JE

“J” хафунин тӀвар.
JARQON
JELATİN
OBASTAN VİKİ
Je
Ժ, ժ — (Səslənməsi: je, erm. ժե) — erməni əlifbasının onuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
Je (hərf)
Ժ, ժ — (Səslənməsi: je, erm. ժե) — erməni əlifbasının onuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
.je
.je — Cersi adalarının internet kodu.
Echinops jesdianus
Echinops jesdianus (lat. Echinops jesdianus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Emilia jeffreyana
Emilia jeffreyana (lat. Emilia jeffreyana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Enju-Jenisya
Enju-Jenisya (fr. Injoux-Génissiat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valzerin kantonuna daxildir. Kommunanın dairəsi — Nantyua. INSEE kodu — 01189. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1055 nəfər təşkil edirdi.
Eragrostis jeholensis
Eragrostis pilosa (lat. Eragrostis pilosa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin eragrostis cinsinə aid bitki növü.
Eragrostis pilosa var. jeholensis
Erigeron jenkinsii
Erigeron jenkinsii (lat. Erigeron jenkinsii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Fu Jen Katolik Universiteti
Fu Jen Katolik Universiteti (çin. 輔仁大學) — Tayvannın Taybey şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Fu Jen Universiteti xalq arasında "Fuda" adlandırılır. Universitet 12 kollec təşkil edir. Universitet Times Higher Education Impact Ranking nda ən yaxşı 300 sırada yer aldı, QS World University Rankings tərəfindən ilahiyyatda ilk 100, humanitar və tibb sahəsində ən yaxşı 500. 2020-ci ildə "MGEM" beynəlxalq transmilli birgə magistr proqramı Financial Times tərəfindən dünya miqyasında 19-cü sırada yer aldı. Ali məktəbin şüarı belədir: Fu Jen də A&HCI jurnalına ev sahibliyi edir. == Tarixi == Fu Jen, Çin dilli dünyadakı ən qədim Katolik və Cizvitə bağlı bir universitetdir.
Grevillea jephcottii
Grevillea jephcottii (lat. Grevillea jephcottii) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea jephcottii (J.H.Willis) Christenh.
Hapalochilus jensenii
Bulbophyllum alkmaarense (lat. Bulbophyllum alkmaarense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Malukudan Yeni Qvineyaya qədər ərazidə yayılmışdır. == Sinonimləri == Bulbophyllum jadunae Schltr. Bulbophyllum jensenii J.J.Sm. Hapalochilus alkmaarensis (J.J.Sm.) Garay & W.Kittr. Hapalochilus jadunae (Schltr.) Garay & W.Kittr. Hapalochilus jensenii (J.J.Sm.) Garay & W.Kittr.
I Jerom
I Jerom (15 noyabr 1784[…], Ayaçço – 24 iyun 1860[…]) — Vestfaliyanın tək kralı, Napoleon Bonapartın qardaşı. == Gəncliyi == Ayaççoda, Bonapartlar ailəsinin 8-ci övladı olaraq dünyaya gəlmişdi. 1803-cü ildə Elizabet Pattersonla evlənmişdi. Həyat yoldaşı hamilə olan vaxt boşandılar. Jerom 1807-ci ildə qardaşı tərəfindən Vestfaliya kralı elan olundu və paytaxt Kasselə köçdü. == Hakimiyyəti == Vürtemberq kralı I Frederikin qızı Katarina ilə evlənən Jerom çox bədxərc olduğu üçün Napoleon tərəfindən maddi dəstək almadı. 1812-ci ildə Rusiyaya hücumda Napoleona kömək etmək istədisə də Napoleon ona imkan vermədi. 1813-cü ildə Prussiya və Rusiya ordusuna qarşı mübarizədə məğlub oldu və Vestfaliya krallığı ləğv edildi. == Sonrakı həyatı == Napoleonun hakimiyyətə geri qayıtmasından sonra orduya qoşuldu və səriştəsizlik ucbatından ingilislərə məğlub oldu. Daha sonra ABŞa köçən Jerom III Napoleon dövründə Əlillər Evinin sədri təyin edildi.
Jean-Baptiste Lamarck
Jan-Batist Lamark (fr. Jean-Baptiste Pierre Antoine de Monet, Chevalier de Lamarck; 1 avqust 1744[…], Bazentin[d], Pikardiya, Fransa krallığı – 18 dekabr 1829[…], Paris, Burbon restavrasiyası) — Fransa alim-təbiətşünası. J. Lamark canlı dünyanın təkmil təkamül nəzəriyyəsini yaratmağa çalışırdı. Sonradan bu nəzəriyyə Lamark nəzəriyyəsi adlandırıldı. Öz dövründə diqqəti çəkməsə də sonradan müasir dövrədək qızğın mübahisə predmetinə çevrildi. Lamark indiyə qədər müasirliyini itirməyən "Zoologiyanın fəlsəfəsi" (1809) kitabının müəllifidir. == Həyatı == Jan-Batist Lamark varlı olmayan zadəgan ailəsində anadan olub. Ordu sıralarında döyüşlərdə iştirak edib, zabit rütbəsinə qədər yüksəlib. Parisdə tibb elmini öyrənib və təhsil dövründə təbiət elmlərinə, xüsusilə də botanikaya böyük maraq göstərib. 1778-ci ildə o üç cildlik "Fransız təbiəti" adlı kitab nəşr etdirir.
