İŞTAHA

is. [ ər. ]
1. Yemək istəmə, yeməyə meyil, yemək arzusu. Təmiz hava adamın iştahasını artırır.
– İştaha diş altındadır. (Məsəl).
…Yazırsan ki, iştaham azalıb, belə ki, sübh vaxtı bozbaş yeyəndə, axşam azanı deyiləndə kabab yeyirəm… C.Məmmədquluzadə.
[Qurban:] Neyləyim, Allah plovu bir adama verir, iştahı bir ayrısına. Ə.Haqverdiyev.

2. məc. Arzu, istək, həvəs.
Müftə pulları alıb cibinə dolduranda [onun] iştahası daha da artdı. Kirpi”.

□ İştah(a) ilə, iştahla1) həvəslə, ləzzətlə, acgözlüklə. İştahla yemək.
[Oruc] tütək çalırkən qoyunlar iştah ilə ot otlar, arabir qulaqlarını qırparaq o səsi dinlərdi. A.Şaiq.
Nəcəf iştaha ilə yeyir, xalasının ona etdiyi yaxşılıqlardan uzun-uzadı danışırdı. Q.İlkin;

2) məc. arzulu, həvəsli, həsrətkeş.
Pulsuz, lakin iştahalı tamaşaçı sovuşmaq istəmir. Mir Cəlal.

◊ İştahası açılmaq – yemək arzusu daha da artmaq, daha da iştahalanmaq, yemək istəmək.
[Bərbərzadə:] Həmişə bu yoldaşla söhbət eyləyəndən sonra, mənim iştaham açılır. S.Rəhimov.

İştahası böyük olmaq – çox böyük şeylər ummaq, imkanı, ləyaqəti xaricində olan şeylərin arzusunda olmaq. [Teymur:] Yox, aşna, iştahan çox böyükdür. İnanmıram, bu qədər verə. “M.N.lətif.”.
İştahası çəkmək – ürəyi istəmək, meyli olmaq.
İslam gülə-gülə yavaş səslə [Telliyə] deyirdi: – Ay qız, gic olma!… Çox vaxt adam yağlı plovdan çiyrənər, iştahası soğançörək yemək çəkər. S.Hüseyn.

İştahası küsmək (bağlanmaq, pozulmaq, tutulmaq) – bu və ya başqa bir səbəb üzündən yemək istəməmək, yeməkdən qalmaq, ürəyi heç bir şey istəməmək.
Qarabaş bildi ki, Əhmədin fikri Pəri Soltanı narahat eləyib, iştahı bağlanıb. (Nağıl).
[Qurban:] Di yaxşı, gəl götür, iştahım tutulub, yeyə bilmirəm. Ə.Haqverdiyev.

İŞTAH
İŞTAHAAÇAN
OBASTAN VİKİ
İştaha
İştaha və ya İştah — insanın qida qəbuluna xüsusi emosional halı. İştaha qida maddələrinə tələbatın xoş emosiyaları əsasında baş verir. Həzm sisteminin fəaliyyətində də dəyişiklik olur. Bu zaman tüpürcək və mədə şirəsi ifraz olunur. Həzm orqanlarının fəaliyyətinin artması iştahanı artırır. İştaha, əsasən, həzm mərkəzinin və mərkəzi sinir sisteminin qıcıqlanmasından, habelə orqanizmin ümumi vəziyyətindən asılı olaraq törəyir. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştaha üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahanı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır. Şirniyyat iştahanı azaldır.
İştahazılıq
İştahazılıq — Müxtəlif xəstəliklərin əlaməti kimi meydana çıxa bilən və qida qəbuluna olan istəyin azalmasını əks etdirən simptom, psixoloji xəstəlik. İştaha qidalanma istəyi və aclıq hissi deməkdir. Bu hiss kifayət qədər qidalı maddələrin və enerjinin bədənə daxil olmasını və maddələr mübadiləsinin fasiləsiz təminatını tənzimləyir. İştaha hissi mərkəzi sinir sistemi və həzm traktı arasında olan qarşılıqlı əlaqə nəticəsində yaranır. Bu hissin istər azalması, istərdə artması orqanızmdə normal maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. == Səbəbləri == Nevrotik anoreksiya. Nevrotik anoreksiya diaqnozu ən çox (90%) gənc xanımlarda (15–25 yaş arası) qoyulur və psixoloji pozğunluq hesab edilir. Bu xəstəlik zəmanəmizin xəstəliyi olsa da ilk dəfə ədəbiyyatlarda 1874-cü ildə təsvir edilmişdir. Xəstəliyin əsasında xanimların zərif görünmə istəyi durur. Bu məqsədlə onlar qidalanmanı azaldır, ifrat idmanla məşğul olur və hətta maye itirmək üçün sidikqovuculardan, süni qusma və ishal yaratma kimi vasitələrdən istifadə edirlər.

Digər lüğətlərdə

должа́ть защи́пываться марионе́тка мо́льва мы́льня недове́шивать хи шестисотле́тний ассирия́нин башки́рский дьячко́в коро́бление прису́тствовать расти́тельность я́чневый бареж масса forestage heterodoxy hoagie libellant rabble traveller's joy visitors' book умозрение