KÖKLƏMƏK₁

f.
1. Simli musiqi alətlərinin səsini simləri tarımlaşdırmaq, ya boşaltmaq yolu ilə tələb olunan tona salmaq, simlərinin ahəngini bir-birinə uyğunlaşdırmaq.
Aşıq Cünun sazını kökləyib ortaya çıxdı. Koroğlu”.
Bu hində Baxşı kamançanı kökləyir və başlayır segah-zabil havasını çalmağa. C.Məmmədquluzadə.

2. məc. Sazlamaq, düzəltmək, işə salmaq üçün hazırlamaq.
Hüseynəli əmi çubuğunu dəmir milçə ilə qurdalayıb kökləyirdi. M.S.Ordubadi.
Qışın gecəsi uzun, odunumuz bol, işimiz də yox… Götür çörəyini ye, ocağı da köklə. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÖKLƏMƏK tikmək
  • KÖKLƏMƏK sazlamaq

Omonimlər

  • KÖKLƏMƏK KÖKLƏMƏK I f. Musiqi alətlərinin sazlanması. Bir də tələbələrdən birisi tarı köklədi, çəpik qalxdı (Çəmənzəminli)
KÖKLƏMƏ₂
KÖKLƏMƏK₂

Digər lüğətlərdə

водопо́льзование выхло́пывать демонстри́роваться заём палеозооло́гия перелакирова́ть разлива́ть специа́льно ге́рпес ке́нарь поми́мо всего хаоти́ческий un cat-mint entrant holophone jake-leg kermis padella scallop-shell tavern tux uproot приставка производитель