KÜBARLIQ
KÜÇÜK
OBASTAN VİKİ
14-cü küçə (Manhetten)
14-cü küçə (ing. 14th Street) — Nyu-York şəhərinin Manhetten borosunda yerləşən əsas küçələrdən biri. O, Manhettenin Vest Sayd hissəsinin On Birinci prospekti ilə Manhettenin İst Sayd hissəsinin C prospektinin arasından keçir. O, bir neçə rayonlar arasındakı sərhədi təşkil edir və bəzən Aşağı Manhetten ilə Midtaun Manhetten arasındakı sərhəd kimi qəbul edilir. Brodvey tərəfdə 14-cü küçə Yunion skver meydanının cənub sərhədini təşkil edir. O, həmçinin Qrinviç Villic, Alfabet Siti və İst Villic rayonlarının şimal sərhədini və Çelsi, Fletayron və Qramersi rayonlarının cənub sərhədini təşkil edir. Üçüncü prospektdən qərbdə 14-cü küçə Manhettenin qərb şəbəkə sisteminin cənub ucunu ehtiva edir. 14-cü küçənin şimal hissəsində küçələr ədədi ardıcıllıqla təqib olunan mükəmməl şəbəkə ərsəyə gətirir. Nyu-York şəhəri tarixinin əvvəlində, 14-cü küçə prestijli bir yer sayılırdı. Ancaq şəhər şimala doğru böyüdükcə o, cazibəsi və statusunu itirdi və müasir günümüzdə əsasən alış-veriş küçəsi olaraq bölgələrə ayrılıb.
23-cü küçə (Manhetten)
23-cü küçə (ing. 23rd Street) — Nyu-York şəhəri Manhetten borosunun Midtaun rayonunda yerləşən ikitərəfli küçə; adanın şərqindən qərbinə keçən əsas magistral yollarından biri. Küçə qərbdən On Birinci prospektdən başlayaraq, şərqdə FDR magistralına qədər davam edir. Küçə 1811-ci ildə Manhettenin hərtərəfli inkişaf planının qəbulundan sonra yarandı. Burada Beşinci Prospekt və Çelsi kimi mehmanxanalar və bir çox teatrlar tikilmişdir. Flatiron Building, Metropolitan Life Tower və 2013-cü ildə inşa edilən One Madison kimi tarixi göydələnlər bu küçədə yerləşir. == Yerləşməsi == Boronun digər nömrəli küçələri kimi, 23-cü küçə də Beşinci prospekt tərəfdən qərb və şərq hissələrə bölünür. Hər ikisi Fletayron rayonunun bir hissəsi olan Medison meydanından başlayır. Qərbi 23-cü küçə Altıncı prospektdən başlayaraq, Çelsi rayonundan keçir. Küçənin şərq tərəfindən, yəni Leksinqton prospektindən başlayaraq küçə boyunca şimaldan Kips Bey və cənubdan Qramersi və Piter Kuper Villic rayonlarının sərhədləri keçir.
34-cü küçə (Manhetten)
34-cü küçə (ing. 34th Street) ― Nyu-York şəhəri Manhetten borosunun mərkəzi Midtaun hissəsində yerləşən iki tərəfli küçə; adanı şərqdən qərbə keçən əsas magistral yollardan biri. Küçə qərbdən Vest Sayd Hayveydən şərqdəki FDR magistralına qədər uzanır. Küçə, qərbdəki Nyu-Cersi ştatı ilə şərqdəki Kuins arasında birləşdirici nəqliyyat arteriyası kimi xidmət edir, oradan o, Nyu-Cersiyə aparan Linkoln tunelinə və Lonq-Aylendə istiqamətlənən Kuins — Midtaun tunelinə keçir. Küçə Midtaunun cənub sərhədi sayılır.:83934-cü küçədə Empayr Steyt Bildinq, Meysis Herald Skver və Ceykob Ceyvits Konqres Mərkəzi daxil olmaqla bir neçə görkəmli bina yerləşir. Pensilvaniya stansiyası kimi digər obyektlər 34-cü küçədən bir məhəllədə yerləşirlər. Küçədə M34 / M34A avtobus xətləri ilə fəaliyyət göstərir və həmçinin bir neçə metro stansiyası var. == Tarixi == Küçə 1811-ci il baş planına uyğun olaraq düzəldilib. Ona əsasən, şərqdən qərbə uzanan 15 küçəsi 30 metr enində, qalanları isə 18 metr olmalı idi. 2010-cu ilin aprel ayında Nyu-York Şəhər Nəqliyyat Departamenti 34-cü küçədə ekspres avtobusun fəaliyyətə buraxılmasını təklif etdi.
