İŞAR

(Qazax)
məna. – Sözünün işarı var
İŞ
İŞARMAX
OBASTAN VİKİ
@ işarəsi
@ işarəsi — elektron poçt simvolu @ işarəsi xüsusi işarə olub, əsasən elektron ünvanlarda istifadə edilir. Kompüter və İnternet istifadə edən hər kəs "@" işarəsini bir şəkildə istifadə edir. “@” işarəsini koreyalılar “ilbiz”, ruslar, ukraynalılar, moldavanlar “sobaçka” (balaca it), , türklər “qızılgül”, finlandiyalılar “yatmış pişik”, macarlar “qurd”, çinlilər “siçan balası” və s. kimi adlandırırlar. Çində "@" heroqlifi həm də "ay ta" kimi oxunur və mənası "onu sev" deməkdir. == @ işarəsinin tarixi == @ işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ilə Francesco Lapi adlı florensiyalı bir tacirin yazdığı bir məktubda rast gəlinmişdir. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən @ işarəsini istifadə etmişdi. O zamanlarda, bir çəlləyin 1/13 hissəsinə uyğun gələn, ticarət ölçü vahidi olaraq istifadə edilən @, daha sonra texnologiyalara da daxil oldu. Zaman üçün istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq "dənəsi 5 manatdan 10 məhsul" kimi bir tərif istifadə etmək yerinə "10 məhsul @ 5 manat" deməyə başladılar.
Azərbaycan işarət dili
Azərbaycan işarət dili — eşitmə və danışma məhdudiyyəti olan azərbaycandilli şəxslərin fikirlərini ifadə etmək üçün qolların, əllərin və barmaqların eyni zamanda istifadə etməsi. Azərbaycanda təxminən 31 000 eşitmə və danışma məhdudiyyətli insan var. == Mənşə == İşarət dili eşitmə və danışma məhdudiyyəti olan insanların istifadə etdiyi dildir. Bu dil rus dilindən götürüldüyünə görə Azərbaycan jestikası ilə üst-üstə düşmür, lakin Azərbaycan işarət dilinin mənfi xüsusiyyətləri də var: elmi jestika ilə ailə içi jestika fərqlənir. Məsələn, bir eşitmə və danışma məhdudiyyəti olan kiçik yaşlı uşaq evdə ailə jestikası ilə danışır, lakin məktəbə getdikdən sonra elmi jestika ilə tanış olur.[mənbə göstərin] == Azərbaycanda işarət dilinin əhəmiyyəti == Azərbaycanda eşitmə və danışma məhdudiyyətli insanların sayı kifayət qədərdir. Bununla əlaqədar olaraq dövlət onlara xüsusi qayğı göstərir. Onlar üçün 2 N-li və 3-N-li Respublika xüsusi internat məktəbləri fəaliyyət göstərir. Həmin məktəblərdə 790 şagird fəaliyyət göstərir. Universitetlərdə bu mövzuda bir çox layihələr və təlimlər keçirilir. Həmin şəxslərin bir çox hallarda ali təhsildən kənar qalmasına görə gələcəkdə eşitmə və danışma məhdudiyyəti olan şəxslər üçün xüsusi fakültələrin və ixtisasların açılması müzakirə olunur.
Azərbaycan manatının işarəsi
Azərbaycan manatının işarəsi (₼) — Azərbaycanın pul vahidi olan Azərbaycan manatının işarəsidir. İşarə 2006-cı ildə Robert Kalina tərəfindən hazırlanmış və 2013-cü ildə Unikoda əlavə edilmişdir.
