1. İt balası. Küçüyü qovmaq. Küçüyü yedirtmək.
2. Uşaq, bala mənasında (yüngül söyüş kimi işlənir). Küçüyün biri.
– [Rəhim xan:] Amma məni heç bir şey yandırmırdı, o balaca küçük Nadirin öyünməsi.
[Hacı Manaf:] Axtar, küçüyün atasını tap!
[Cəmilə:] …Hara gedəcəksə, qoy getsin, … küçüklərini də hara aparırsa, aparsın.
3. dan. bax bic 2 Köklərdə əlavə tumurcuqlar .
… yan köklər kimi, kökün daxili hissəsindən, yəni mərkəzi silindrdən əmələ gəlir, … sonralar inkişaf edərək torpaq üzərində yarpaqları olan zoğlar verir ki, bunlara küçük və ya bic deyilir…
4. Bəzən “kiçik” əvəzinə işlənmişdir.
Hey fələk, gör necə günlər gördük; Azdı hər kəs, nə böyük var, nə küçük…