Küçə
Küçə — yol infrastrukturunun bir hissəsi. Bir qayda olaraq kənarında xüsusi sıra sayına malik binalar olur. == Küçələrin təsnifatı == Küçələr təyinatına görə təsnifatlanırlar . === Şəhər küçələri === Şəhər əhəmiyyətli magistral küçələr; Rayon əhəmiyyətli magistral küçələr; yerli əhəmiyyətli küçələr: Kvartallar arası küçələr; Kvartal daxili küçələr; Yaşayış küçəsi; Tramvay-piyada küçəsi; Piyada küçəsi. === Qəsəbə və kənd küçələri === Əsas küçələr; yaşayış küçələri; keçidlər. == Maraqlı faktlar == Yaponiyada küçələrin adları olmur. San-Fransiskoda bir küçə hərlənərək özü - özünü kəsir.
Küçə fahişəliyi
Küçə fahişəliyi — seks işinin bir növü. Seks işçisi küçə künclərində gözləyərkən və ya küçə ilə gəzərkən müştərilərini ictimai yerlərdən və ya küçələrdən cəlb edir. Seksual hərəkət aktı müştərinin avtomobilində və ya yaxınlıqdakı küçədə, fahişənin evində və ya kirayə götürülmüş motel otağında da baş verə bilər.
Küçə fotoqrafiyası
Küçə fotoqrafiyası (ing. street photography) — ictimai yerdə — yəni küçədə, parkda, çimərlikdə və s. çəkilən fotoqrafiya janrıdır. == Tarixi == Küçə fotoqrafiyası sənədli fotoqrafiyadan yaranmaqla özündə bədiilik elementlərini əks etdirir. Küçə fotoqrafiyasıın tarixi XIX və XX əsrlərin kəsişməsində yaşamış və sənədli, bədii və digər foto janrlarında işləyən fotoqrafların yaradıcılığından başlayır. Küçə fotoqrafiyasının müstəqil janr kimi inkişafı isə "Magnum" foto agentliyinin və küçə fotoqrafiyasının əsas prinsiplərindən olan olan "həlledici məqam" (decisive moment) ideyasının əsasını qoymuş fransız fotoqrafı Henri Cartier-Bressonun adı ilə bağlıdır. Bu janrın fəlsəfəsi və estetikası jurnalist paradiqması olan "dürüst fotoqrafiya" (straight photography) üzərində qurulub və fotoqraf tərəfindən ətrafda baş verənləri heç bir müdaxilə olmadan (məsələn: montaj, qurulma səhnə və s.) olduğu kimi əks etdirməkdir. İctimai yerlərdə baş verənləri hər hansı bir müdaxilə olmadan əks etdirən fotoları küçə fotoqrfiyası janrına aid etmək olar. == Xarici keçid == Как фотографировать людей на улице iN-PUBLiC.com Сборник часто задаваемых вопросов о праве на фотосъемку Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine == Mənbə == The Sidewalk Never Ends: Street Photography Since the 1970’s (2001). Вершовский Антон.
Küçə sənəti
Küçə sənəti (ing. Street art) — ictimai sahələrdə yaradılan və məzmun olaraq sənət ətrafının xaricində yer alan təsviri incəsənət növüdür. Küçə sənətinin indiki vaxtda bir çox fərqli tətbiqi vardır.
Küçə yeməyi
Küçə yeməyi — küçədə, bazarda, yarmarkada və ya digər ictimai yerdə hazır yemək və ya içki satışı. Qida tez-tez portativ qida kabinəsi, ərzaq səbəti və ya yemək maşınında satılır və dərhal istehlak üçün nəzərdə tutulur. 2007-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi məlumata görə, hər gün 2,5 milyard insan küçə yeməyi yeyir.