Böyük O işarələr sistemi
Böyük O işarə göstəricisi, arqument müəyyən bir dəyərə və ya sonsuzluğa yaxınlaşanda bir funksiyanın məhdudlaşdırıcı davranışını təyin edən riyazi işarədir. Paul Bachmann, Edmund Landau və digərləri tərəfindən icad edilən, Bachmann-Landau işarəsi və ya asimptotik işarə olaraq adlandırılan işarələr qrupunun üzvüdür. Kompüter elmlərində böyük O işarəsi, alqoritmlərin, problemin ölçüsü son dərəcə böyük olduğunda dəyişikliyə necə reaksiya verdiyini təsnif etmək üçün istifadə edilir. Analitik sayı nəzəriyyəsində, aritmetik bir funksiyanın asimptotik ölçüsünü böyük sonlu argumentlərdən keçən dəyərlə dəyişdirərkən "baş vermiş səhv" təxmin edilir. Məşhur nümunə, sadə ədədlər teoremində qalığın təxmin edilməsi problemidir. Böyük O işarəsi, funksiyaları böyümə sürətinə görə xarakterizə edir: eyni böyümə nisbətinə sahib fərqli funksiyalar eyni O işarəsi ilə göstərilə bilər. Böyükdür - (ing. greater than, ru. больше) Böyükdür və ya bərabərdir (ing. greater than or egual to, ru.
Bərabər işarəsi
Bərabər işarəsi — indiki formasına yaxın bir şəkildə ilk dəfə 1557-ci ildə riyaziyyatçı Robert Rekorde (1510–1558) tərəfindən istifadə edilmişdir. == Tarixi == XVI əsrə qədər bütün riyaziyyatçılar özlərinə xas bərabərlik işarəsindən istifadə edirdilər və vahid işarə olmadığından bir-birilərini çətin başa düşürdülər. Emre Robert Rekorde 1557-ci ildə The Whetstone of Witte adlı əsərində : "Bərabərdir sözünü bezdirici bir şəkildə tez-tez istifadə etmək əvəzinə öz işlərimdə də istifadə etdiyim iki paralel xətdən istifadə etmək olar" deyərək ilk dəfə istifadə etmişdir.
CE işarəsi
1985-ci ildən bəzi məhsulların (23 mal qrupu) Avropa Birliyi ölkələrində satıla bilməsi üçün CE standartları tətbiq edilməyə başlanmışdır. Bu kəlmə Conformité Européenne sözlərinin baş hərfindən əldə edilmiş və Fransız mənşəli sözdür. CE AB ölkələrində məhsullara sərbəst satılma, idxal və ixrac edilmə haqqı verməkdədir. Digər bir deyişlə məhsullar üçün pasport funksiyasını qazandıran bu işarə məhsulun keyfiyyətli olması mənasına gəlməməlidir. Əsas anlamı ətraf mühitə zərərli olmayan, insan və digər canlı organizminə zərər verməyən və nəzarətdən keçmiş məhsul kimi başa düşülən işarə istehsalçı firmaların özü tərəfindən etiketlənə bilməkdədir. Ancaq, daha sonra məhsulun üzərindəki CE işarəsinin standartlara uyğun olmadığı, yani malın gərəkli xüsusiyyətləri daşımadığı aşkarlandığı təqdirdə istehsalçı firma Avropa Məhkəməsinə dəvət olunmaqdadır. Saxtakarlığa yol verdiyi təsbit olunan istehsalçıya təzminat davası açılaraq ən sərt halda AB bazarında bir daha məhsul satması qadağan edilməkdədir. Üçüncü dünya ölkələri olaraq tanınan az inkişaf etmiş ölkələr isə AB bazarına məhsul satmaq üçün bu standartlara əməl etmək məcburiyyətindədir. Eyni zamanda 3-cü dünya ölkələrindən məhsul idxal edildiyi təqdirdə məsuliyyəti idxalçı ölkə daşımaqda və o məhsulun standartlara uyğun olub-olmadığına nazarət etməlidir. Bəzən firmalar tərəfindən məhsulların üzərindəki CE sertifikatı heç bir standart tətbiq edilmədən vurulması ilə bərabər, bəzən də bir sıra istehsalçı firmalar gərəksiz bəhanə ilə özlərinə bəraət qazandırmağa çalışmaqdadır.
