İŞBA

İŞBA’

ə. 1) doydurma, doyma; 2) kimyada: məhlulun doyması; 3) ədəbiyyatda: vəzn və qafiyənin tələbinə görə bəzi saitlərin uzadılması.

İŞARƏT
İŞĞAL
OBASTAN VİKİ
Bilgə İşbara Tamqan Tarxan
Bilgə İşbara Tamqan Tarxan — Göytürk şahzadəsi, şad. == Hakimiyyəti == Atasının ölümündən sonra əmisioğlu Bilgə xaqan tərəfindən şad kimi təsdiq olunmuşdu. Atasının öldürülməsinə baxmayaraq xaqana sadiq olmuş, Tan sülaləsinə axınlarda iştirak etmişdir. 719-cu ilin iyulunda vəfat etmişdir.
Xallıq İşbara Yabqu xaqan
Xallıq İşbara Yabqu xaqan (əsl adı Aşina Helu 阿史那賀魯, taxt adı İşbara xaqan 沙缽略可汗) — Nuşibilər tərəfindən dəstəklənən Qərbi Göytürk xaqanlığı xaqanı. Son müstəqil xaqandır. == İlk illəri == Atası Qafqaz tudunu Böri şad idi. Yabqu titulunu 633-cü ildə Nişa Tulu xaqandan almışdı. Nuşibilərin dəstəyi ilə İrbis Şekuy xaqana qarşı 646-cı ildə üsyana cəhd etmiş, lakin məğlub olub Çinə qaçmışdı. 651-ci ildən öncə isə Tan sülaləsində bir sərkərdə idi. == Xaqanlığa gəlişi == 651-ci ildə Çinə üsyan edərək xaqan olmuşdu. Xaqanlığa gəldikdən sonra İşbara Teriş xaqanın ayırdığı Nuşibi aymaklarına teginlər təyin etmişdi: Asiqi Küyü Tegin Qeşu Küye Tegin Basayqan Dunşibo Tegin Asiqi Nişu Tegin Qeşu Çoban TeginTulu aymaklarına isə çorlar təyin etmişdi: Çumuqun Çor Xuluvu Kyüe Çor Neşetidun Çor Tuçişi Xeloşi Çor Şunişi Çoban Çor. == Sonrakı illəri == Xaqanlığı əvvəl Tan sülaləsi ilə dost şəraitdə idarə edən xaqan getdikcə işğalçı siyasətə keçdi. 651-ci ilin payızı Çinin qərbinə - indiki Sincan və Qansuya hücuma keçdi.
İrbis İşbara Yabqu xaqan
İrbis İşbara Yabqu xaqan (əsl adı Aşina Baobu 阿史那薄布) — Göytürk xaqanı. == Hakimiyyəti == İl Külüg şadın oğlu idi. Nuşibilərin dəstəyi ilə hakimiyyətə gəlmiş, cəmi 1 il taxtda qalmasına baxmayaq Kuça, Çaç və Səmərqənd kimi əsas şəhərləri əlində saxlamışdı. 641-ci ildə öldürülmüşdür.
İşbara Teriş xaqan
İşbara Teriş Tunqa xaqan (əsl adı Aşina Tunqa 阿史那同俄, taxt adı İşbara Teriş xaqan 沙钵罗咥利失可汗) — Göytürk xaqanı. == Hakimiyyəti == Qardaşı Nişa Tulu xaqandan sonra taxta gəlmişdi. Hakimiyyətə gəldikdən sonra ilk işi Tan sülaləsi ilə dost əlaqələri qurmaq oldu. Nuşibilər Tulular arasındakı mübarizədən bezən xaqan 635-ci ildə onların hərəsini 5 aymaka böldü. Lakin bu yenilik güclənməkdən çox zəifləməyə apardı. Tun Tudunun başçılıq etdiyi həmin tayfalar üsyan etdi və xaqanı devirdilər. Qardaşı Böri şadla Qaraşəhərə qaçan xaqan tezliklə nuşibilərin başçısı Assık Kül-Erkin tərəfindən hakimiyyətə qaytarıldı. == İkinci hakimiyyəti == Assık Kül-Erkinin vasitəçiliyi ilə İli çayı sülhünü imzalayan tayfalar faktiki olaraq xaqanlığı iki yerə böldülər. Qərbdə Tuluların dəstəklədiyi əslən Şərqi Göytürk xaqanlığından olan İllig xaqanın oğlu Yükük şad hakimiyyətə gəldi, İşbara isə İli çayından şərqdə hakimiyyətdə qalmağa davam etdi. == Ölümü == 659-cu ildə Tan sülaləsinin Yeddisunu işğalı nəticəsində İşbara xaqan öldürüldü.
İşbara Yabqu
İşbara Yabqu (阿史那烏濕波; v. 705) — Toxaristanın ikinci yabqusu. == Hakimiyyəti == Atası Tarduş şadı öldürərək hakimiyyətə gəlmişdi. Hakimiyyətə gəlişi 645-ci ildə Kuhistanda sikkə buraxılmasıyla başlamışdı. Pul zərb etdirən ilk Göytürk hökmdarıdır. 653-cü ildə Çin imperatoru tərəfindən təsdiq olunmuşdur. Ərəb sərkərdəsi Abdullah ibn Amirin hücumlarına tab gətirə bilməmiş, hakimiyyəti Bədəxşanla sərhədlənmişdi. Bununla belə Əlinin xəlifəliyi dövründə Nişapur və Sistanı ələ keçirən yabqu III Yezdəgirdin oğlu III Firuzu Sasani şahı kimi hakimiyyətə gətirdi.
İşbara xaqan
İşbara xaqan (581-587) — Aşina sülaləsindən Göytürk xaqanı. == İlkin həyatı == Atası Qara İssıq xaqan idi. İşbara xaqan əvvəlcə Amrak xaqanı müdafiə etsə də, daha sonra özü də xaqanlığa iddia etməyə başladı. Həmçinin Taspar xaqanın həyat yoldaşı şahzadə Kiancin ilə evləndi. İmperatriça Çjou sülaləsindən idi deyə dövləti məhv edən Suy sülaləsində nifrət edirdi. İşbara xaqan onun təhriki ilə Çinə yağmalar həyata keçirirdi. == Suy sülaləsi ilə münasibətlər == 583-cü ildə vətəndaş müharibəsindən istifadə edən imperator Ven qardaşı Yanq Şuanqı İşbaraya qarşı göndərdi. Apa xaqana qarşı mübarizə edə bilməcəyini görən xaqan 584-cü ildə Suy sülaləsinə boyun əymişdi. Bundan istifadə edən İşbara Göytürk imperiyasının şərqini öz əlində saxlamışdı. Çen sülaləsindən gələn qaçqınları qəbul etmişdi.
вибра́ция изнаси́льничать отволнова́ться отгости́ть посчастли́виться предостере́чь столбова́я густоле́сье мела́сса мощёный передопро́с посме́нный приземля́ть anemometric Angie cordon off hamadryad jura norther pretence signal you-know-what корма миносбрасыватель припаяться