Jean-Christophe Bouvet
Jan-Kristof Buve (24 mart 1947, Paris) Parisdə dünyaya gəlmiş Fransız aktyor, kinorejissor və yazıçısıdır. == Bioqrafiyası == 24 mart 1947-ci ildə Parisdə anadan olub. Jan-Kristof Buve VII Eduard teatrında Jean-Laurent Cochetdən dram dərsləri almışdır. Parisin VIII Region Universitetində kino, dilçilik və psixoanaliz üzrə təhsil alıb. Andre Techine və Claude Chabrol ilə görüşdükdən sonra onların köməkçisi olur. Eyni zamanda aktyor, müəllif və rejissor assistenti kimi fəaliyyətə başlayıb. 1969-cu ildə Jan-Kristof Buve filmlərdə rol almağa başlayır, onun debütü Jak Skandelarinin rejissoru olduğu “Buduarda fəlsəfə” (Fransızca “La Philosophie dans le boudoir”) filmindəki epizodik rolu idi. 15 iyul 1976-cı ildə Marseldə 20 yaşlı Kristian Ranyuşanın gilyotinində edam edilməsindən şoka düşən Buve ölüm hökmünə qarşı mübarizəyə başlayır və 1977-ci ildə Pol Vekkialini “Maşın” (fransızca “La Machine”) filminin ssenarisini yazmağa dəvət etmişdir və burada özü baş rolu canlandırmışdır. Bu, onun uşaq öldürdüyünə görə ölümə məhkum edilmiş yetkinlik yaşına çatmayanlar üçün cəlbedici görünən Pyer Lanti rolunu oynadığı ilk böyük film rolu idi. Həmçinin bu filmin ssenarisini yazanlar içərisində Buve də iştirak etmişdir.
Jean-Pierre Bacri
Jean-Pierre Bacri (24 may 1951 – 18 yanvar 2021[…], VI arondisman, Fransa) — alman aktyor.
Jean Dubuffet
Jean Philippe Arthur Dubuffet (31 iyul 1901[…], Havr – 12 may 1985[…], VI arondisman) — XX əsr Fransa rəssamı və heykəltəraşı. == Həyatı == O, Fransanın Havr şəhərində dünyaya gəlmiş və 1918-ci ildə Academie Julian-da rəssamlıq oxumaq üçün Parisə köçmüşdür.Lakin,6 ay sonra sənətin maddi mənfəət gətirdiyinə inanmayaraq,öz-özünü inkişaf etdirmək məqsədilə məktəbdən ayrılmış,ata sənəti olan şərab ticarəti ilə məşğul olmuşdur.1930-cu illərdə yenidən rəssamlığa geri dönmüş,yenə tərk etmiş və 1944-cü ildə öz əl işlərindən ibarət sərgi ilə geri dönmüşdür və sürrealizmə yaxınlaşmışdır. 1948-ci ildə Dubuffet,Breton və Tapie "Art Brut"u yaratmışlar.Bu sənətçilərin məqsədi məhbus,ruhi xəstə,uşaqların və həvəskarların əl işlərini ortaya çıxarmaq idi.Dubuffet çətinliklə də olsa 10000 əl işi yığmağa nail olur."Qadın vücudları"(1950),"Kəpənək qanadlarından kiçik rəsmlər"(1953),"Etibarsız həyatın kiçik heykəlləri"(1954),"fenomenlər"(1958),"Urlup"(1967) və Dubuffetin rəsmi "Caz-band" bu sərgiyə daxil idi. Art İnformel cərəyanının rəssamlarının baxışlarına uyğun olaraq,Jean Debuffet hesab edirdi ki,uşaqların sadəlövh rəsmləri,həvəskarların və ruhi xəstələrin rəsmləri həqiqəti professionalların rəsmlərindən daha çox ifadə edir. Rəssamın əsərləri kənardan tez-tez gülüş doğurmasına baxmayaraq Jean Dubuffet 20-ci əsrin ən avtoritet və ən məşhur rəssamlarından sayılır.Onun əsərləri dünyanın ən böyük muzeylərində nümayiş olunub. 1975-ci ildə o, Parisdə "Dubuffet Fondu"nun əsasını qoymuşdur. Jean Dubuffet 1985-ci il 12 mayda Parisdə vəfat etmişdir.
Jean Loiseleur-Deslongchamps
Jan (fr. Jean Louis August Loiseleur-Deslongchamps; 24 mart 1774, Dre (Yuxarı Provans Alpları)[d] – 8 may 1849, Paris, Fransa) — Fransa botaniki.
