JURNAL-QƏZET

прил. журнально-газетный. Jurnal-qəzet köşkü журнальногазетный киоск
JURNAL
JURNALİST
OBASTAN VİKİ
Jurnal
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir.Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Qəzet
Qəzet — kütləvi informasiya vasitəsi olub, azı ayda 1 dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşr. Hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə hadisələr yazılırdı. "Qəzet" adı italyan xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset - (it. gazza) ödənilirdi.. XX əsrə qədər Azərbaycan dilində qəzet yerinə Ruznamə sözü işlənirdi.Qəzetlər xəbərləri və maraqları faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayırlar. == Tarixi == İlk qəzetlər əl ilə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerlərdən asırdılar. Ən birinci gündəlik qəzet Romada b.e.ə.
360 (jurnal)
360 — Birləşmiş Krallıqda "Imagine Publishing" tərəfindən nəşr olunan, "Xbox 360" üçün nəzərdə tutulmuş videooyun jurnalı. İlk növbədə dörd həftədə bir nəşr olunan jurnal 2009-cu ildə üç həftəlik cədvələ keçid etmişdir.Jurnal 2012-ci ilin iyulunda "X360" nəşri ilə birləşməsindən sonra satışdan çıxarılmışdır. == X360 ilə birləşdirilmə == 7 iyun 2012-ci ildə "Imagine" şirkəti "360" jurnalının forumunda elan etmişdir ki, "360" və "X360" sonuncunun adı altında birləşdiriləcək. Yeni "X360" jurnalının birinci nömrəsi 11 iyul 2012-ci ildə satışa çıxarılmışdır.
Abacus (jurnal)
"Abacus" — Sidney Universitetinin Mühasibat Fondu adından "Wiley-Blackwell" tərəfindən nəşr olunan rüblük elmi jurnal. 1965-ci ildə yaradılmışdır. Baş redaktori Stüart Cons və Balcit K. Sidhudur. "Journal Citation Reports"a görə, jurnalın 2021 impakt faktoru 2.060-dır.
Abituryent (jurnal)
Abituriyent - dərgi == Haqqında == Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı olan “Abituriyent” jurnalı abituriyentlər, yuxarı sinif şagirdləri və təhsil işçiləri üçün elmi-metodiki və informatik materialların çap olunduğu rəsmi müntəzəm nəşrdir. Jurnal Respublika Mətbuat və İnformasiya Nazirliyinin 18 fevral 1999-cu il tarixli, B171 saylı, Ədliyyə Nazirliyinin 16 sentyabr 1996-cı il tarixli, D 1567 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. Nəşr edildiyi 15 il müddətində ictimaiyyətin artan maraq və tələbatına uyğun olaraq jurnalın tirajı da ilbəil artıb. Jurnal respublikada ən çox oxunan və istifadə olunan nəşrlərdən biridir. Əgər ilk illərdə jurnal, əsasən, respublikanın iri şəhərlərində və bölgə mərkəzlərində yayımlanırdısa, indi o, respublikanın bütün rayonlara çatdırılır.
Akustiçeskiy jurnal
"Akustiçeskiy jurnal" — tamamilə akustikaya həsr olunmuş yeganə Rusiya akademik jurnalı. Jurnalda elmi icmallar, orijinal məqalələr, qısa ünsiyyətlər, redaktora məktublar, cari hadisələr və hadisələr haqqında məlumatlar dərc olunur. Nəşrlərin mövzularına fundamental və tətbiqi akustika məsələlərinin nəzəri və eksperimental aspektlərdə baxılması daxildir. Rusiya Elmlər Akademiyasının institutlarında, Rusiyada, eləcə də digər ölkələrdə universitetlərdə və elmi-tədqiqat təşkilatlarında aparılan elmi tədqiqatların nəticələri dərc olunur. Alimlər, aspirantlar, fizika fakültəsinin yuxarı kurs tələbələri, müəllimlər üçün nəzərdə tutulmuşdur. == Tarixi == Jurnal onun ilk baş redaktoru olmuş Nikolay Andreyevin təşəbbüsü ilə 1955-ci ildə yaradılmışdır. İldə 6 dəfə nəşr olunur (1972-ci ilə qədər ildə 4 dəfə çap olunurdu).Ali Attestasiya Komissiyasının elmi jurnallarının siyahısına daxildir.
