JE

f. fars və əski Azərbaycan əlifbalarında hərfinin adı.

JALƏ
JƏNDƏ
OBASTAN VİKİ
Je
Ժ, ժ — (Səslənməsi: je, erm. ժե) — erməni əlifbasının onuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
Je (hərf)
Ժ, ժ — (Səslənməsi: je, erm. ժե) — erməni əlifbasının onuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
.je
.je — Cersi adalarının internet kodu.
Hapalochilus jensenii
Bulbophyllum alkmaarense (lat. Bulbophyllum alkmaarense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Malukudan Yeni Qvineyaya qədər ərazidə yayılmışdır. == Sinonimləri == Bulbophyllum jadunae Schltr. Bulbophyllum jensenii J.J.Sm. Hapalochilus alkmaarensis (J.J.Sm.) Garay & W.Kittr. Hapalochilus jadunae (Schltr.) Garay & W.Kittr. Hapalochilus jensenii (J.J.Sm.) Garay & W.Kittr.
I Jerom
I Jerom (15 noyabr 1784[…], Ayaçço – 24 iyun 1860[…]) — Vestfaliyanın tək kralı, Napoleon Bonapartın qardaşı. == Gəncliyi == Ayaççoda, Bonapartlar ailəsinin 8-ci övladı olaraq dünyaya gəlmişdi. 1803-cü ildə Elizabet Pattersonla evlənmişdi. Həyat yoldaşı hamilə olan vaxt boşandılar. Jerom 1807-ci ildə qardaşı tərəfindən Vestfaliya kralı elan olundu və paytaxt Kasselə köçdü. == Hakimiyyəti == Vürtemberq kralı I Frederikin qızı Katarina ilə evlənən Jerom çox bədxərc olduğu üçün Napoleon tərəfindən maddi dəstək almadı. 1812-ci ildə Rusiyaya hücumda Napoleona kömək etmək istədisə də Napoleon ona imkan vermədi. 1813-cü ildə Prussiya və Rusiya ordusuna qarşı mübarizədə məğlub oldu və Vestfaliya krallığı ləğv edildi. == Sonrakı həyatı == Napoleonun hakimiyyətə geri qayıtmasından sonra orduya qoşuldu və səriştəsizlik ucbatından ingilislərə məğlub oldu. Daha sonra ABŞa köçən Jerom III Napoleon dövründə Əlillər Evinin sədri təyin edildi.
Janghwa Hongryeon jeon
Canqva Honqryon Con (hərfi mənada Canqva və Honqryon hekayəsi) – Coseon dövrünə aid Koreya xalq nağılı. == Məzmun == Bir zamanlar Muryonq adlı bir adam var idi, bir gün arvadı yuxusunda bir mələyin ona gözəl bir çiçək verdiyini gördü. On aydan sonra o, cütlüyün "Canqva" ("Qızılgül çiçəyi") adını verdiyi gözəl bir qız uşağı dünyaya gəldi. İki il sonra onların başqa bir gözəl qızı oldu və ona "Honqryon" ("Qırmızı Lotus") adını verdilər. Təəssüf ki, ana Honqryon 5 yaşında olanda vəfat etdi və tezliklə ata yenidən evləndi. Yeni ögey ana həm çirkin, həm də qəddar idi. O, ögey qızlarına nifrət edirdi, lakin bu hissləri gizlədib, yalnız üç oğlu ard-arda dünyaya gələndən sonra əsl üzünü göstərdi. Tezliklə o, ögey qızlarına zülm etməyə başladı. Lakin Canqva və Honqryon heç vaxt atalarına bu barədə heç nə deməmişdilər. Canqva yetkinlik yaşına çatıb nişanlandıqdan sonra ata ikinci həyat yoldaşına Canqvaya toy mərasimi planlaşdırmağa kömək etməsini söylədi.
