İZDİHAM
İZZƏT
OBASTAN VİKİ
İzzəddin Həsənoğlu
İzzəddin Həsənoğlu — XIII–XIV əsrlərdə yaşayıb, yaratmış, azərbaycan və farsca şeirlər yazmış sufi şair.Həsənoğlunun həyat və yaradıcılığı haqqında ilk məlumat XV əsrdə yaşamış təzkirəçi Dövlətşah Səmərqəndinin 1487-ci ildə tərtib etdiyi "Təzkirətüş-şüəra" əsərindən aşkar edilmişdir. == Həyatı == İzzəddin Həsənoğlu XIII əsrin ikinci yarısında Xorasan vilayətinin Əsfərain şəhərində dünyaya gəlmiş və orada da yaşamışdır. Sufi şeyxi Raziyəddin Əli Lələnin tələbəsi sufi şeyxi Cəmaləddin Əli Zakirin müridi olmuşdur. Bundan sonra Şeyx İzzəddin Əsfəraini adı ilə də tanınmışdır. Doğulduğu və yaşadığı Əsfəraində də vəfat etmiş və elə orada da dəfn edilmişdir. Məzarı bir neçə dəfə dağıdılıb. == Yaradıcılığı == Azərbaycanca olan şeirlərində "Həsənoğlu", farsca olan şeirlərində isə "Puri-Həsən" təxəllüsünü işlətmişdir. Divanı Azərbaycan və Rumda geniş yayılmış, şeirləri XIV əsrdə Xarəzm, Qıpçaq eli və Misirdə oxunmuşdur.Həsənoğlunun azərbaycanca "Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər", "Necəsən gəl, ey yüzü ağım bənim" və "Əcəb bilsəm məni şeyda qılan kim" başlıqlı 3, farsca isə "Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim" başlıqlı 1 qəzəli məlumdur.Misirdəki Məmlük dövləti dövrünün şairi Seyf Sarayi Həsənoğlunun "Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər" qəzəlinə, Anadoluda yaşayıb-yaratmış şairlər; Namusi və Ömər ibn Məzidi isə şairin başqa bir qəzəlinə nəzirə yazmışdır.Həsənoğlunun "Əcəb bilsəm məni şeyda qılan kim" başlıqlı azərbaycanca qəzəli Türk ədəbiyyatı tədqiqatçısı Səadətdin Nüzhət (Ərgün) tərəfindən Ömər ibn Məzid tərəfindən 1437-ci ildə tərtib edilmiş "Məcmuatun-nəzair" məcmuəsindən aşkar edilmiş və 1928-ci ildə "Milli Məcmuə" adlı toplunun 9-cu cildində özü yazdığı məqalə ilə yayımlanmışdır. == İstinadlar == == Mənbə == Sadıqova, Sevda, Bədii mətnin linqvistik təhlili, Bakı: Bakı Universiteti, 2011 Hüseyn Həşimli. İzzəddin Həsənoğlunun ədəbi irsi.
İzzəddin Naxçıvani
İzzəddin Naxçıvani (azərb. Əbulfəz Dövlətşah ibn Səncər Abdulla əs-Sahibi ən Naxçıvani‎;Naxçıvan – 1300, Luristan ostanı) — ədib, xəttat, riyaziyyatçı. == Həyatı == Tarixi-cahangüşay (Dünya fatehinin tarixi) əsərinin müəllifi Əladdin Cüveyniyə (1225-1283) hörmət əlaməti olaraq əs-Sahibi nisbəsi qəbul etmişdir.Məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvatinin verdiyi məlumata görə, İzzəddin Naxçıvani yaxşı ədəbiyyatçı olmuş və bir sıra əsərlər yazmışdır. Zəngin kitabxanası var idi. 13-cü əsrin 80-90-ci illərində Bağdadda yaşamışdır. Hillə şəhərinə getmiş və oranın icarədarı olmuşdur. Lakin icarə məbləğini ödəyə bilmədiyindən Luristana (Qərbi İran) getmiş və orada vəfat etmişdir. Cənazəsu qardaşı Nəsirəddin Qutluğşahın Salmas əl-Farsii ziyarətgahındakı məqbərəsində basdırılımışdır. === Vəfatı === 1300-cu ildə vəfat edib.