Aria (jurnal)
"Aria" (アリア) — Yaponiyanın Kodansha nəşriyyatı tərəfindən nəşr olunan keçmiş aylıq şoco və cosey manqası jurnalı. 2010-cu ilin aprelində Kodansha yeni jurnalın təsis edilməsində maraqlı olduğunu açıqlamışdır. Jurnalın ilk sayı 28 iyul 2010-cu ildə çapdan çıxmışdır. Jurnal B5 formatında nəşr olunur. "Aria" jurnalı əsasən 16-22 yaşlı qadınlar üçün nəzərdə tutulmuşdur. 2013-cü ildə Kodansha "Shingeki no Kyojin" manqa seriyasının spin-offu olan Attack on Titan: No Regrets manqasının proloq fəslinə olan təlabatı ödəmək üçün jurnalın tiraj sayını təxminən 500 % (80.000 nüsxə) artırmağa qərar vermişdir.Jurnal 28 aprel 2018-ci ildə fəaliyyətini dayandırmışdır. == Manqa seriyaları == Amatou Penguin - Kenci Sonishi Ani - Imo - Haruko Kurumatani Demon from a Foreign Land – Kaori Yuki GDGD-DOGS - Ema Toyama Haikyo Shojo - Nao Tsukici (başa çatıb) Hanirabi!
Arı (jurnal)
"Arı" jurnalı (az.-əbcəd کل نیت‎) — 1910–1911-ci illərdə çap olunmuş ictimai, siyasi və satirik jurnal. == Tarixi == "Mirat"dan sonra "Arı" jurnalı fəaliyyətə başladı. Jurnalın ilk nömrəsi 1910-cu il dekabr ayının 18-də çıxmışdır. Redaktoru Dadaş Bünyadzadə, naşiri Əliməmməd Əliyev idi. Jurnalın başlığı altında yazılırdı: Özündən əvvəlki satirik jurnallardan fərqli olaraq, formatında dəyişiklik edən "Arı" karikaturasız nəşr olunurdu və formatı o biri satirik jurnallara nisbətən kiçik idi. "Arı" jurnalının məsləki" sərlövhəli baş məqalədə bu mətbu orqan özünün başlıca məqsəd və məramını oxuculara təqdim edir, dövrün ictimai-siyasi hadisələrinə qiymət verir, maarifin, mədəniyyətin inkişafının vacibliyini göstərirdi. Mətbuata marağın artdığını bildirən jurnal eyni zamanda qeyd edirdi ki, mətbuat orqanlarımızın bəziləri abunəçilərin azlıqından və ya maliyyənin kasadlığından, bəziləri isə hökumət tərəfindən bağlanır. İslami dəyərlərə yüksək qiymət verən "Arı" bir sıra mətbu orqanlara "Təkamül", "Yoldaş" qəzetinə, "Molla Nəsrəddin", "Bəhlul" və " Zənbur" jurnallarına öz müsbət münasibətini bildirir, bu nəşrlərin çapını yüksək qiymətləndirirdi. == Fəaliyyəti == Baş məqalədə qabaqcıl dünyagörüşü ifadə edilsə də, bəzi məsələlərə islamçılıq nöqteyi-nəzərindən qiymət verilirdi. Məsələn, Azərbaycan xalqının cəhalətdə qalması baş məqalədə islam mədəniyyətinin qəbul edilməməsi ilə əlaqələndirilirdi.
Astronomiçeskiy jurnal
"Astronomiçeskiy jurnal" (rus. Астрономический журнал; mənası – "Atomik jurnal") — Rusiya aylıq elmi jurnalı. Bu jurnal öz nəşr səylərini astronomik mövzularla bağlı orijinal tədqiqata yönəltməyə meyllidir. Xronikalar, beynəlxalq konfransların materialları və kitab icmalı kimi digər hesabat növləri də daxildir. 1924-cü ildə əsası qoyulmuş, Sovet İttifaqı dövründə ən görkəmli astronomiya jurnalı kimi təsvir edilmişdir. Əvvəlcə çap versiyası, həm də onlayn mövcuddur. Baş redaktor Aleksandr Noyarçuk olmuşdur. == Əhatə dairəsi == jurnalın maraq dairəsi olan astronomiya öz əhatə dairəsinə astronomiyanın alt mövzularını daxildir. Bunlar ulduz astronomiyası, göy mexanikası, radioastronomiya, Günəş fizikası, planet astrofizikası, astrofizika nəzəriyyəsi və müşahidə yolu ilə astrofizika elmidir. Həmçinin, bura astronomiya və cihazların üsulları daxildir.