Diyez işarəsi
"#" simvolu, diyez işarəsi (octothorpe) — kompüter klaviaturasında olan bu simvoldan müxtəlif məqsədlər üçün istifadə olunur: UNIX-mühitdə: komanda sətrinin çağırışında (PROMPT) supervizor (ROOT (2)) səlahiyyətinin olmasını göstərir; UNIX-proqramlarının bir çoxunun konfiqurasiya fayllarında, Windows sisteminin konfiqurasiya fayllarının bir hissəsində, bir sıra proqramlaşdırma dillərində (Perl, Python), Unix əməliyyat sisteminin komanda örtüklərində birsətirli şərh işarəsi kimi istifadə olunur; HTML-fayllarda, istinadlarda faylın daxilindəki hər hansı bölümün, hissənin və s. bəlgəsinin adından qabaqda qoyulur; simmetrik olduğundan birenli şriftlərdə (MONOSPACED FONT) psevdoqrafik görüntülərin yaradılması üçün istifadə olunur; C, C++ dillərində kompilyatorun preprosessorunun direktivini göstərir; Pascal dilində simvolların ASCII kodlarını göstərmək üçün istifadə olunur; printf funksiyalar ailəsində qiymətlərin alternativ formada çıxışa verilməsini göstərmək üçün idarəedici ardıcıllığın daxilində istifadə olunur; Basic dilində dəyişənin adından sonra qoyulmuşsa, verilənlər tipinin "ikiqat dəqiqlikli sürüşkən nöqtəli" olmasını göstərir; Visual Basic proqramlaşdırma dilində "tarix" verilənlər tipini göstərmək üçün (məsələn, #2/27/06#). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Durğu işarələri
Durğu işarələri — dilin ümumi qrafik sistemində xüsusi yer tutan işarələr sistemidir ki, bunlar hərflər və digər yazı vasitələri ilə (rəqəmlər, bərabərlik işarəsi, bənzərlik işarəsi və s.) ifadə etmək mümkün olmayan cəhətləri bildirmək üçün işlədilir. Durğu işarələrinin vəzifəsi danışıq aktının məna daşıyan parçalara üzvlənməsini (mənalı hissələrini) göstərməkdən və onların tanınmasını təmin etməkdən, habelə danışıqda reallaşan sintaktik strukturun ritmik-melodik xüsusiyyətlərini əks etdirməkdən ibarətdir. Nöqtə, sual işarəsi, nida işarəsi, vergül, nöqtəli vergül, iki nöqtə, tire, çox nöqtə və s. durğu işarəsi adlanır.Durğu işarələri iki funksiya yerinə yetirir. Buna görə də iki qrupa ayrılır: ayırıcı işarələr; fərqləndirici işarələr.Ayırıcı durğu işarələrinin əsas funksiyası cümlələri, cümlənin həmcins üzvlərini, mürəkkəb cümlənin komponentlərini və sairi ayırmaqdır. Bu qrupa nöqtə, sual və nida işarələri, qoşa nöqtə, nöqtəli vergül, çox nöqtə daxildir. Fərqləndirici durğu işarələri cütüzvlüdür, vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək üçün işlədilən iki vergül, iki tire, mötərizələr və dırnaqlardan ibarətdir. == Durğu işarələrinin yazıda işlənməsi == Durğu işarələri yazılı nitqin formalaşmasında mühüm bir vasitədir və kommunikativ funksiyaya malikdir. Həmçinin yazılı dilin məzmun dolğunluğunun yaranmasında, fikrin dəqiq və emosional təsir gücünün üzə çıxmasında və aydın, ifadəli tələffüzündə durğu işarələrinin rolu böyükdür. Durğu işarələri yazılı nitqi mənalı hissələrə bölür.