Qızıl küçə
Qızıl küçə və ya Zlata uliçka (çex. Zlatá ulička - rəsmi adı Daliborkadakı Qızıl küçə çex. Zlatá ulička u Daliborky) — Praqa qəsrinin ərazisində, şimal qala divarlarının və köhnə burqqraf binasının arasında yerləşir. XVI əsrin sonunda inşa olunmuş kiçik yaşayış evlərində sadə vətəndaşlar düz İkinci dünya müharibəsinə kimi yaşayırdı. Bu mənzərəli küçə gözəl rəngli fasadları, alçaq və rəngarəng damları və demək olar ki, oyuncaqlara bənzəyən pəncərə və qapıları olan kiçik səliqəli evlərdən ibarətdir. Bu küçə olduqca dardır, onun uzunluğu 200 metrdir. Küçə XVI əsrin ikinci yarısında yaranmışdır. O vaxtlar bu yerlərdə şəhər ox atanları, zərgərlər və sadə qulluqçular məskunlaşmağa başlamışdı. Hazırda isə burada dəbli mağazalar yerləşir və bura baş çəkən ziyarətçilərə çox yaddaqalan əşyalar, hədiyyələr, zərgərlik məmulatları və ya mükəmməl kitabları təklif edir. == Tarix == Keçmişdə, bu küçə Zlatnitska (çex.
Bizim Küçə (1961)
Bizim küçə tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1961-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramda müharibədə itkin düşmüş bir qızın-Saranın acı taleyindən bəhs olunur. Əsas rolları Rimma Məmmədova, Ətayə Əliyeva, Ağadadaş Qurbanov, Gündüz Abbasov və Giuli Çoxonelidze ifa edirlər. == Məzmun == Lirik-psixoloji dramda müharibədə itkin düşmüş bir qızın-Saranın (Rimma Məmmədova) acı taleyindən, qürbətdə başına gələn macəralardan, uzun axtarışlardan sonra xoş bir təsadüf nəticəsində anasına (Ətayə Əliyeva) qovuşmasından bəhs olunur. == Rollarda == Rimma Məmmədova — Sara Ətayə Əliyeva — Bəyim Ağadadaş Qurbanov — Bəhram Gündüz Abbasov — Rasim Giuli Çoxonelidze — Fuad Sona Aslanova — Aşxen Nikolay Barmin — Barışev Nikolay Volkov — Lars Dmitri Orlov — Kurts Yuri Averin — Park Lev Qruber — Lem Osman Həqqi — Musa Nodar Şaşıqoğlu — Mehdi Hüseynzadə Səfurə İbrahimova — Asya Mixail Şveytser — Rus zabiti == Filmi səsləndirənlər == Müxlis Cənizadə — Rasim (Gündüz Abbasov) (titrlərdə yoxdur) Əli Zeynalov — Fuad (Giuli Çoxonelidze) (titrlərdə yoxdur) Hökümə Qurbanova — Sara (Rimma Məmmədova) (titrlərdə yoxdur) Kamil Qubuşov — Bəhram (Ağadadaş Qurbanov) (titrlərdə yoxdur) Hökümə Qasımova — Aşxen (Sona Aslanova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Lars (Nikolay Volkov) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — Kurts (Dmitri Orlov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Park (Yuri Averin) (titrlərdə yoxdur) Bahadur Əliyev — Musa (Osman Həqqi) (titrlərdə yoxdur) Əzizağa Qasımov — Ofisiant (Qafar Həqqi) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Rus zabiti (Mixail Şveytser) (titrlərdə yoxdur) Barat Şəkinskaya - Asya (Səfurə İbrahimova)(titrlərdə yoxdur) Əlizaman Qasımov - Mehdi Hüseynzadə (Nodar Şaşıqoğlu)(titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Rəşid Behbudov (küçə)
Rəşid Behbudov Rəşid Behbudov (gəmi) Rəşid Behbudov küçəsi (Bakı) — Bakının Səbail və Nəsimi rayonlarında küçə. Rəşid Behbudov küçəsi (Gəncə) — Gəncə şəhərində küçə. Rəşid Behbudov küçəsi (Sumqayıt) — Sumqayıt şəhərində küçə.