Auditor (jurnal)
"Auditor" (rus. Аудитор) — Rusiyada elmi jurnal, audit haqqında ilk dövri nəşrlərdən biri. 1994-cü ildən nəşr olunur. Auditorlar və məsləhətçilər, mühasiblər, vergi və maliyyə xidmətlərinin işçiləri, bütün mülkiyyət formalı müəssisələrin rəhbərləri, müəllimlər, elmi işçilər və iqtisadi ixtisaslar üzrə tələbələr üçün nəzərdə tutulmuşdur. 2010–2011-ci illər üçün Rusiya Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyasının elmi jurnallarının siyahısına daxil edilmişdir. Burada elmlər doktoru və namizədi alimlik dərəcəsi almaq üçün dissertasiyaların əsas elmi nəticələri dərc edilməlidir. Rusiya Elm İstinad İndeksinə daxildir.
Aysel (jurnal)
Aysel — 2003-cü ildən 2017-ci ilə qədər fəalliyyət göstərmiş Azərbaycan qadın jurnalı.
Azərbaycan (jurnal)
Azərbaycan — 1906-cı ildə Təbrizdə Azərbaycan və fars dillərində nəşr edilmiş satirik jurnal. Azərbaycan — 1923-cü ildən Bakıda nəşr olunan ədəbiyyat jurnalı. Azərbaycan — 1951-ci ildən Münhendə Ceyhun bəy Hacıbəyli tərəfindən buraxılmış jurnal. Azərbaycan — 1952-ci ildən Ankarada Məhəmməd Əmin Rəsulzadə tərəfindən buraxılmış jurnal. Azərbaycan — Polşada nəşr olunan jurnal.
Baku (jurnal)
"Baku" jurnalı — Moskva şəhərində nəşr olunan jurnal. Jurnalın baş redaktoru Leyla Əliyevadır. == Haqqında == "Baku" jurnalı 2007-ci ildən rus dilində nəşr olunur. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri və müasir həyatı haqqında materiallar təqdim olunur. 2011-ci ildən "Baku" jurnalının ingilisdilli versiyası — "Baku International" nəşr edilməyə başlayıb.
Bioqrafiya (jurnal)
Birlik (jurnal)
"Birlik" jurnalı — Azərbaycanın Türk Xalqları ilə Əməkdaşlıq Mərkəzinin mətbuat orqanı, çoxsəhifəli dövri nəşr olunmuş jurnal. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəsmi orqanı olan "Birlik" dərgisinin ilk sayı 2008-ci ilin iyun ayında işıq üzü görüb. 2008-ci ilin aprelində rəsmi qeydiyyatdan keçən dərginin ilk sayının çapa hazırlanması 3 aya yaxın vaxt aparmışdır.2008–2009-cu illərdə "Birlik" jurnalının baş redaktoru Salman Vilayətoğlu olub.2009-cu il mayın 26-da Dünya türklərinin inteqrasiyasi, türk mədəniyyətinin və tarixinin geniş təbliği yönündəki əvəzsiz fəaliyyətinə görə "Birlik" jurnalının baş redaktoru Salman Vilayətoğlu (ölümündən sonra) mükafatlandırılmışdır. Ona təqdim olunacaq mükafat isə oğlu Baycan Salmanoğluna təqdim olunmuşdur.