Durğu işarəsi
Durğu işarələri — dilin ümumi qrafik sistemində xüsusi yer tutan işarələr sistemidir ki, bunlar hərflər və digər yazı vasitələri ilə (rəqəmlər, bərabərlik işarəsi, bənzərlik işarəsi və s.) ifadə etmək mümkün olmayan cəhətləri bildirmək üçün işlədilir. Durğu işarələrinin vəzifəsi danışıq aktının məna daşıyan parçalara üzvlənməsini (mənalı hissələrini) göstərməkdən və onların tanınmasını təmin etməkdən, habelə danışıqda reallaşan sintaktik strukturun ritmik-melodik xüsusiyyətlərini əks etdirməkdən ibarətdir. Nöqtə, sual işarəsi, nida işarəsi, vergül, nöqtəli vergül, iki nöqtə, tire, çox nöqtə və s. durğu işarəsi adlanır.Durğu işarələri iki funksiya yerinə yetirir. Buna görə də iki qrupa ayrılır: ayırıcı işarələr; fərqləndirici işarələr.Ayırıcı durğu işarələrinin əsas funksiyası cümlələri, cümlənin həmcins üzvlərini, mürəkkəb cümlənin komponentlərini və sairi ayırmaqdır. Bu qrupa nöqtə, sual və nida işarələri, qoşa nöqtə, nöqtəli vergül, çox nöqtə daxildir. Fərqləndirici durğu işarələri cütüzvlüdür, vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək üçün işlədilən iki vergül, iki tire, mötərizələr və dırnaqlardan ibarətdir. == Durğu işarələrinin yazıda işlənməsi == Durğu işarələri yazılı nitqin formalaşmasında mühüm bir vasitədir və kommunikativ funksiyaya malikdir. Həmçinin yazılı dilin məzmun dolğunluğunun yaranmasında, fikrin dəqiq və emosional təsir gücünün üzə çıxmasında və aydın, ifadəli tələffüzündə durğu işarələrinin rolu böyükdür. Durğu işarələri yazılı nitqi mənalı hissələrə bölür.
Dırnaq işarəsi
Dırnaq işarəsi (“ ”) və ya (« ») – mətndə vasitəsiz nitqi, sitatları, əsər, qəzet və jurnal adlarını, sözlərin məcazi mənalarını fərqləndirmək üçün işlədilən qoşa durğu işarəsi. == Dırnaqların əsas növləri == Dırnaqlar öz görünüşlərinə görə aşağıdakı kimi bir-birindən fərqlənirlər: == Rusca yazıda istifadə edilən dırnaqlar == === Qoşa dırnaqlar === Rusca yazıda ənənəvi olaraq fransız «yolka»sından istifadə edilir. Dırnaqlar arasında təkrarən dırnaqdan istifadəyə ehtiyac olduqda və əl yazısında alman «lapka»sından istifadə edilir. == Azərbaycanca yazıda istifadə edilən dırnaqlar == Hal-hazırda azərbaycanca yazıda əsasən “ingilis qoşa” dırnaq işarələrindən istifadə olunmaqdadır. Bununla yanaşı "makina qoşa dırnaq işarəsi" və «yolka»dan da geniş istifadə edilir. Lakin Azərbaycan Respublikası prezidentinin saytında axtarış verilərkən, 8 fevral 2010-cu il tarixindən sonra «yolka»lardan istifadə olunması qeydə alınmamışdır.
Dəniz işarə bayraqları
Beynəlxalq dəniz işarə bayraqları — 1857-ci ildən tətbiq olunmağa başlanılmışdır. Bu işarələr donamada gəmilərarası məlumat ötürməyə xidmət edirdi. 1887-ci ilə qədər "Ticarət gəmiləri üçün işarə kodlarının sistemi". İlkin işarə qövsü 18 bayraqcıqdan ibarət olmuşdur. 1 yanvar 1901-ci ildən bütün dəniz ölkələri bu işarə tağını qəbul etmişdirlər. 1931-ci ildə 8 ölkənin nümayəndəsi olan beynəlxalq komissiya işarələr tağını təkmilləşdirmişdirlər.
