JAR

jar1

n I 1. xoşagəlməz kəskin səs; cingildəmə, cingilti; 2. titrəmə, titrətmə; titrəyiş, əsmə; 3. sarsıma, sarsıntı; The news gave me a nasty jar Xəbər məni bərk sarsıtdı

n II banka, küpə; a ~ of strawberry / apricot / cornel jam bir banka çiyələk / ərik / zoğal mürəbbəsi

jar2

v (-rr-) 1. xoşagəlməz kəskin səs çıxartmaq; cingildəmək; ciyildəmək; The brakes jarred as the car suddenly stopped Maşın qəflətən dayananda tormozlar / əyləclər ciyildədi, 2. əsdirmək, titrətmək, silkələmək; The wind jarred the house Külək evi silkələyirdi; 3. sarsıtmaq, heyrətə salmaq; He was jarred by the blow O, zərbədən sarsıldı; 4. (on, upon) əsəbiləşdirmək, qıcıqlandırmaq; toxunmaq; to ~ on smb.’s nerves bir kəsin əsəblərinə toxunmaq; 5. uyğun gəlməmək, həmahəng olmamaq; to ~ against smth. bir şeyə uyğun gəlməmək

JAPANESE
JARGON
OBASTAN VİKİ
JAR
JAR file (java ARchive) — Java sinifli fayllar toplusundan ibarət fayl. Adi ZİP arxiv formatında olur, ancaq faylın uzantısı jar olur. Java jar faylın adı komandası ilə başladılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
"JARA" beynəlxalq musiqi festivalı
"JARA" beynəlxalq musiqi festivalı (rus. Международный музыкальный фестиваль «ЖАРА») — musiqi festivalı. Festival ilk dəfə 2016-cı ildə Azərbaycanın Bakı şəhərində keçirilib. == Festivalın tarixi == === 2016 === 2016-cı ildə festival Bakıda iyulun 9-dan 10-a qədər keçirilib. Festivalda Qriqori Leps, Filipp Kirkorov, Emin Ağalarov, Sergey Lazarev, Svetlana Loboda, A'STUDIO, Leonid Aqutin, Stas Mixaylov, Nikolay Baskov, Ani Lorak, Vladimir Presnyakov, Eva Polna, Aleksandr Revva, Polina Qaqarina, Timati, Artik & Asti, Serebro, Alekseev, MBAND, Potap i Nastya, Nyuşa Şuroçkina, İqor Burnişov, Stas Kostyuşkin, Denis Klyaver, Anitsa Tsoy, Tomas N'evergreen, Valeriya, Lolita Milyavskaya, Anna Sedokova, Aleksey Vorobyov, Slava, Pizza, Band'Eros, Vremya i Steklo, Yulianna Karaulova, Vlad Sokolovskiy, Mitya Fomin, Nərgiz və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana Çurikova və Andrey Malaxov olub. === 2017 === 2017-ci ildə festival Bakıda 25 iyuldan 28 iyula qədər keçirilib. Festivalda Alla Puqaçova və Sofiya Rotarunun yaradıcılıq gecələri keçirilib. Festivalda Qriqori Leps, Filipp Kirkorov, Emin Ağalarov, Sergey Lazarev, Svetlana Loboda, A'STUDIO, Leonid Aqutin, Nikolay Baskov, Ani Lorak, Aleksandr Revva, Artik & Asti, Serebro, Alekseev, MBAND, Potap i Nastya, İqor Burnişov, Anitsa Tsoy, Valeriya, Lolita Milyavskaya, Slava, Vremya i Steklo, Yulianna Karaulova, Nərgiz, Albina Canabayeva, Aleksandr Marşal, MOT, IOWA, Alessandro Safina, MONATIK, Timur Rodrigez, Stanislav Pyexa, Soso Pavliaşvili, Vera Brejneva, Vladimir Vinokur, Layma Vaykule, Kristina Orbakayte, İrina Dubtsova, Yeqor Krid, Dima Bilan, Diana Arbenina, Valeri Meladze, Jasmin, Lev Leşşenko, Qlyukoza, Vaxtanq, Fabrika, Brandon Stone, Maks Barskix, Aleksandr Panayotov, Olqa Buzova, Yuliya Parşuta və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana Çurikova, Andrey Malaxov və Maksim Qalkin olub.
Alchemilla jaroschenkoi
Alchemilla jaroschenkoi (lat. Alchemilla jaroschenkoi) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaxduran cinsinə aid bitki növü.
