. Əsərin adı belədir: 15 piyade fırkasının Azerbaycan və Şimali Kafkasyadakı harekatı və müharibeleri.
Topal İzzət Mehmed Paşa
Topal İzzət Mehmed Paşa (1794, Malatya – 7 (19) mart 1855, Konstantinopol) — II Mahmud və Sultan Əbdülməcidin səltənətlərində 2 dəfə - ümumlikdə 11 ay 29 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == BA, Tahvil Defterlerinden Atik Vüzerâ Defteri, nr. 39; Esad Efendi, Üss-i Zafer, İstanbul 1241, s. 160-166; Ahmed Rifat, Verdü’l-hadâik, İstanbul 1283, s. 27-30; Cevdet, Târih, XII, 156, 161-170; Mehmed Memduh [Paşa], Esvât-ı Sudûr, İstanbul 1328, s. 8-9; Lutfî, Târih, I, 154, 304-305; Sicill-i Osmânî, III, 460-461; Uzunçarşılı, Kapukulu Ocakları, I, 550, 552-553, 600; Mufassal Osmanlı Tarihi, İstanbul 1962-63; “İzzet Mehmed Paşa”, TA, XX, 486-487.
Yusif İzzəddin Əfəndi
Yusif İzzəddin Əfəndi (10 oktyabr 1857, Dolmabağça sarayı, Konstantinopol, Osmanlı imperiyası – 1 fevral 1916, Konstantinopol) — 33. Osmanlı sultanı Əbdüləzizin böyük oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Yusif İzzəddin Əfəndi 1857-ci ildə Dolmabağça sarayında doğuldu. Atası Osmanlı şahzadəsi Şahzadə Əbdüləziz (Sultan Əbdüləziz), anası isə onun ilk xanımı Dürrünəv xanım idi. Dünyaya gəldiyi əsnada əmisi Sultan Əbdülməcid taxtda idi və şahzadələrin övlad sahibi olması qadağan olduğu üçün Məkkə mollası Qədri bəyin Əyyubsultandakı evində gizlicə böyüdüldü. 4 yaşına gəldikdə isə atası taxta çıxmış, bundan sonra ictimaiyyətə təqdim olunmuşdur. 10 yaşında ikən atasıyla birlikdə Avropa səyahətinə çıxdı. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Vahidəddin Əfəndi, Səlahəddin Əfəndi, Cəlaləddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. 14 yaşında ikən 1 sentyabr 1871-ci ildə atası Sultan Əbdüləziz tərəfindən marşal rütbəsilə ordu rəhbərliyinə gətirildi və bu vəzifəsini 1873-cü ilin yanvarına qədər davam etdirdi. Atası saray çevrilişi ilə taxtdan endirilib, bir neçə gün sonra da şübhəli olaraq öləndə 19 yaşı vardı.
Yusif İzzət
Yusif İzzət paşa (türk. Yusuf İzzet) () — Osmanlı ordusu və Türk ordusunun general olmuşdur. Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edən yüksək rütbəli generallardan biridir. Birinci Dünya müharibəsi dövründə və xüsusilə Türkiyə İstiqlaliyyət müharibəsində ilk aylarında mühüm vəzifələri icra etmiş və 1922-ci ildə ölümünə qədər 1-ci parlamentdə millət vəkili olmuş Türk əsgəri və siyasətçisi idi. == Həyatı == Qafqaz mənşəli ailənin övladıdır. 28 aprel 1894-cü ildə daxil olduğu Hərbi Məktəbi 17 avqust 1896-cı ildə leytenant rütbəsi ilə, 17 yanvar 1900-cü ildə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirmişdir. == Hərbi fəaliyyəti == İtaliya-Osmanlı müharibəsi və Balkan müharibələrində iştirak etmişdi. 1915-ci ildə general rütbəsinə yüksəldi və Birinci Dünya müharibəsində müxtəlif döyüş əmrlərini icra etdi. Xüsusilə, Qafqazın önündə yerləşən 10-cu Ordu Korpusu komandirliyi, Qafqaz Ordusu Korpusu komandiri və 14-cü Korpusun komandiri kimi fəaliyyət göstərmişdi.Rusiyada 1917-ci il Bolşevik İnqilabından sonra Qafqaz və Osmanlı dövlətinin fəal dəstəyi ilə yaradılan "Şimali Qafqaz Respublikası" hökumətinin tərkibində yaradılan Şimali Qafqaz Korpusu komandiri oldu və Komandanlığda hərbi nümayəndə kimi fəaliyyət göstərdi. Mudros müqaviləsi imzalananda, Dağıstandakı bölgəni Rusiya hakimiyyətindən çıxarmaq üçün səylər göstərildi.