Bizim küçə (film, 1961)
Bizim küçə tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1961-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramda müharibədə itkin düşmüş bir qızın-Saranın acı taleyindən bəhs olunur. Əsas rolları Rimma Məmmədova, Ətayə Əliyeva, Ağadadaş Qurbanov, Gündüz Abbasov və Giuli Çoxonelidze ifa edirlər. == Məzmun == Lirik-psixoloji dramda müharibədə itkin düşmüş bir qızın-Saranın (Rimma Məmmədova) acı taleyindən, qürbətdə başına gələn macəralardan, uzun axtarışlardan sonra xoş bir təsadüf nəticəsində anasına (Ətayə Əliyeva) qovuşmasından bəhs olunur. == Rollarda == Rimma Məmmədova — Sara Ətayə Əliyeva — Bəyim Ağadadaş Qurbanov — Bəhram Gündüz Abbasov — Rasim Giuli Çoxonelidze — Fuad Sona Aslanova — Aşxen Nikolay Barmin — Barışev Nikolay Volkov — Lars Dmitri Orlov — Kurts Yuri Averin — Park Lev Qruber — Lem Osman Həqqi — Musa Nodar Şaşıqoğlu — Mehdi Hüseynzadə Səfurə İbrahimova — Asya Mixail Şveytser — Rus zabiti == Filmi səsləndirənlər == Müxlis Cənizadə — Rasim (Gündüz Abbasov) (titrlərdə yoxdur) Əli Zeynalov — Fuad (Giuli Çoxonelidze) (titrlərdə yoxdur) Hökümə Qurbanova — Sara (Rimma Məmmədova) (titrlərdə yoxdur) Kamil Qubuşov — Bəhram (Ağadadaş Qurbanov) (titrlərdə yoxdur) Hökümə Qasımova — Aşxen (Sona Aslanova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Lars (Nikolay Volkov) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — Kurts (Dmitri Orlov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Park (Yuri Averin) (titrlərdə yoxdur) Bahadur Əliyev — Musa (Osman Həqqi) (titrlərdə yoxdur) Əzizağa Qasımov — Ofisiant (Qafar Həqqi) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Rus zabiti (Mixail Şveytser) (titrlərdə yoxdur) Barat Şəkinskaya - Asya (Səfurə İbrahimova)(titrlərdə yoxdur) Əlizaman Qasımov - Mehdi Hüseynzadə (Nodar Şaşıqoğlu)(titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Cənubi Koreyada küçə yeməkləri
== Cənubi Koreyada küçə yeməkləri == Cənubi Koreya küçə yeməkləri ilə məşhurdur. Bununla Yaponiyadan çox fərqlənir. Yaponiyada küçədə satıcılarla qarşılaşmaq çox çətindir amma Koreyada sırf küçədə satıcılardan alınıb yeyilən yeyəcəklər vardır. Üç tip küçə yeməkləri satan yerlər vardır. Birincisi, çadır şəklində yerlərdir. Burada eyni zamanda axşamlar içki içmək istəyənlərin də məkanıdır. İkincisi, səyyar maşınlarında satanlar. Üçüncüsü isə milli market və ya restoranlardır. Cənubi Koreyada insanlar küçə yeməklərinə çox böyük maraq göstərirlər. Əslində Coson krallığı dövründə kralların yedikləri doqboqqi və sunde kimi yeməklər hal-hazırda Koreya küçələrində daha ucuz əldə edib yemək mümkündür.
Küçə döyüşçüsü (film, 1994)
Küçə döyüşçüsü (ing. Street Fighter) — 1994-cü ildə Stiven E. de Suza tərəfindən çəkilən filmdir. Bu film Street Fighter 2 video oyunu əsasında hazırlanmışdır. == Xarici keçidlər == Küçə döyüşçüsü — Internet Movie Database saytında.