Bəhlul (jurnal)
"Bəhlul" jurnalı (az.-əbcəd بهلول‎) — həftəlik rəsmli satirik jurnal. == Haqqında məlumat == "Bəhlul" satirik jurnalı 19 may 1907-ci ildə Ələsgər Əliyevin redaktorluğu, Seyid Hüseynin əməkdaşlığı ilə Bakıda nəşrə başlayıb. Jurnal "Molla Nəsrəddin" ənənələrini davam etdirən məcmuələrdən biri olub. Jurnalın adı Molla Nəsrəddin kimi xalq arasında məzmunlu lətifələri ilə məşhur olan ədalətpərəst, həqiqətpərəst Bəhlul Danəndənin adından götürülmüşdür. "Bəhlul"un zəngin ədəbi-bədii tərtibatı var idi. "Bəhlul" öz səhifələrində "Molla Nəsrəddin"ə rəğbət ifadə edən bir sıra yazılar və şəkillər vermişdi.Ələsgər Əliyevin jurnalistlik fəaliyyətində "Bəhlul" jurnalı xüsusi yer tutur. Jurnalın ömrü cəmi 6 ay olmuş və 9 nömrəsi işıq üzü görmüşdür. "Bəhlul"un nəşri 1907-ci ildə noyabr ayının 4-də, 9-cu nömrədən sonra "zərərli məsləkinə görə" dayandırılmışdır. Çünki jurnalın səhifələrində zəhmətkeş kütlələrin 1905–1907-ci illərdəki inqilabi mübarizəsi geniş işıqlandırılmış, Bakı fəhlələrinin ağır həyatından bəhs edilən yazılar çap etmişdir. == Jurnalda dərc olunan məqalələr == Burada satirik şeirlər, felyetonlar, "Bilməli xəbərlər", "Teleqraf xəbərləri", "Lüğət", "Tapmaca" və b.
Cəm (jurnal)
Cəm — siyasi və ədəbi-yumoristik həftəlik jurnal. == Tarixi == 28 noyabr 1910 - 6 oktyabr 1912 illərdə 43 nömrəsi, 10 dekabr 1927 - 2 may 1929 illərdə isə 49 nömrəsi (cəmi 92 nömrə) çıxmışdır. 77 nömrəsi ərəb əlifbası ilə, 15 nömrəsi isə latın əlifbası ilə çap olunmuşdur. Əvvəllər türk və fransız dillərində, 1927-ci ildən təkcə türk dilində nəşr edilmişdir. Sahibi və məsul müdiri Cəmil (Cəm), baş redaktoru isə Rafıq Xalid (Karay) olmuşdur. 16 səhifəlik idi. Dövrün ictimai nöqsanlarını kəskin tənqid edən jurnalda əsasən yumoristik şeirlər, hekayələr, felyetonlar və karikaturalar dərc olunurdu. == Həmçinin bax == Məzəli (jurnal) == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.74.
DNA (jurnal)
DNA — Avstraliyanın homoseksual auditoriyasına yönəlmiş populyar jurnal.. 2000-ci ildən bəri hər ay buraxılır. Oxucuların bir çoxu, jurnalın adının niyə DNA olduğunu soruşurlar. Onların fikrincə, bu ad "Deoyxribose Nucleic Acid" (yəni DNT) ifadəsindən gəldiyini deyirlər. Buna jurnal təsisçiləri birmənalı olaraq cavab vermədilər. Jurnalın üz qabığını əsasən amerikalı və avstraliyalı məşhur modellər bəzəyirlər. Lakin üz qabığına düşənlər sırasında sadə insanlar da olur. == Nəşr və məzmun == Jurnalda pop mədəniyyəti, məşhurların anketləri, moda, özünəbaxım və foto mövzuları əhatə edilir. Jurnalı Avstraliyanın bir çox qəzet kiosklarında əldə etmək olar. DNA həmçinin ABŞ, Yeni Zelandiya, Böyük Britaniya, Kanada və Avropanın bir çox ölkələrində də satışa buraxılır.
Details (jurnal)
Details — aylıq kişilər üçün moda jurnalı. Birinci nömrəsi 1982-ci ildə ABŞ-də, Condé Nast Publications nəşriyyat evində, Annie Flanders tərəfindən təsis edilmişdi. == Tarix == Alan Particof jurnalı 1987-ci ildə əldə etdi. Bir ildən sonra Condé Nast nəşriyyat evi jurnalı 2 mln. $ məbləğində aldı. Jurnalın hazırkı formatı 2000-ci ildən sonra təsis edildi. == Personal və ianəçilər == Jurnalın ianəçilər sırasını Augusten Burroughs və Michael Chabon başçılıq edir. Hazırda jurnalın redaktoru Dan Peresdir - avstraliyalı aktrisa Sara Vinterin həyat yoldaşı. Əvvəlki əməkdaşlar sırasına Beauregard Houston-Montgomery də daxildir. == CD musiqisi == 1990-cı ildən 1998-ci ilə kimi, jurnal CD formatda retro musiqilərin pulsuz jurnalın içərisində hədiyyə olaraq verirdi.