İzzəddin Qarabaği
İzzəddin (Mühyəddin) Məhəmməd Əli oğlu Qarabaği (XVII əsr və ya XVIII əsr, Qarabağ – 1635) — Azərbaycan alimi. İbn Sina məktəbinin davamçılarındandır. Cəlaləddin Dəvaninin "Zəruri varlığın sübutuna dair traktat" kitabının şərhi Qarabağinin başlıca fəlsəfi əsəridir. Qarabağinin "Məlumatlar kitabının şərhi" və "İşlərin şərhi" traktatlarının əlyazması Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət kütləvi kitabxanasında saxlanılır.
İzzəddin Türkmani
İzzəddin Türkmani — Azərbaycan da doğulmuş məşhur sufi, övliya Xəlvətiyə şeyxi. == Həyatı == Böyük vəlilərdəndir. Adı, Mahmud bin Mövdud bin Əhməd, künyəsi Əbü’l-Həsən, ləqəbi İzzəddindir. Soyu, Misir hakimi Aybək Türkmaniyə çatır. Misirdə doğulub. Doğulma tarixi bilinməməkdədir. Hicri 828-ci (1424) ildə Marağada vəfat etdi. Dərgahındakı bağçaya dəfn edildi.İzzəddinin yetişdirdiyi şeyxlər Ömər Şirvani, İbrahim Qubadi və Sədrəddin Xiyavidir.
İzzəddin Şirvani
İzzəddin Şirvani (XII əsr, Şamaxı) – XII əsr Azərbaycan şairi, alimi. == Həyatı == Öz əsrinin böyük fəzl və kamal sahiblərindən biridir. O, fazil kimsələrin hamisi və əhli-hal adamların mürəbbisi olub, Xaqani ilə müasir idi. Xaqani əsərlərində adı hörmətlə xatırlanan bu sənətkarın həyatı və şeirləri haqqında məlumat azdır. Şair Xaqani və Fələkinin müasiri olmuş, sənət adamlarına qayğı göstərmişdir. Əsərlərindən müxtəlif təzkirə və cünglərdə bir sıra nümunələr qalmışdır.İzəddin Şirvani səmimi və əlvan təbiət təsvirləri verməklə daha çox məşhurdur. O, saraylarda təşkil edilən məclislərin təsvirini məharətlə yaradır.
Həsən İzzəddin Dinamo
Həsən İzzəddin Dinamo (1 yanvar 1909, Ağcaabad, Trabzon ili – 20 iyun 1989, İstanbul) — Türkiyə şairi. == Həyatı == Şeirlərini "Yeni yol", "Sokak", "Həmlə", "Küllük", "Səs", "Yeni ədəbiyyat" dərgilərində çap etdirir. Bu dövrdəki şeirlərini "Adsız kitab" (1931-ci ildə, Vəhbi Cəm və Mehmet Cavad ilə birlikdə) və "Dəniz fənəri" (1937) adı altında nəşr etdirir. 1926-cı ildən etibarən çap olunan ilk şeirlərində Faruq Nafizin təsiri görünür və heca vəznini işlədir. Fərdi mövzulara yer verir. Nazimin "835 sətr" kitabını oxuyunca Nazimin təsiri ilə sərbəst vəzndə şeirlər yazmaya başlayır. Mövzuları fərdidən sosiala dönür. Şeirlərində ideoloji ünüsürlər çox bəlirgin, sənət dəyəri isə çox zəifdir. 1933-cü ildən sonrakı şeirlərində N. Hikmətin təsiri azalır, öz şəxsiyyətini tapmağa çalışır.