Yusif İzzət paşa
Yusif İzzət paşa (türk. Yusuf İzzet) () — Osmanlı ordusu və Türk ordusunun general olmuşdur. Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edən yüksək rütbəli generallardan biridir. Birinci Dünya müharibəsi dövründə və xüsusilə Türkiyə İstiqlaliyyət müharibəsində ilk aylarında mühüm vəzifələri icra etmiş və 1922-ci ildə ölümünə qədər 1-ci parlamentdə millət vəkili olmuş Türk əsgəri və siyasətçisi idi. == Həyatı == Qafqaz mənşəli ailənin övladıdır. 28 aprel 1894-cü ildə daxil olduğu Hərbi Məktəbi 17 avqust 1896-cı ildə leytenant rütbəsi ilə, 17 yanvar 1900-cü ildə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirmişdir. == Hərbi fəaliyyəti == İtaliya-Osmanlı müharibəsi və Balkan müharibələrində iştirak etmişdi. 1915-ci ildə general rütbəsinə yüksəldi və Birinci Dünya müharibəsində müxtəlif döyüş əmrlərini icra etdi. Xüsusilə, Qafqazın önündə yerləşən 10-cu Ordu Korpusu komandirliyi, Qafqaz Ordusu Korpusu komandiri və 14-cü Korpusun komandiri kimi fəaliyyət göstərmişdi.Rusiyada 1917-ci il Bolşevik İnqilabından sonra Qafqaz və Osmanlı dövlətinin fəal dəstəyi ilə yaradılan "Şimali Qafqaz Respublikası" hökumətinin tərkibində yaradılan Şimali Qafqaz Korpusu komandiri oldu və Komandanlığda hərbi nümayəndə kimi fəaliyyət göstərdi. Mudros müqaviləsi imzalananda, Dağıstandakı bölgəni Rusiya hakimiyyətindən çıxarmaq üçün səylər göstərildi.
İzzəddin Həmzə bəy Ramazanoğlu
İzzəddin Həmzə bəy Ramazanoğlu(? - 1427/1428) - 1418-1426-cı illərdə hakimiyyətdə olmuş Ramazanoğulları bəyi. Onun hakimiyyəti dövründə real hökmdarlıq qardaşı İbrahim bəydə idi. Onun hakimiyyəti formal xarakter daşıyırdı. Qardaşının asılılığından qurtulmaq üçün apardığı mübarizələrin birində öldürülmüşdü.
İzzəddin Həsənoğlu
İzzəddin Həsənoğlu — XIII–XIV əsrlərdə yaşayıb, yaratmış, azərbaycan və farsca şeirlər yazmış sufi şair.Həsənoğlunun həyat və yaradıcılığı haqqında ilk məlumat XV əsrdə yaşamış təzkirəçi Dövlətşah Səmərqəndinin 1487-ci ildə tərtib etdiyi "Təzkirətüş-şüəra" əsərindən aşkar edilmişdir. == Həyatı == İzzəddin Həsənoğlu XIII əsrin ikinci yarısında Xorasan vilayətinin Əsfərain şəhərində dünyaya gəlmiş və orada da yaşamışdır. Sufi şeyxi Raziyəddin Əli Lələnin tələbəsi sufi şeyxi Cəmaləddin Əli Zakirin müridi olmuşdur. Bundan sonra Şeyx İzzəddin Əsfəraini adı ilə də tanınmışdır. Doğulduğu və yaşadığı Əsfəraində də vəfat etmiş və elə orada da dəfn edilmişdir. Məzarı bir neçə dəfə dağıdılıb. == Yaradıcılığı == Azərbaycanca olan şeirlərində "Həsənoğlu", farsca olan şeirlərində isə "Puri-Həsən" təxəllüsünü işlətmişdir. Divanı Azərbaycan və Rumda geniş yayılmış, şeirləri XIV əsrdə Xarəzm, Qıpçaq eli və Misirdə oxunmuşdur.Həsənoğlunun azərbaycanca "Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər", "Necəsən gəl, ey yüzü ağım bənim" və "Əcəb bilsəm məni şeyda qılan kim" başlıqlı 3, farsca isə "Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim" başlıqlı 1 qəzəli məlumdur.Misirdəki Məmlük dövləti dövrünün şairi Seyf Sarayi Həsənoğlunun "Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər" qəzəlinə, Anadoluda yaşayıb-yaratmış şairlər; Namusi və Ömər ibn Məzidi isə şairin başqa bir qəzəlinə nəzirə yazmışdır.Həsənoğlunun "Əcəb bilsəm məni şeyda qılan kim" başlıqlı azərbaycanca qəzəli Türk ədəbiyyatı tədqiqatçısı Səadətdin Nüzhət (Ərgün) tərəfindən Ömər ibn Məzid tərəfindən 1437-ci ildə tərtib edilmiş "Məcmuatun-nəzair" məcmuəsindən aşkar edilmiş və 1928-ci ildə "Milli Məcmuə" adlı toplunun 9-cu cildində özü yazdığı məqalə ilə yayımlanmışdır. == İstinadlar == == Mənbə == Sadıqova, Sevda, Bədii mətnin linqvistik təhlili, Bakı: Bakı Universiteti, 2011 Hüseyn Həşimli. İzzəddin Həsənoğlunun ədəbi irsi.
