İÇMƏK

İÇMƏK [Həmzə:] Elə ki axşam çox içdim, arağı konyaka, konyakı çaxıra qarışdırdım, gəl mənim səhərki halıma bax (Ə.Qasımov); BAŞINA ÇƏKMƏK (məc., dan.) Bu sözləri deyəndən sonra Qurbanəli bəy çaxırı çəkdi başına.. (C.Məmmədquluzadə); BƏDƏNƏ VURMAQ (dan.) Biqəm: Çaxır olsa vurardım bədənə de, gicəm sənin üstünə atam (Anar); BOĞAZINI YAŞLAMAQ/İSLATMAQ (dan.) Qəndab: Bəsdir də, Məzahir, qanacağın olsun, yekə oğlansan, deyəsən yenə boğazını yağlamısan! (B.Bayramov); DÜMLƏMƏK (dan.) Aytəmiz: Lap elə üz-gözü, qayırma başı, papiros çəkməyi, çaxırdümləməyi (Ə.Qasımov); İÇƏRİ ÖTÜRMƏK Ədhəm kişi qonağın tökdüyü arağı götürüb içəri ötürdü.. (M.Hüseyn); NUŞ ETMƏK Ağalar mey nuş edir, danışır, gülüşürlər; Bəlkə yazıq İranı yenidən bölüşürlər (M.Rahim); VURMAQ (məc., dan.) Hacı Qəmbər kirvə, Allah saxlasın, bağışla bir az vurmuşam, kefim kökdür... (N.Vəzirov); YELLƏTMƏK (məh.) Məşədi Həsən: Bu, Gəncə dilidir, yellətmək içməyə deyirlər... (Ə.Haqverdiyev).

İÇKİPƏRƏST
İDBAR

Digər lüğətlərdə

криводу́шный препло́хо салотопле́ние сунни́тка тереби́льщица анома́л ара́хис гарниро́вка зава́ривание компаративи́стика озёрный перема́чивать перетоло́чь учащённый хлысть влеку смежить чина ebonist flint-skinning potability Swabian technologic краше невыразительный