Aleksey Jarkov
Aleksey Jarkov (rus. Алексей Жарков; 27 mart 1948, Moskva, RSFSR, SSRİ – 5 iyun 2016, Moskva) — Sovet, Rusiya teatr və kino aktyoru. == Həyatı == Aleksey Dmitriyeviç Jarkov 27 mart 1948-ci ildə anadan olub. MXAT məktəb-studiyasında təhsil alıb (1970). Rusiyanın əməkdar artisti (1984), xalq artistidir (1994).69 yaşlı aktyor uzun sürən ağır xəstəlikdən sonra 5 iyun 2016-cı ildə dünyasını dəyişib.
Alfred Jarri
Alfred Jarri (fr. Alfred Jarry, 8 sentyabr 1873[…], Laval – 1 noyabr 1907[…], Paris) — fransız yazıçı, romançı, dramaturq, absurdizmin əsas sələfi , patafizika terminin yaradıcısı. == Həyat və yaradıcılığı == Bretanda tacir ailəsində anadan olmuşdur. 1879-cu ildə valideynlər ayrılarkən, uşaqlar anası ilə qaldı. Rennde təhsil aldı, sonra Parisdə IV Henri liseyində (müəllimlər arasında — Anri Berqson , sinif yoldaşları arasında — gələcək şair Leon-Pol-Farq və gələcək filoloq — Alber Tibode var idi). Ekol Normal məktəbində imtahanlar uğursuz keçdi,daha sonra Sorbonnada eyni nəticə aldı, heç bir zaman ali təhsil almadı. Merkur de Frans metropoliten nəşriyyat evinə daxil olaraq Marsel Şvob və Remi de Qurmon ilə tanış olub, davamlı olaraq nüfuzlu yazar Raşildin evini ziyarət etmişdir. 1894-cü ildə burada "Kral Ubü" adlı kukla dramı ilk dəfə olaraq oxundu. 1896-cı ildə rejissor Orelyen Lünye-Po dramı səhnələşdirdikdən sonra mübahisə yaşanmışdır. Jarri Kolridjin və Stivensonun tərcümə etmişdir, K. D. Qrabbenin «Zarafat, satira, ironiya» komediyasını bərpa etmişdir.
Anthurium jaramilloi
Anthurium jaramilloi (lat. Anthurium jaramilloi) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Badın-Jaran
Badın-Jaran (çin. 巴丹吉林沙漠) — Çinin Qansu, Ninsya-Xuey muxtar rayonu və Daxili Monqolustan Muxtar Rayonu ərazisində yerləşən səhra. Səhranın sahəsi 49 000 km² təşkil edir. Dünyanın ən hündür dyunları Badın-Jaran səhrasında yerləşir. Dyunların burada hündürlüyü 500 metrə çatır. Səhra ərazisində 100-dən çox göl vardır. Göllər əsasən dyunlar arasında yerləşir. Göllərin bir qismi şirinsulu bir qismi isə şordur. Göllər əsasən qrut suları ilə əlaqələnir. Monqol dilində "Sirli göl" anlamını daşıyır.
Beynəlxalq "JARA" festivalı
"JARA" beynəlxalq musiqi festivalı (rus. Международный музыкальный фестиваль «ЖАРА») — musiqi festivalı. Festival ilk dəfə 2016-cı ildə Azərbaycanın Bakı şəhərində keçirilib. == Festivalın tarixi == === 2016 === 2016-cı ildə festival Bakıda iyulun 9-dan 10-a qədər keçirilib. Festivalda Qriqori Leps, Filipp Kirkorov, Emin Ağalarov, Sergey Lazarev, Svetlana Loboda, A'STUDIO, Leonid Aqutin, Stas Mixaylov, Nikolay Baskov, Ani Lorak, Vladimir Presnyakov, Eva Polna, Aleksandr Revva, Polina Qaqarina, Timati, Artik & Asti, Serebro, Alekseev, MBAND, Potap i Nastya, Nyuşa Şuroçkina, İqor Burnişov, Stas Kostyuşkin, Denis Klyaver, Anitsa Tsoy, Tomas N'evergreen, Valeriya, Lolita Milyavskaya, Anna Sedokova, Aleksey Vorobyov, Slava, Pizza, Band'Eros, Vremya i Steklo, Yulianna Karaulova, Vlad Sokolovskiy, Mitya Fomin, Nərgiz və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana Çurikova və Andrey Malaxov olub. === 2017 === 2017-ci ildə festival Bakıda 25 iyuldan 28 iyula qədər keçirilib. Festivalda Alla Puqaçova və Sofiya Rotarunun yaradıcılıq gecələri keçirilib. Festivalda Qriqori Leps, Filipp Kirkorov, Emin Ağalarov, Sergey Lazarev, Svetlana Loboda, A'STUDIO, Leonid Aqutin, Nikolay Baskov, Ani Lorak, Aleksandr Revva, Artik & Asti, Serebro, Alekseev, MBAND, Potap i Nastya, İqor Burnişov, Anitsa Tsoy, Valeriya, Lolita Milyavskaya, Slava, Vremya i Steklo, Yulianna Karaulova, Nərgiz, Albina Canabayeva, Aleksandr Marşal, MOT, IOWA, Alessandro Safina, MONATIK, Timur Rodrigez, Stanislav Pyexa, Soso Pavliaşvili, Vera Brejneva, Vladimir Vinokur, Layma Vaykule, Kristina Orbakayte, İrina Dubtsova, Yeqor Krid, Dima Bilan, Diana Arbenina, Valeri Meladze, Jasmin, Lev Leşşenko, Qlyukoza, Vaxtanq, Fabrika, Brandon Stone, Maks Barskix, Aleksandr Panayotov, Olqa Buzova, Yuliya Parşuta və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana Çurikova, Andrey Malaxov və Maksim Qalkin olub.
Bidens jardinii
Bidens jardinii (lat. Bidens jardinii) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Georgi Jarkov
Qeorqiy İvanoviç Jarkov (1 (14) sentyabr 1915, Noqinsk, Moskva quberniyası[d] – 22 oktyabr 1981, Moskva) — sovet futbolçusu, məşqçi. Futbolçu kimi hücumçu mövqeyində çıxış etmişdir. Jarkov qardaşlarının ən böyüyüdür (Viktor və Vasili). Sovet İttifaqı Kommunist Partiyası üzvü olub. == Bioqrafiya == === Futbolçu karyerası === Karyerasına 1930-cu ildə Noqinskin "Krasnoye Znamya" komandasında oynamaq ilə başlayıb. Daha sonra "Dinamo" (1936-1938 (iyun)), "ÇDKA" (1938 (iyul)), "Torpedo" (1939-1940), (1941 (iyul)-1951), "Profsoyuzı-2" (1941 (iyun)) klublarında çıxış edib. SSRİ çempionatlarında 191 qarşılaşma keçirib və 63 qol vurub. 1941-ci ildə isə 6 matça 1 qol vurub. Kombinasiya planının oyunçusu idi. Jarkov həm də yaxşı taktiki qabiliyyətə sahib idi, tərəfdaşlarla məharətlə qarşılıqlı əlaqə qura bilirdi.
Hordeum jarenskianum
Adi arpa (lat. Hordeum vulgare) — qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü. == Təbii yayılması == Arpanın vətəni Qədim Misir olmuşdur. Eramızdan əvvəl 5 min əvvəl mədəni surətdə misirlilər tərəfindən əkilib becərilirdi. == Botaniki təsviri == == Ekologiyası == == Azərbaycanda yayılması == Naxçıvan Muxtar Respublikasında arpa zəmiləri az yer tutsa da, pivə sənayesində ən vacib xammal kimi istifadə olunur. == İstifadəsi == Arpadan qədim insanlar ev heyvanlarını yemlənməsində istifadə edirlər. Arpa səmənisindən hazırlanan məlhəm və ya mayesi uşaqların qidasında müsbət rol oynayır. Xalq təbabətində qovrulmuş arpa ununun şəkərlə bişirilmişi uşaqlar üçün xeyirlidir. Arpa şirəsi ilə boğazı qarqara etməklə ağrısını və boğazdakı şişləri götürür.
Jan Mişel Jarr
Jan Mişel Jarr (fr. Jean-Michel André Jarre; 24 avqust 1948[…]) — fransız bəstəkarı, ifaçısı və prodüseri, elektron musiqi, sintpop, nyu-eyc janrlarının pionerlərindən biri. Sintezator ifaçısı və möhtəşəm işıq, lazer və atəşfəşanlıq təşkilatçısı kimi məşhurluq qazanmışdır. Dünya şöhrətini elektron musiqi janrının klassikasına çevrilmiş "Oxygene" (1976) albomu sayəsində yaxalamışdır. 1979-cu ildən başlayaraq dünyanın müxtəlif bölgələrində onlarla musiqili işıq şousu təşkil etmişdir. == Rekordları == Jarr bir neçə dəfə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Onun 4 konserti tarixdəki ən böyük konsertlər kimi qeydə alınmışdır. Sonuncu rekordu 1997-ci ildə Moskvada qeydə alınmış, həmin konsertdə 3,5 milyon tamaşaçı iştirak etmişdir. Digər bir rekordu isə 1983-cü ildə cəmi 1 nüsxədə buraxdığı "Music for Supermarkets" albomunun hərracda 10 min funt-sterlinqə satılmasıdır. Həmin albomdakı bəzi mahnılar 1984-cü ildə buraxılan "Zoolook" albomunda bir qədər dəyişilmiş şəkildə yer alır.