Görünməz su işarələri
Görünməz su işarələri (ing. invisible watermark ~ ru. невидимые водяные знаки ~ tr. görünmez filigran) – şəkildə gizlədilmiş və müəlliflik hüququ, yaxud başqa məxfi məlumatları özündə daşıyan kod. Görünməz su işarələri görüntünün çox da böyük olmayan hissələrində kontrastlığın elə azacıq dəyişdirilməsindən ibarətdir ki, insan gözü onu görmür. Görüntü kağıza çap olunduqda, fotoşəkli çəkildikdə və yenidən skanerdən keçirildikdə belə, münasib proqram təminatı görünməz su işarələrini bərpa edə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hollivud işarəsi
"Hollivud" yazısı (ing. Hollywood Sign və ya keçmiş adı ilə ing. Hollywoodland Sign) — ABŞ-nın Kaliforniya ştatında, Santa-Monika dağlarının Maunt-Li zirvəsinin ətəyindəki yazı. Amerikan mədəniyyətinin simvoludur. == Tarixi == Maunt-Li dağının ətəyindəki bu yazı 1923-cü il iyulun 13-də peyda olmuşdur. Həmin vaxt belə yazılmışdır: "HOLLYWOODLAND". Əvvəlcə bu yazının kino ilə heç bir əlaqəsi yox idi. Belə ki, o yeni yaşayış rayonunun reklamı idi. Amma bu reklam dərhal turistləri özünə cəlb etməyə başladı.Yazının ora yerləşdirilməsi sifarişçiyə, "Los-Anceles Tayms"ın naşiri Harri Çandlerə 21 min dollara başa gəlmişdir. "Hollywoodland" sözü gecələr elektrik lampaları ilə işıqlandırılır, gündüzlər isə hərfləri 40 km məsafədən görmək olurdu."Hollywoodland" reklamı il yarım davam etməli idi.
Kopirayt işarəsi
Kopirayt işarəsi (ing. Copyright sözündən) və ya müəllif hüquqları işarəsi — əqli mülkiyyətin göstəricisi. Dairəyə alınmış "C" hərfi ilə təsvir olunmuşdur: ©. Bu işarə 1952-ci ildə Cenevrədə YUNESKO tərəfindən qəbul edilmiş Ümumdünya Müəllif Hüquqları Konvensiyası ilə təsis edilmişdir. Bu işarə 1955-ci ildən beynəlxalq hüquqda istifadə olunur. Qərbdə bu, qeydiyyat hesab edilmir, yalnız icazəsiz çoxalmaya qarşı xəbərdarlıq rolunu oynayır.
Müəllif hüquqları işarəsi
Kopirayt işarəsi (ing. Copyright sözündən) və ya müəllif hüquqları işarəsi — əqli mülkiyyətin göstəricisi. Dairəyə alınmış "C" hərfi ilə təsvir olunmuşdur: ©. Bu işarə 1952-ci ildə Cenevrədə YUNESKO tərəfindən qəbul edilmiş Ümumdünya Müəllif Hüquqları Konvensiyası ilə təsis edilmişdir. Bu işarə 1955-ci ildən beynəlxalq hüquqda istifadə olunur. Qərbdə bu, qeydiyyat hesab edilmir, yalnız icazəsiz çoxalmaya qarşı xəbərdarlıq rolunu oynayır.
Naxçıvan qaya işarələri
2016-cı ildə Culfa rayonunun Ərəfsə və Milax kəndləri arasında Ağsal adlanan yerdə qaya işarələri tapıldı. Naxçıvanda ilk dəfə təsbit edilən bu işarələrin bənzərləri, Cənubi Azərbaycanda və Şərqi Anadoluda çox yayğındır. Ağsalda üç qaya işarəsi tapılmışdır. İşarələrin hər biri qayanın üzərində oyulmuşdur. Bu işarələrdən biri dairəvi formadır. Bəzi hissələri bitkilərlə örtülü olduğundan hal-hazırda yaxşı görünmür. Diametri 0,65 metr olan bu işarə genişliyi 10 sm olan oluqdan ibarətdir və qaya səthindən 5 sm dərinlikdə oyulmuşdur. Şimal tərəfdə eni 5 sm olan bir axıtma kanalı vardır. Digər iki işarə daha yaxşı görüntüyə sahibdir. İkinci işarə oval formalıdır.
Nida işarəsi
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
Nöqtə-vergül işarəsi
Nöqtəli vergül (;) - durğu işarəsi. Mürəkkəb və ya geniş sadə cümlələrin nisbətən müstəqil hissələrini bir-birindən ayırmaq üçün işlədilir. Nöqtəli vergül nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir. Sadə cümlənin həmcins üzvləri qrup-qrup sadalandıqda və ya tabesiz mürəkkəb cümlənin tərkib hissələrindən birində vergül olduqda daha geniş fasilə olan tərkib hissələr arasına nöqtəli vergül qoyulur. Nöqtəyə yaxın fasilə olduqda da (həmcins üzvlər olmadan) tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında nöqtəli vergül qoyula bilər.