İzzəddin Naxçıvani
İzzəddin Naxçıvani (azərb. Əbulfəz Dövlətşah ibn Səncər Abdulla əs-Sahibi ən Naxçıvani‎;Naxçıvan – 1300, Luristan ostanı) — ədib, xəttat, riyaziyyatçı. == Həyatı == Tarixi-cahangüşay (Dünya fatehinin tarixi) əsərinin müəllifi Əladdin Cüveyniyə (1225-1283) hörmət əlaməti olaraq əs-Sahibi nisbəsi qəbul etmişdir.Məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvatinin verdiyi məlumata görə, İzzəddin Naxçıvani yaxşı ədəbiyyatçı olmuş və bir sıra əsərlər yazmışdır. Zəngin kitabxanası var idi. 13-cü əsrin 80-90-ci illərində Bağdadda yaşamışdır. Hillə şəhərinə getmiş və oranın icarədarı olmuşdur. Lakin icarə məbləğini ödəyə bilmədiyindən Luristana (Qərbi İran) getmiş və orada vəfat etmişdir. Cənazəsu qardaşı Nəsirəddin Qutluğşahın Salmas əl-Farsii ziyarətgahındakı məqbərəsində basdırılımışdır. === Vəfatı === 1300-cu ildə vəfat edib.
İzzəddin Qarabaği
İzzəddin (Mühyəddin) Məhəmməd Əli oğlu Qarabaği (XVII əsr və ya XVIII əsr, Qarabağ – 1635) — Azərbaycan alimi. İbn Sina məktəbinin davamçılarındandır. Cəlaləddin Dəvaninin "Zəruri varlığın sübutuna dair traktat" kitabının şərhi Qarabağinin başlıca fəlsəfi əsəridir. Qarabağinin "Məlumatlar kitabının şərhi" və "İşlərin şərhi" traktatlarının əlyazması Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət kütləvi kitabxanasında saxlanılır.
İzzəddin Türkmani
İzzəddin Türkmani — Azərbaycan da doğulmuş məşhur sufi, övliya Xəlvətiyə şeyxi. == Həyatı == Böyük vəlilərdəndir. Adı, Mahmud bin Mövdud bin Əhməd, künyəsi Əbü’l-Həsən, ləqəbi İzzəddindir. Soyu, Misir hakimi Aybək Türkmaniyə çatır. Misirdə doğulub. Doğulma tarixi bilinməməkdədir. Hicri 828-ci (1424) ildə Marağada vəfat etdi. Dərgahındakı bağçaya dəfn edildi.İzzəddinin yetişdirdiyi şeyxlər Ömər Şirvani, İbrahim Qubadi və Sədrəddin Xiyavidir.
İzzəddin Şirvani
İzzəddin Şirvani (XII əsr, Şamaxı) – XII əsr Azərbaycan şairi, alimi. == Həyatı == Öz əsrinin böyük fəzl və kamal sahiblərindən biridir. O, fazil kimsələrin hamisi və əhli-hal adamların mürəbbisi olub, Xaqani ilə müasir idi. Xaqani əsərlərində adı hörmətlə xatırlanan bu sənətkarın həyatı və şeirləri haqqında məlumat azdır. Şair Xaqani və Fələkinin müasiri olmuş, sənət adamlarına qayğı göstərmişdir. Əsərlərindən müxtəlif təzkirə və cünglərdə bir sıra nümunələr qalmışdır.İzəddin Şirvani səmimi və əlvan təbiət təsvirləri verməklə daha çox məşhurdur. O, saraylarda təşkil edilən məclislərin təsvirini məharətlə yaradır.
İzzət
Hörmət və ya Sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq.Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
İzzət Balacayev
İzzət Zakir oğlu Balacayev — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan İzzət Balacayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, [[Hadrutun azad edilməsi|Xocavənd]]in, Kəlbəcərin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
İzzət Bağırov
İzzət Bağırov (17 may 1976, Bakı, Azərbaycan SSR) — azərbaycanlı müğənni, aktyor. == Həyatı == İzzət Bağırov 17 may 1976-cı ildə anadan olub, əslən Balaxanlıdı. Bakıxanov qəsəbəsindəki 4 nömrəli Musiqi Məktəbinin tar sinifini, sonra isə Bülbül adına orta ixtisas məktəbinin İncəsənətin Musiqi Komediya fakultəsini bitirib. "7-17" Dövlət müsabiqəsində iştirak etmiş və qalib olmuşdur. 1995-ci ildən daha da populyarlaşıb. Dəfələrlə Həcc ziyarətində, Məşhəddə olub. Oruc tutub, ehsanlar verir. Çox vaxt da Cümə məscidində namaz qılır. Kumiri İbrahim Tatlısəsdir.
İzzət Hümmətov
İzzət Müşfiq oğlu Hümmətov (9 sentyabr 1996; Şabran rayonu, Azərbaycan — 12 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İzzət Hümmətov 1996-cı il sentyabrın 9-də Şabran rayonunun Uzunboyad kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan İzzət Hümmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İzzət Hümmətov oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Hümmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Hümmətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
вдову́ха дури́ла мандари́нка напринима́ть остерега́юще паразити́ческий па́хтание поба́лтывание пропи́тываться свете́ц сма́ять барелье́ф намалева́ть полуприседа́нье препоя́саться тягле́ц drinking-water ensile logician sanguineous stipa злословие насыщенность соразмерно сплетничать