Jean-Baptiste Lamarck
Jan-Batist Lamark (fr. Jean-Baptiste Pierre Antoine de Monet, Chevalier de Lamarck; 1 avqust 1744[…], Bazentin[d], Pikardiya[d], Fransa krallığı – 18 dekabr 1829[…], Paris, Burbon restavrasiyası) — Fransa alim-təbiətşünası. J. Lamark canlı dünyanın təkmil təkamül nəzəriyyəsini yaratmağa çalışırdı. Sonradan bu nəzəriyyə Lamark nəzəriyyəsi adlandırıldı. Öz dövründə diqqəti çəkməsə də sonradan müasir dövrədək qızğın mübahisə predmetinə çevrildi. Lamark indiyə qədər müasirliyini itirməyən "Zoologiyanın fəlsəfəsi" (1809) kitabının müəllifidir. == Həyatı == Jan-Batist Lamark varlı olmayan zadəgan ailəsində anadan olub. Ordu sıralarında döyüşlərdə iştirak edib, zabit rütbəsinə qədər yüksəlib. Parisdə tibb elmini öyrənib və təhsil dövründə təbiət elmlərinə, xüsusilə də botanikaya böyük maraq göstərib. 1778-ci ildə o üç cildlik "Fransız təbiəti" adlı kitab nəşr etdirir.
Jean-Christophe Bouvet
Jan-Kristof Buve (24 mart 1947, Paris) Parisdə dünyaya gəlmiş Fransız aktyor, kinorejissor və yazıçısıdır. == Bioqrafiyası == 24 mart 1947-ci ildə Parisdə anadan olub. Jan-Kristof Buve VII Eduard teatrında Jean-Laurent Cochetdən dram dərsləri almışdır. Parisin VIII Region Universitetində kino, dilçilik və psixoanaliz üzrə təhsil alıb. Andre Techine və Claude Chabrol ilə görüşdükdən sonra onların köməkçisi olur. Eyni zamanda aktyor, müəllif və rejissor assistenti kimi fəaliyyətə başlayıb. 1969-cu ildə Jan-Kristof Buve filmlərdə rol almağa başlayır, onun debütü Jak Skandelarinin rejissoru olduğu “Buduarda fəlsəfə” (Fransızca “La Philosophie dans le boudoir”) filmindəki epizodik rolu idi. 15 iyul 1976-cı ildə Marseldə 20 yaşlı Kristian Ranyuşanın gilyotinində edam edilməsindən şoka düşən Buve ölüm hökmünə qarşı mübarizəyə başlayır və 1977-ci ildə Pol Vekkialini “Maşın” (fransızca “La Machine”) filminin ssenarisini yazmağa dəvət etmişdir və burada özü baş rolu canlandırmışdır. Bu, onun uşaq öldürdüyünə görə ölümə məhkum edilmiş yetkinlik yaşına çatmayanlar üçün cəlbedici görünən Pyer Lanti rolunu oynadığı ilk böyük film rolu idi. Həmçinin bu filmin ssenarisini yazanlar içərisində Buve də iştirak etmişdir.
Jean-Pierre Bacri
Jean-Pierre Bacri (24 may 1951 – 18 yanvar 2021[…], VI arondisman, Fransa) — alman aktyor.
Jean Dubuffet
Jean Philippe Arthur Dubuffet (31 iyul 1901[…], Havr – 12 may 1985[…], VI arondisman) — XX əsr Fransa rəssamı və heykəltəraşı. == Həyatı == O, Fransanın Havr şəhərində dünyaya gəlmiş və 1918-ci ildə Academie Julian-da rəssamlıq oxumaq üçün Parisə köçmüşdür.Lakin,6 ay sonra sənətin maddi mənfəət gətirdiyinə inanmayaraq,öz-özünü inkişaf etdirmək məqsədilə məktəbdən ayrılmış,ata sənəti olan şərab ticarəti ilə məşğul olmuşdur.1930-cu illərdə yenidən rəssamlığa geri dönmüş,yenə tərk etmiş və 1944-cü ildə öz əl işlərindən ibarət sərgi ilə geri dönmüşdür və sürrealizmə yaxınlaşmışdır. 1948-ci ildə Dubuffet,Breton və Tapie "Art Brut"u yaratmışlar.Bu sənətçilərin məqsədi məhbus,ruhi xəstə,uşaqların və həvəskarların əl işlərini ortaya çıxarmaq idi.Dubuffet çətinliklə də olsa 10000 əl işi yığmağa nail olur."Qadın vücudları"(1950),"Kəpənək qanadlarından kiçik rəsmlər"(1953),"Etibarsız həyatın kiçik heykəlləri"(1954),"fenomenlər"(1958),"Urlup"(1967) və Dubuffetin rəsmi "Caz-band" bu sərgiyə daxil idi. Art İnformel cərəyanının rəssamlarının baxışlarına uyğun olaraq,Jean Debuffet hesab edirdi ki,uşaqların sadəlövh rəsmləri,həvəskarların və ruhi xəstələrin rəsmləri həqiqəti professionalların rəsmlərindən daha çox ifadə edir. Rəssamın əsərləri kənardan tez-tez gülüş doğurmasına baxmayaraq Jean Dubuffet 20-ci əsrin ən avtoritet və ən məşhur rəssamlarından sayılır.Onun əsərləri dünyanın ən böyük muzeylərində nümayiş olunub. 1975-ci ildə o, Parisdə "Dubuffet Fondu"nun əsasını qoymuşdur. Jean Dubuffet 1985-ci il 12 mayda Parisdə vəfat etmişdir.
