JANDARM

is. [ fr. ]
1. Jandarmeriyada xidmət edən polis məmuru.
…Əziz bəy jandarma gücü ilə bizi əsir kimi dübarə Hacıxoşoya qaytarıb… C.Məmmədquluzadə.
[Birinci işçi:] Nikolay taxta çıxıb gəlsə yarın; Ona jandarma olurdun… H.Cavid.
Jandarm zabitinin qan beyninə vurdu. M.Hüseyn.

Etimologiya

  • JANDARM fr. gensdarme < fr. gens – adamlar + fr. armes – silah
JALÜZ
JANDARMA

Digər lüğətlərdə