Nöqtə (durğu işarəsi)
Nöqtə (.) – yazıda nəqli cümlənin bitdiyini göstərmək üçün işlədilən durğu işarəsi. Hər hansı bir fikrin və ya məlumatın bitdiyini göstərərkən, cümlənin sonunda nöqtə işarəsi qoyulur. Nöqtədən sonra tam fasilə edilir. Məsələn: Dünən Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Adlıq cümlələrin sonunda nöqtə qoyulur ki, bu nümunələrə də əksər hallarda köşə yazılarında rast gəlinir. Məsələn: 1990-cı il. 20 Yanvar. 20 il bundan əvvəlki o gün. Tabesizlik bağlayıcıları müstəqil cümlələri mürəkkəb cümlənin tərkib hissələri kimi birləşdirirsə, özündən əvvəl nöqtə qoyulur. Məsələn: Onlar seçkiləri rəsmən müşahidə etməyiblər.
Rümuzül-işarət
Rümuzül-işarət — Seyid Yəhya Bakuviyə məxsus, digər adı Təvilü və təfsirü-ihdinə-siratəl-müstəqim olan bu əsər nəsrlə yazılmışdır. Bu əsər Şirvanşah I Xəlilullah xanın iştirak etdiyi bir məclisdə, ehtimal ki, onun soruşduğu bir suala Seyid Yəhyanın verdiyi cavabdır və bu ayəinin mənasının açıqlamasını isə o, bir risalə şəklində daha sonra qələmə almışdır. Bu, Seyid Yəhyanın "bir adil şahın hüzurunda soruşulan" ifadəsindən məlum olur. Bu əsərdə Fatihə surəsinin V ayəsi olan "Bizi doğru yola yönəlt" mənasındakı "İhdinəs-siratəl-müstəqim" sözü təfsir və təvil edilərək, işarə, mükaşəfat və muayinə əhlinin qəlb yolundan nəyi hasil etdiyi izah olunur. Bu ayənin ixlas və inancın artmasına vasitə ola bilməsi məsələsinə toxunan müəllif : "Bu izahlar təfsir kitablarına bağlı qalmadan könülə doğan açıqlamalardır." — dedikdən sonra: "O gün belə soruşuldu:"Ənbiya və övliya necə olur ki, özləri də "Bizi doğru yola yönəlt"- diləyində olurlar. Onlar əslində doğru yolda deyillərmi ki, bu doğru yolu istəyirlər" – deyə soruşulan digər bir suala cavab vermişdir. Əsərin Bakı nüsxəsinin adı "Təvil və təfsiri" – İhdinə-siratəl-müstəqim"dir.
Sual işarəsi
Sual işarəsi (?) — Sual cümləsindən sonra qoyulan durğu işarəsi. Bundan əlavə həmcinis üzvlü sual cümlələrində hər üzvü müstəqilləşdirmək, nəzərə çapdırmaq istədikdə onlardan sonra sual və nida işarəsi qoyulur. Məs.: Kimdir müqəssir?! Başqasından sitat verərkən bu sitatda şübhə oyadan, narazılıq doğuran söz və ifadələrdən sonra da sual işarəsi qoyulur. == Tarixi == İşarənin yazılışı latın hərfləri olan q və o (quaestio — cavabı axtarmaq). Əvvəlcə q o üzərində yazılırdı, sonradan indiki , ? salınıb. == Oyunlar == Cəbr şahmat notasiyasında bəzi şahmat durğu işarələri aşağıdakı kimidir: "?" — pis bir hərəkət, "???" — kobud səhv, "?!" — şübhəli hərəkət, "!?" — maraqlı hərəkət. Scrabble-da sual işarəsi boş xananı göstərir.