Jean Loiseleur-Deslongchamps
Jan (fr. Jean Louis August Loiseleur-Deslongchamps; 24 mart 1774, Dre (Yuxarı Provans Alpları)[d] – 8 may 1849, Paris, Fransa) — Fransa botaniki.
Jean Piaget
Jan Vilyam Fris Piaje (fr. Jean William Fritz Piaget; 9 avqust 1896[…], Nevşatel[d] – 16 sentyabr 1980[…], Cenevrə) — uşaqlar ilə apardığı epistemologiya tədqiqatları ilə tanınan İsveçrəli inkişaf psixoloqu və filosof.
Jeanine Fissler
Jeanine Fissler (12 oktyabr 1980) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Jeanine Fissler Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Jeanne Calment
Jeanne Calment (21 fevral 1875, Arl, Fransa – 4 avqust 1997[…], Arl, Fransa) — tarixdə dünyanın ən uzunömürlü sakinlərindən biri. Jeanne Calment 122 il 164 gün yaşayıb. Dünyada ən çox yaşamış insan adını alan Jeanne Calment vəfatına qədər siqaret və içkidən də istifadə edib. O, uzunömürlü olmasının sirrini zeytun yağından istifadə etməkdə görürmüş. Zeytun yağından həm yeməklərdə, həm içki, həm də bədən yağı kimi istifadə edirmiş.
Jedi (oyun mühərriki)
Jedi — əsasən Rey Qresko tərəfindən "LucasArts" üçün hazırlanmış oyun mühərriki. "Duke Nukem 3D"də istifadə edilən "Build" mühərrikinə çox bənzəyir. Əsl üçölçülü mühərrik olmasa da, üçüncü ölçüdə (Z) heç bir məhdudiyyət olmadan üçölçülü mühiti dəstəkləyirdi. "Doom"da mühitlər və ya səviyyələr yalnız X–Y müstəvisində mövcud olanlarla məhdudlaşırdı və səviyyələr ikiölçülü şəkildə tərtib edilmişdir. Burada döşəmə və tavan hündürlükləri fərqli görünsə də, sahələr şaquli olaraq üst-üstə düşə bilməzdi. "Jedi" mühərrikinin bir-birinin üstündə olan sahələr və ya otaqları ("sektorlar" adlanır) dəstəkləyirdi. Bu, mühərrikin "Build" mühərriki ilə paylaşdığı bir xüsusiyyət idi. Mühərrikin "Dark Forces" versiyasında renderer eyni vaxtda bir-birinin üstündə yerləşən iki otağı nümayiş etdirə bilmirdi. Bu xüsusiyyət mühərrikin "Outlaws" oyunu üçün olan versiyasına əlavə edilmişdir.
Jeep
Jeep — 1941-ci ildə ABŞ ordusu üçün yaradılmış yüngül nəqliyyat vasitəsi və onu yaratmaq üçün qurulan bir şirkətin adıdır. Chrysler avtomobil qrupuna bağlı bir şirkətdir. Jeep markası bir marka hesab edilməkdən çıxmış və xalq arasında bu cür avtomobillərə markası nə olursa olsun ümumiyyətlə Jeep deyilməyə başlanmışdır.