Jean Piaget
Jan Vilyam Fris Piaje (fr. Jean William Fritz Piaget; 9 avqust 1896[…], Nevşatel[d] – 16 sentyabr 1980[…], Cenevrə) — uşaqlar ilə apardığı epistemologiya tədqiqatları ilə tanınan İsveçrəli inkişaf psixoloqu və filosof.
Jeanine Fissler
Jeanine Fissler (12 oktyabr 1980) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Jeanine Fissler Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Jeanne Calment
Jeanne Calment (21 fevral 1875, Arl, Fransa – 4 avqust 1997[…], Arl, Fransa) — tarixdə dünyanın ən uzunömürlü sakinlərindən biri. Jeanne Calment 122 il 164 gün yaşayıb. Dünyada ən çox yaşamış insan adını alan Jeanne Calment vəfatına qədər siqaret və içkidən də istifadə edib. O, uzunömürlü olmasının sirrini zeytun yağından istifadə etməkdə görürmüş. Zeytun yağından həm yeməklərdə, həm içki, həm də bədən yağı kimi istifadə edirmiş.
Jedi (oyun mühərriki)
Jedi — əsasən Rey Qresko tərəfindən "LucasArts" üçün hazırlanmış oyun mühərriki. "Duke Nukem 3D"də istifadə edilən "Build" mühərrikinə çox bənzəyir. Əsl üçölçülü mühərrik olmasa da, üçüncü ölçüdə (Z) heç bir məhdudiyyət olmadan üçölçülü mühiti dəstəkləyirdi. "Doom"da mühitlər və ya səviyyələr yalnız X–Y müstəvisində mövcud olanlarla məhdudlaşırdı və səviyyələr ikiölçülü şəkildə tərtib edilmişdir. Burada döşəmə və tavan hündürlükləri fərqli görünsə də, sahələr şaquli olaraq üst-üstə düşə bilməzdi. "Jedi" mühərrikinin bir-birinin üstündə olan sahələr və ya otaqları ("sektorlar" adlanır) dəstəkləyirdi. Bu, mühərrikin "Build" mühərriki ilə paylaşdığı bir xüsusiyyət idi. Mühərrikin "Dark Forces" versiyasında renderer eyni vaxtda bir-birinin üstündə yerləşən iki otağı nümayiş etdirə bilmirdi. Bu xüsusiyyət mühərrikin "Outlaws" oyunu üçün olan versiyasına əlavə edilmişdir.
Jeep
Jeep — 1941-ci ildə ABŞ ordusu üçün yaradılmış yüngül nəqliyyat vasitəsi və onu yaratmaq üçün qurulan bir şirkətin adıdır. Chrysler avtomobil qrupuna bağlı bir şirkətdir. Jeep markası bir marka hesab edilməkdən çıxmış və xalq arasında bu cür avtomobillərə markası nə olursa olsun ümumiyyətlə Jeep deyilməyə başlanmışdır.
Jefea
Jefea (lat. Jefea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Jeff Hanneman
Ceffri Con Hanneman (ing. Jeffrey John Hanneman; 31 yanvar 1964, Oklend, Kaliforniya – 2 may 2013, Hemet[d], Kaliforniya) — amerikalı musiqiçi, treş-metal qrupu Slayer-in solo gitaraçısı və qurucularından biri. Hanneman 2013-cü ilə, yəni ölənədək Slayer qrupunun bütün albomlarında həm mahnı sözləri yazmış, həm musiqi bəstələmişdir. O, qrupun "Raining Blood", "War Ensemble", "South of Heaven", "Seasons in the Abyss" mahnılarını və demək olar ki, qrupun hər canlı konsertinin sonunda ifa olunan "Angel of Death" mahnısını bəstələmişdir. Onun öz ESP Jeff Hanneman Signature gitara seriyası da olmuşdur. == Bioqrafiya == === Erkən həyatı === Hanneman 31 yanvar 1964-cü ildə Kaliforniyanın Oklend şəhərində doğulmuş, Lonq-Biçdə müharibə veteranları ailəsində böyümüşdür. Onun atası II Dünya müharibəsi zamanı Normandiyada, qardaşları isə Vyetnamda döyüşmüş, ümumiyyətlə, müharibə mövzusu onların yemək masasında etdikləri adi söhbətlərdən birinə çevrilmişdir. Həmin dövrlərdə televiziyada döyüş filmləri məşhur olmuş, Ceff isə tez-tez tank və təyyarə modellərinin yığılmasında və onların rənglənməsində qardaşlarına qoşulmuşdur. Aldığı tərbiyə nəticəsində onun müharibəyə və hərb tarixinə olan marağı formalaşmaşmışdır. 2009-da Decibel jurnalına verdiyi müsahibə zamanı atasının alman olduğunu, lakin müttəfiq dövlətlər tərəfdən vuruşduğunu qeyd etmişdir.
Lathyrus jepsonii
Lathyrus jepsonii (lat. Lathyrus jepsonii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.

Digər lüğətlərdə