Develop (jurnal)
"Develop" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı və eyniadlı veb saytı. "Develop" şirkətinin baş qərargahı Hertfordşir qraflığında, Hertford şəhərində yerləşir. "Develop"u oyun sənayesi və videooyunlara həsr olunmuş digər nəşrlərdən fərqləndirən öz diqqətini videooyunların istehsalı və oyun istehsalçılarına yönəltməsidir. Jurnalın bütün materiallarını dərc edən "develop-online" veb-saytı 17 iyul 2007-ci ildə fəaliyyətə başlamışdır. == Develop conference == "Develop" videooyun istehsalçıları üçün Braytonda "Develop conference" adlı illik konfransına ev sahibliyi edir. İlk konfrans 2006-cı ildə keçirilmişdir. == Develop 100 == "Develop 100" dəstəklənən oyun istehsalçıları üçün illik reytinq sistemidir. "Develop 100" videooyunların istehsalı ilə məşğul olan dünyanın ən böyük studiya və şirkətlərinin reytinqlərini özündə əks etdirir və müxtəlif meyarlara əsaslanır.2009-cu ildə "Blizzard" şirkəti "Develop 100"də birinci yeri tutaraq keçmiş lider "Nintendo"nu ikinci yerə salmışdır.
Dirilik (jurnal)
Dirilik — Azərbaycan türklərinin milli varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparan jurnal. 1914-cü il sentyabr ayının 16-dan 1916-cı ilin ortalarına kimi çap olunmuş siyasi türk məcmuəsi. == Fəaliyyəti == "Dirilik" jurnalı 1914-cü ilin sentyabr ayının 16-da mətbuat fəaliyyətinə başlamışdır. Bu jurnal Mirzə Bala Məmmədzadənin yazdığı kimi, həm də siyasi bir türk məcmuəsi idi. 1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 nömrəsi çap olunmuşdur. 1916-cı ilin ortalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznib idi. Məhəmməd Əmin Rəsulzadənin, Kazımoğlunun, Əbdülxalıq Cənnətinin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan Məhəmməd Əmin Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı məşhur əsəri də bu jurnalda çıxmışdır.
Dəbistan (jurnal)
"Dəbistan" jurnalı — ilk pedaqoji jurnal. == Haqqında məlumat == "Dəbistan" maarifçi jurnalı Bakıda 16 aprel 1906-cı ildə Azərbaycan dilində nəşrə başladı. Jurnal əvvəl Əli İsgəndər Cəfərzadə ilə Məhəmmədhəsən bəyin müdirliyi və naşirliyilə nəşr edilirdi.Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Əlisgəndər Cəfərzadənin adı ilə bağlıdır. Jurnalın 1906-cı ildə 18 nömrəsi, 1907-ci ildə 7 nömrəsi, 1908-ci ildə isə 2 nömrəsi çıxmışdır."Dəbistan" məcmuəsinin başında belə bir bəyanat vardı: == Əməkdaşlar == Jurnalın fəaliyyətində Ə.İ.Cəfərzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Şeyda, Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, R.Əfəndizadə, Musayev, Fərhad Ağazadə, Abbas Səhhət, Abdulla Şaiq, Ə.Əfəndizadə, Fərəcullazadə, Nəriman Nərimanov və dövrün digər tanınmış ziyalıları iştirak ediblər.Hələ Qori müəllimləri seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə ən çox "Dəbistan" jurnalında çap olunardı. 1906-cı ildə "Dəbistan" jurnalında çap edilmiş Sultan Məcid Qənizadənin "Allah xofu" hekayəsi onun yaradıcılığında xüsusi yer tutur. == Jurnalda əks olunan mövzular == "Dəbistan"da pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Bunlardan əlavə bir çox tərcümələr və Osmanlı əsərləri dərc olunurdu, möhtərəm şəxslərin şəkilləri dərc olunurdu. Bir çox tarixi — təbiət, elmi, fənni, ədəbi və ictimai məlumat tapmaq mümkün idi. "Dəbistan"ın "Valideynə məxsus vərəqə"si də olmuşdur. == Jurnalın bağlanması == Maarifçi-demokratik səciyyəli "Dəbistan" jurnalı maddi çətinliklə üzləşəndə onun nəşrini davam etdirmək üçün jurnala xeyriyyəçi Zəkəriyyə bəy Aslanov da köməklik göstərənlər arasında olmuşdur.