Jefea
Jefea (lat. Jefea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Jeff Hanneman
Ceffri Con Hanneman (ing. Jeffrey John Hanneman; 31 yanvar 1964, Oklend, Kaliforniya – 2 may 2013, Hemet[d], Kaliforniya) — amerikalı musiqiçi, treş-metal qrupu Slayer-in solo gitaraçısı və qurucularından biri. Hanneman 2013-cü ilə, yəni ölənədək Slayer qrupunun bütün albomlarında həm mahnı sözləri yazmış, həm musiqi bəstələmişdir. O, qrupun "Raining Blood", "War Ensemble", "South of Heaven", "Seasons in the Abyss" mahnılarını və demək olar ki, qrupun hər canlı konsertinin sonunda ifa olunan "Angel of Death" mahnısını bəstələmişdir. Onun öz ESP Jeff Hanneman Signature gitara seriyası da olmuşdur. == Bioqrafiya == === Erkən həyatı === Hanneman 31 yanvar 1964-cü ildə Kaliforniyanın Oklend şəhərində doğulmuş, Lonq-Biçdə müharibə veteranları ailəsində böyümüşdür. Onun atası II Dünya müharibəsi zamanı Normandiyada, qardaşları isə Vyetnamda döyüşmüş, ümumiyyətlə, müharibə mövzusu onların yemək masasında etdikləri adi söhbətlərdən birinə çevrilmişdir. Həmin dövrlərdə televiziyada döyüş filmləri məşhur olmuş, Ceff isə tez-tez tank və təyyarə modellərinin yığılmasında və onların rənglənməsində qardaşlarına qoşulmuşdur. Aldığı tərbiyə nəticəsində onun müharibəyə və hərb tarixinə olan marağı formalaşmaşmışdır. 2009-da Decibel jurnalına verdiyi müsahibə zamanı atasının alman olduğunu, lakin müttəfiq dövlətlər tərəfdən vuruşduğunu qeyd etmişdir.
Jeffreya
Jeffreya (lat. Jeffreya) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Jeffreya decurrens
Neojeffreya (lat. Neojeffreya) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Jeks
Jeks (fr. Gex) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Jeks kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. == Coğrafiyası == Jeks, dəniz səviyyəsindən 600 m yüksəklikdə, Cenevrədən 16 km şimal-qərbdə, Yura dağlarındakı Jurnan çayı vadisində yerləşir. == İqtisadiyyat və sənaye == XX əsrin əvvəllərinə qədər Jeks, əsasən kənd təsərrüfatı və əl sənayesi ilə məşğul olan bir şəhər idi. Ötən əsrin 50-ci illərinin əvvəllərindən Jeks getdikcə Cenevrə ilə aqlomerasiyada sənaye şəhərinə çevrildi. Jeksin yaxşı yol əlaqələri var. Cenevrədə yerləşən hava limanına da yaxındır.
Lathyrus jepsonii
Lathyrus jepsonii (lat. Lathyrus jepsonii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
Lolium jechelianum
Lolium perenne (lat. Lolium perenne) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. == Sinonimləri == Festuca perennis (L.) Columbus & J.P.Sm. Hordeum compressum Boiss. & Orph. [Invalid] Lolium aechicum Rouville [Spelling variant] Lolium agreste Roem. & Schult. [Invalid] Lolium brasilianum Nees Lolium canadense Bernh. ex Rouville [Invalid] Lolium cechicum Opiz Lolium compressum Boiss. & Orph.
Minas-Jerays
Minas-Jerays (port. Minas Gerais) — Braziliyanın şərqində yerləşən ştat. Şimaldan Baiya, şərqdən Espiritu-Santu və Rio-de-Janeyro, cənubdan San-Paulu, qərbdən isə Qoyas və Matu-Qrosu-du-Sul ştatları ilə sərhədə malikdir. Üstəlik Federal dairə ilə şimal-qərbdən kiçik sərhədi vardır. İnzibati mərkəzi Belu-Orizonti şəhəridir. Minas-Jerays əhalisinin sayına görə ikinci, sahəsinə görə isə Braziliyanın dördücü ştatıdır. Portuqalcadan tərcümədə «əsas yataq (mədən)» anlamını verir. == Coğrafiya == Ştat Braziliya öndağlığının şərqində, ən yüksək ərazisində yerləşir. Atlantik okeana çıxışı yoxdur. Ştat ərazisinin 90 % 300 metrdən yüksək, 25 % 600-1500 arası ərasiləri əhatə edir.
Minas-Jerays Dövlət Universiteti
Minas-Jerays Dövlət Universiteti (port. Universidade do Estado de Minas Gerais) – Belo Horizonte şəhərində yerləşən universitet.
Minas-Jerays Texnoloji Təhsil Federal Mərkəzi
Minas-Jerays Texnoloji Təhsil Federal Mərkəzi (port. Centro Federal de Educação Tecnológica de Minas Gerais) və ya qısaca Cefet-MG — Braziliyanın Belo Horizonte şəhərində yerləşən dövlət universiteti.

Digər lüğətlərdə