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr. === ex === ex (latınca) — dan, ilə, birlikdə, əlbir.1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib; 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir. == in == in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur.Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir. == nom. cons. == === nom. ===
Türmə işarəsi
"#" simvolu, diyez işarəsi (octothorpe) — kompüter klaviaturasında olan bu simvoldan müxtəlif məqsədlər üçün istifadə olunur: UNIX-mühitdə: komanda sətrinin çağırışında (PROMPT) supervizor (ROOT (2)) səlahiyyətinin olmasını göstərir; UNIX-proqramlarının bir çoxunun konfiqurasiya fayllarında, Windows sisteminin konfiqurasiya fayllarının bir hissəsində, bir sıra proqramlaşdırma dillərində (Perl, Python), Unix əməliyyat sisteminin komanda örtüklərində birsətirli şərh işarəsi kimi istifadə olunur; HTML-fayllarda, istinadlarda faylın daxilindəki hər hansı bölümün, hissənin və s. bəlgəsinin adından qabaqda qoyulur; simmetrik olduğundan birenli şriftlərdə (MONOSPACED FONT) psevdoqrafik görüntülərin yaradılması üçün istifadə olunur; C, C++ dillərində kompilyatorun preprosessorunun direktivini göstərir; Pascal dilində simvolların ASCII kodlarını göstərmək üçün istifadə olunur; printf funksiyalar ailəsində qiymətlərin alternativ formada çıxışa verilməsini göstərmək üçün idarəedici ardıcıllığın daxilində istifadə olunur; Basic dilində dəyişənin adından sonra qoyulmuşsa, verilənlər tipinin "ikiqat dəqiqlikli sürüşkən nöqtəli" olmasını göstərir; Visual Basic proqramlaşdırma dilində "tarix" verilənlər tipini göstərmək üçün (məsələn, #2/27/06#). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Valyuta işarələri
Valyuta işarəsi və ya simvolu — pul vahidi adının qısa işarə olunması. Bu hərf, hərf birləşməsi, heroqlif, heca, xüsusi işarə və ya simvol şəklində göstərilə bilər. Bundan başqa onu təsvir etmək üçün qrafem, qrafik qısaltmalar, abbreviatura (hərf kodu şəklində daxil olmaqla), şərti hərf nişanları və həmçinin onların kombinasiya növlərindən istifadə olunur. Hətta bütöv bir söz valyuta işarəsi kimi istifadə edilə bilər. Həmçinin "Valyuta işarələri (simovlları)" müəyyən Unicode standartı qrafeminin (¤) adıdır, hansı ki bəzən bütöv oxşar simvol qrupu üçün emblem kimi istifadə olunur. "Valyuta simvolları" (ing. Currency Symbols) — 20A0-20CF aralığında yerləşən və bəzi valyutaların yığcam təsvirlərini özündə cəmləşdirən Unicode standartında tipoqrafik işarə qrupunun adı. Bir sıra səbəblərə görə standartın digər qruplarına aid olunan işarələrlə birlikdə onlar "Valyuta Simvolu" kateqoriyasını təşkil edirlər, hansına ki standartın 8-ci versiyasının dərcində 53 qrafem (qədim simvolları saymadan) daxil idi, baxmayaraq ki, əslində dünyada daha çox valyuta simvolu mövcuddur. Valyuta işarələri çox vaxt unikal olmur, eyni simvol bir neçə valyutanı təsvir etmək üçün istifadə olunur. Eyni zamanda, bəzi pul vahidlərinin ümumiyyətlə xüsusi simvol yoxdur və onları göstərmək üçün sadə qısaltmalardan istifadə olunur.
Vurma işarəsi
Vurma işarəsi – Riyazi əməl. Vurma işarəsi (x) – Genetikada çarpazlaşma və evlənməni bildirir. Bu işarə bitkilərdə və heyvanlarda çarpazlaşdırmanı, insanda isə evlənməni, ailə qurmağı, nigahı göstərir. F1 birinci nəsil (övladlar); F2 – ikinci nəsil (nəvələr); F3 – üçüncü nəsil (nəticələr) və i.a. qeyd edilir. == Mənbə == ↑ M.Axundov, İnsan genetikasına səyahət, səh. 17, Azərnəşr 1975.

Digər lüğətlərdə

автокла́в горни́ст не в приме́р пересме́шничество призы́в ре́йсмус стиля́га так то́чно хвастану́ть эге́й градие́нтный наве́рное пти́чка с суко́нным рылом в калачный ряд лут морок concordat engild extractive nonconforming Portugal quick march snotty наверняка повторить