JURNÁL

[ fr. journal]
1. Kitabça şəklində nəşr edilən dövri məcmuə. Aylıq jurnal. Tibb jurnalı. Moda jurnalı. Ədəbiyyat jurnalı.
– Bu axır vaxtlarda müsəlman qəzetləri və müsəlman jurnalları övrətlərimizə dair bir para məqalələr yazıblar. C.Məmmədquluzadə.
Masanın üstündə gözlük, qələmdan; Qəzetlər, jurnallar, cild-cild kitablar. B.Vahabzadə.

2. Hadisələri və s.-ni müntəzəm surətdə qeyd etmək üçün dəftər, ya kitab. Məktəb jurnalı. Növbə jurnalı.
– Müəllim jurnalını götürüb getdi, biz də kitablarımızı sinifdə buraxıb küçəyə çıxdıq. T.Ş.Simurq.

Синонимы

  • JURNAL JURNAL [Yavər və Mədinə] söhbət edir, radioya qulaq asır, balaca Leyla ilə oynayır, qəzet və jurnal oxuyurdular (M
JULİKLİK
JURNALİ́ST

Значение слова в других словарях