Jaramilloa
Jaramilloa (lat. Jaramilloa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Jaramilloa hylibates (B.L.Rob.) R.M.King & H.Rob. Jaramilloa sanctae-martae R.M.King & H.Rob.
Jarden
Jarden (fr. Jardin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyenn-Syud kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38199. Kommunanın 2006-cı il üçün əhalisi 2131 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 194 ilə 407 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 30 km cənubda, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Jardine
Vilyam Jardin; Ser Vilyam Jardin (ing. William Jardine) — Şotlandiya ornitoloqu. Zoologiya sahəsində əsərləri nəşr olunub. == Bəzi əsərləri == The natural history of humming-birds (1833) The natural history of fishes of the perch family (1835) The natural history of the Nectariniadae, or sun-birds (1843) Memoirs of Hugh Edwin Strickland, M. A. (1858) == İstinadlar == Christine Elisabeth Jackson, Peter Davis: Sir William Jardine. A Life in Natural History.
Jared Leto
Cared Leto (ing. Jared Joseph Leto) – aktyor, vokalist. == Həyatı == Cared Leto 26 dekabr 1971-ci ildə ABŞ-nin Luiziana ştatındakı Bosser Siti şəhərində anadan olub. Cared sənətə olan sevgisinə görə onu və qardaşı Şenionu hər vasitə ilə təqdir edən anası Konstansa borcludur. O, təşəbbüskar və özündən əmin uşaq idi. 1983-cü ildə Cared Virciniyadakı kiçik kafedə qabyuyan qismində əmək fəaliyyətinə başlayır. 1989-cu ildə isə o, qapıçı işləyir. Erkən yaşlarında Leto ailəsi ilə birlikdə çox səyahət etmiş və Haiti, Kolarado kimi yerlərdə yaşamalı olmuşdu. Məktəbi bitirən Cared sənədlərini Filadelfiya İncəsənət Universitetinə verir və qəbul olunur. O, təsviri incəsənət və xüsusilə rəssamlıq üzrə ixtisaslaşır.
Jarek (Mortal Kombat)
Jarek (ing. Jarek) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Jargon file
Jargon File- proqramçı slenqindən ibarət sözlük. Haker slenqinə və haker mədəniyyətinə aid 2300 söz və icmal məqalələrdən ibarətdir. İlk tərtibçi Rafael Finkel (Raphael Finkel) olmuşdur. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. 2017, “Bakı” nəşriyyatı, 996 s.
Jarjey
Jarjey (fr. Jarjayes, oks. Jarjalhas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Tallar kantonuna daxildir. INSEE kodu — 05068. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 418 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 291 nəfərdən (15-64 yaş) 215 nəfəri iqtisadi cəhətdən fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.9%, 1999-cu ildə 74.7%).
Jarkent
Jarkent (qaz. Жаркент) — Qazaxıstanda şəhər, Almatı vilayətinin Panfilov rayonunun inzibati mərkəzi. Sarıozek dəmir yolu stansiyasından 200 km şərqdə (Semey - Almatı xəttində) Sarıozek - Xorqos magistral yolunda, Çin sərhədindən 29 km məsafədədir. Kadastr kodu 266-dır. == Tarixi == Jarkent, Böyük İpək Yolunun Qazaxıstan ərazisinə girdiyi X əsrin sonunda bilinirdi. Məşhur antik tədqiqatçı İ.A.Kastaniyer müxtəlif formalı çoxsaylı kurqanları qeyd edir, eyni zamanda Semirechye'nin qədim və erkən orta əsrlər tarixi ilə əlaqəli xristian-nestorian və müsəlman abidələrindən bəhs edir. Jarkent şəhərinin qədimliyinin sübutu hələ izləri qorunub saxlanılan şəhər qala divarıdır. Belə bir gil müdafiə divarı Orta Asiyanın orta əsrlər və qədim tarixi üçün xarakterikdir. Çokan Vəlixanov, Bilal Nazim, Tuğluk Timur, İ.A. Səyyah və alim Çokan Çingisoviç Vəlixanov 1856-cı ildə gündəlikində Jarkent şəhəri və Karaturuk kəndi haqqında qeydlər etmiş, bir xəritə çəkmişdir. "Zhetisu" ensiklopediyasında Karaturuk məskunlaşmasının görünüşü dövrümüzün 6-7-ci əsrlərinə aid edilir.