II İzzəddin Keykavus
II İzzəddin Keykavus (XIII əsr – 1279, Krım) — Anadolu Səlcuq Sultanlığı hökmdarı, II Qiyasəddin Keyxosrovun böyük oğlu. 1246-1257-ci illərdə hakimiyyətdə olmuşdur. II İzzəddin Keykavus Türk tarixi və Anadolu Səlcuq sultanlığının tarixi üçün önəmli şəxslərdən biridir. Monqolların Anadoluya hücumu II Qiyasəddin Keyxosrovun hakimiyyəti illərində baş versə də təsirləri II İzzəddin Keykavusun zamanında özünü ən ağır şəkildə göstərmişdir. Onun hakimiyyəti qarmaşıq və bir o qədər əhəmiyyətli hadisələrin başlanğıcı olmuşdur. == Həyatı == II İzzəddin Keykavus II Qiyasəddin Keyxosrovun Bərduliyə Xatunla evliliyindən olan oğlu idi. O 1235-ci ildə anadan olmuşdur. Anası Bərduliyə Xatun keşiş qızı olduğu üçün uşaqlıqdan xristian dinindən təsirlənmişdir. II Qiyasəddin Keyxosrov ölərkən oğlu Məlik İzzəddini Atabəyi ilə birgə Burqulu (Uluborlu) valisi olaraq təyin etmişdi. Lakin vali olaraq hansı illər ərzində fəaliyyət göstərdiyi məlum deyildir.
I İzzəddin Keykavus
I İzəddin Keykavus (bilinmir – 1220) — Hakimiyyəti dövründə ölkə ərazisini dənizlərə açıb ticarətini genişləndirmiş, Kilikiya Erməni Çarlığını, Trabzon İmperiyasını Artuqlu bəyliyinə birləşdirib. == Həyatı == === Uşaqlıq və Gənclik illəri === I Qiyasəddin Keyxosrovin böyük oğludur.
Yusif İzzəddin Əfəndi
Yusif İzzəddin Əfəndi (10 oktyabr 1857, Dolmabağça sarayı, Konstantinopol, Osmanlı imperiyası – 1 fevral 1916, Konstantinopol) — 33. Osmanlı sultanı Əbdüləzizin böyük oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Yusif İzzəddin Əfəndi 1857-ci ildə Dolmabağça sarayında doğuldu. Atası Osmanlı şahzadəsi Şahzadə Əbdüləziz (Sultan Əbdüləziz), anası isə onun ilk xanımı Dürrünəv xanım idi. Dünyaya gəldiyi əsnada əmisi Sultan Əbdülməcid taxtda idi və şahzadələrin övlad sahibi olması qadağan olduğu üçün Məkkə mollası Qədri bəyin Əyyubsultandakı evində gizlicə böyüdüldü. 4 yaşına gəldikdə isə atası taxta çıxmış, bundan sonra ictimaiyyətə təqdim olunmuşdur. 10 yaşında ikən atasıyla birlikdə Avropa səyahətinə çıxdı. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Vahidəddin Əfəndi, Səlahəddin Əfəndi, Cəlaləddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. 14 yaşında ikən 1 sentyabr 1871-ci ildə atası Sultan Əbdüləziz tərəfindən marşal rütbəsilə ordu rəhbərliyinə gətirildi və bu vəzifəsini 1873-cü ilin yanvarına qədər davam etdirdi. Atası saray çevrilişi ilə taxtdan endirilib, bir neçə gün sonra da şübhəli olaraq öləndə 19 yaşı vardı.
İzzəddin Həmzə bəy Ramazanoğlu
İzzəddin Həmzə bəy Ramazanoğlu(? - 1427/1428) - 1418-1426-cı illərdə hakimiyyətdə olmuş Ramazanoğulları bəyi. Onun hakimiyyəti dövründə real hökmdarlıq qardaşı İbrahim bəydə idi. Onun hakimiyyəti formal xarakter daşıyırdı. Qardaşının asılılığından qurtulmaq üçün apardığı mübarizələrin birində öldürülmüşdü.
бре́зжиться всезна́ющий выко́вываться жа́дненький изреше́чивание мете́ль моя́ переза́пись перезвя́к по-петуши́ному улётный влюблённость надсмея́ться неуравнове́шенный ро́слость термоусто́йчивый терпенти́н шарлат chasm Hebraistic obfuscate respecter three-ring circus бескровный самозажигание