İŞMOİL

İslam ənənəsində Allahın Musadan sonra İsrail oğullarına göndərdiyi peyğəmbərlərdən biri olmuşdur. O, Harun peyğəmbərin soyundan olmuş, Tövratın qanunları ilə hökm vermiş, xalqını Allaha inanmağa dəvət etmişdir. Onun peyğəmbərliyi dövründə İsrail oğulları ilə Fələstində yaşayan Amalika qəbiləsi arasında qarşıdurma daha da qızışmışdır. Amalikalılar israillilərə qarşı hücuma keçərək onlardan çoxlu adamları öldürmüş, bəzilərini isə əsir götürmüşdürlər. Onlar Musa peyğəmbərdən sonra israillilərə miras qalmış müqəddəs Tabut əs-Səkinə’ni ələ keçirib aparmışdırlar. Orada Tövratın mətni və bəzi başqa müqəddəs şeylər də olmuşdur. Bu uğursuzluqlar İsrail oğullarına böyük mənəvi zərbə vurmuşdur. Onlar düşdükləri vəziyyətdən çıxmaq üçün Allahdan onlara yeni peyğəmbərin göndərilməsini diləmişdilər. Onların dualarını qəbul edən Allah, İşmoil’i onlar üçün peyğəmbər göndərmişdir. Öncə İsrail oğulları onu peyğəmbər kimi qəbul etməsələr də, sonra ona tabe olmuşdurlar. İşmoil isə onların kralı kimi Talutu seçmişdir. İsraillilər başlanğıcda onu qəbul etməsələr də, sonra ona beyət etmişdilər (Quran, 2: 246-248). Talut da İşmoil’in dediyi kimi amalikalılara qalib gələ bilmişdir. Rəvayətlərə görə İşmoil 11 il ərzində İsrail oğullarının peyğəmbəri olmuş, əlli iki yaşında vəfat etmişdir.
İŞA
İTMİNAN