Dəryal (jurnal)
Dəryal — ədəbi jurnal 1991-ci ildən Şimali Osetiyada nəşr olunur. Rübdə bir nəşr olunur. 1996-cı ildən bəri illik buraxılış planına xüsusi bir gənclik sayı (beşinci), 2004 -cü ildən bu günə qədər ildə 6 dəfə nəşr olunmuşdur. 2019-cu ildə ayrı bir gənclik mövzusu ənənəsi yenilənir. == Tarix və çağdaş dövr == "Daryal" 1991 -ci ildə 1931-ci ilin mayından nəşr olunan "Ədəbi Osetiya" almanaxını əvəz edir. Yeni jurnal ədəbi-bədii və ictimai-siyasi bir jurnal olaraq təyin edilir. Jurnala Şimali Osetiyada tanınmış yazıçı və publisist Ruslan Totrov rəhbərlik edir. Jurnal rus dilində nəşr olunur. Burada həm orijinal əsərlər, həm də osetin dilindən və Şimali Qafqazın digər dillərindən tərcümələri nəşr olunur. Əsasən Osetiya yazıçılarına aid olan nəsr, şeir, tənqidi və publisistik məqalələrlə yanaşı, jurnal osetiyalı incəsəntlə müsahibələr və əsərlərinin reproduksiyası da daxil olmaqla təsviri sənətlə bağlı materiallar dərc edir.
Edge (jurnal)
Edge — "Future Publishing" müəssisəsi tərəfindən oktyabr ayında 1993-cü ildə nəşr edilən jurnaldır. Bu jurnal video oyunlar haqqında resenziya verən Böyük Britaniya jurnallarından biridir. Jurnalda hər il müxtəlif mükafatlar təqdim edilir. "Edge" jurnalında çox az oyunlara böyük resenziya verilmişdir. Böyük resenziya verilənlər içərisində "Mario" video oyunları xüsusilə seçilir.
Elmi jurnal
Elmi jurnal — akademik nəşriyyatda adətən yeni tədqiqatların dərc etdirilməsi yolu ilə elmin inkişafını dəstəkləmək məqsədi daşıyan dövri nəşrdir. Jurnalların əksəriyyətində Təbiət kimi müxtəlif elmi sahələrindən bəhs edən məqalələr və yazılar dərc etdirilir. Məqalələrin jurnalın keyfiyyətini aşağı salmaması və elmi cəhətdən dəyərli olması üçün elmi jurnallarda xüsusi yoxlama komissiyası mövcuddur. Elmi jurnallar peşəkar jurnallara oxşar olsalarda, əslində bir-birlərindən çox fərqlidirlər. Elmi jurnallardakı məqalələr bazar jurnallarındakı kimi gündəlik olaraq nadir hallarda oxunur. Tədqiqat nəticələrinin dərc etdirilməsi elmi metodun zəruri addımlarındandır. Əgər bunlara təcrübələr və hesablamalar daxildirsə, onlar digər tədqiqatçının əldə edilmiş nəticələri təsdiqləmək üçün eyni təcrübəni və ya hesablamanı təkrarlamasına imkan verəcək kifayət qədər məlumatı ehtiva etməlidirlər. Hər bir jurnal məqaləsi elmi qeydin daimi elementinə çevrilir. Elmi jurnalların tarixi 1665-ci ildə Fransız dilindəki Journal des sçavans və İngilis dilindəki Philosophical Transactions of the Royal Society (Kral Cəmiyyətinin Fəlsəfi Əməliyyatları) jurnallarının ilk dəfə müntəzəm olaraq tədqiqat nəticələrini dərc etdiyi vaxtdan başlayır.
алоги́ческий грёзы льночеса́лка обва́льно обеспе́ченный позна́ния полнопра́вность безде́ятельность нивели́роваться па́вший парога́зовый понаде́яться предостерега́ть растре́скаться служи́тель це́нностный тюрюлюкать 'twere piedouche piscary solderer stowing верно смежный чепец