Jaron Zepel Lanye
Jaron Zepel Lanye (ing. Jaron Zepel Lanier; 3 may 1960[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ alimi, "virtual reallığın atası", vizual rəssam və klassik musiqinin bəstəkarı. == Həyatı == Jaron Zepel Lanye 3 may 1960-cı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Jaron Zepel Lanye Amerikalı alim, "virtual reallığın atası" adlandırılmışdır. Kompüter aləmi bu anlayışla 1984-cü ildə Lanyenin "Scientific American" jurnalında virtual kompüterlər aləmini öyrənmək üçün nəzərdə tutulmuş Embrace proqramlaşdırma dilinin yaradılması barəsindəki müsahibəsində tanış olmuşdur. O zamandan Lanyenin adı virtual reallıqla sinonim kimi qəbul edilir. O, şəbəkə kommunikasiyaları və hərəkət edən kameranın effektlərinin yaradılması üçün virtual vasitələr yığımı üçün avatarların ilk yaradıcılarındandır. İlk dəfə Lanye real zamanda cərrahiyə əməliyyatları və telecərrahiyyə üçün simulyatorlar yaratmağa başlamış və elmə vizual proqramlaşdırmanı gətirmişdir. == Mənbə == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Jaroslav Evdokimov
Yaroslav Evdokimov (Tam adı: ukr. Євдокимов Ярослав Олександрович; 22 noyabr 1946, Rovno) — müğənni, bariton. Gród Rovno, Ukrayna 22.11.1946.
Jarqon
Jarqon - müəyyən bir sahə və ya fəaliyyət sahəsi ilə əlaqəli ixtisaslaşmış terminologiyadır. Jarqon adətən xüsusi kommunikativ kontekstdə istifadə olunur və kontekstdən kənarda yaxşı başa düşülməyə bilər. Kontekst adətən müəyyən bir məşğuliyyətdir (ticarət, peşə, xalq dili, akademik sahə və s.). Lakin hər hansı bir qrupda da jarqon ola bilər. Jarqonu dilin digər hissəsindən fərqləndirən əsas xüsusiyyət xüsusi lüğətdir. Qrup içində sözlərin mənalarını digər qruplardan fərqli anlama meyli nəticəsində ünsiyyətdə yanlış anlaşılmalar mümkündür. Jarqon bəzən texniki arqonun bir parçası olaraq başa düşülür və müəyyən bir fəaliyyət sahəsində istifadə olunan rəsmi terminologiyadan fərqləndirilir.Ədəbiyyatda jarqon və arqo terminləri kəskin şəkildə fərqləndirilmir. Müxtəlif müəlliflər bu anlayışları fərqli açıqlayırlar. Bir şərhə görə, jarqon təbiəti etibariylə gizli olması baxımından arqodan fərqlidir. Başqa bir izaha görə isə, jarqon xüsusi olaraq peşə və texniki dairələrlə bağlı olmasından dolayı fərqləndirilir.
Jarri (İzer)
Jarri (fr. Jarrie) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Pon-de-Kle kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38200. Kommunanın 2012-cu il üçün əhalisi 3823 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 259 ilə 733 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 9 km cənubda yerləşir.
Jarski
Şirvanlı (əvvəlki adı: Yarski) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi vahidi tərkibindəki Yarski kəndi Şirvanlı kəndi adlandırılmışdır. == Təhsil == Kənddə İbrahim İsmayıl oğlu Babayev adına orta ümumtəhsil məktəbi yerləşir. == Din == Kənddə "Həsənağa" məscidi dini icması fəaliyyət göstərir.
зуборе́зчик проко́пка солоди́льщик тео́рийка упако́вываться хо́ркание балетове́дение видоизмене́ние зу́день пиете́тный сквалы́жнический сме́нщик чепа́н far-infrared far-off hell-raiser mollusca self-sacrifice sheep-master swamp-ore tail pin иттрий маловодье растяжение сухогрузный