Yaşıl küçə (film, 2005)
Yaşıl küçə İngiltərədə baş verən futbol xuliqanizmi ilə əlaqədar 2005-ci il filmi. Rejissoru Leksi Aleksandr olan filmin baş rollarında Eliya Vud və Çarli Hunam iştirak edir. Film Avstraliya, Amerika Birləşmiş Ştatları və Cənubi Afrikada, həmçinin Azərbaycanda "Yaşıl Küçə Xuliqanları" kimi adlandırılır. Digər ölkələrdə isə "Futbol Xuliqanları" və ya sadəcə "Xuliqanlar" kimi adlandırılır. Filmin mövzusu bir oğlanın Harvard Universitetindən qovulması ilə başlayır. O, daha sonra İngiltərəyə, bacısının yanına gəlir və kürəkəninin qardaşı ilə tanış olduqdan sonra özünü futbol xuliqanizminin içində görür.
20 Yanvar küçəsi
20 Yanvar küçəsi (Horadiz)
28 May küçəsi
28 May küçəsi (Bakı)
28 May küçəsi (Bakı)
28 May küçəsi — Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən bir istiqamətli küçə. Küçə öz başlanğıcını indiki Bülbül prospektindən (keçmiş Kirov prospekti) götürür və indiki Yusif Səfərov küçəsində isə tamamlanır. Küçənin uzunluğu 1.5 km-dir.
Abbas Mirzə Şərifzadə küçəsi
Abbas Mirzə Şərifzadə küçəsi — Bakı şəhərinin Yasamal rayonunda küçə. Küçə məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru Abbas Mirzə Şərifzadənin adını daşıyır. Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinə kimi uzanır. == Haqqında == Abbas Mirzə Şərifzadə küçəsi "Azərbaycan" nəşriyyatının sol cinahından başlayıb, Mətbuat prospekti və Həsən bəy Zərdabi küçəsinə paralel Respublika Kliniki Xəstəxanasına qədər uzanır. Yenidən qurulduqdan sonra eninə, hərəkət zolaqlarının sayına görə adı çəkilən prospektləri üstələyir, uzunluğu isə onların ikisi qədərdir. == Kəsişdiyi küçələr == Abbas Mirzə Şərifzadə küçəsi Mətbuat prospektindən başlayır və Müzəffər Həsənov küçəsi ilə kəsişmədə bitir. İsfəndiyar Zülalov küçəsi İsmayıl Mürsəgülov küçəsi Yaşar Abdullayev küçəsi Mirzə Mehdiyev küçəsi Nazim Hikmət küçəsi 6-cı Salaxani küçəsi 7-ci Salaxani küçəsi Akim Abbasov küçəsi Kamal Rəhimov küçəsi Əsəd Əhmədov küçəsi Həmidov küçəsi Məhəmməd Xiyabani küçəsi Heydər Hüseynov küçəsi == Mühüm ünvanlar == № 10 — Azad Azərbaycan TV № ? — AMEA Fiziologiya İnstitutu № 20 — Kaktus restoranı № 39 — ASAN xidmətin 3 saylı mərkəzi № 138 — CONNECT TV № 154a — "Bizim Market" № 158 — "Metro ticarət" № ? — Günəş petrol № 196 — Akademik M.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzi № 202 — "Zəngin süfrə" restoranı № 203 — Capsella pərdə-tül mərkəzi № 204 — 2 nömrəli Bakı Baza Tibb Kolleci № ? — AZPETROL № 241 — İctimai Televiziya № ?
Abbas Mirzə Şərifzadə küçəsi (Bakı)

Abovyan küçəsi (İrəvan)
Abovyan küçəsi (erm. Աբովյան փողոց) — İrəvan şəhərinin mərkəzində, Redoublika meydanından Aleksadra Myasnikyan prospektinə qədər uzanan küçə. == Tarixi == İrəvan şəhərinin ən qədim küçələrindən biridir. 1924-cü il Aleksadr Oqanoseviç Tamanyanın hazırladığı şəhərin baş planında toxunulmaz olaraq qalan küçə olmuşdur. Küçə 1920-ci ildə görkəmli erməni şairi Xaçatur Avetikoviç Abovyanın şərəfinə adlandırılmışdır. Adının dəyişdirilməsinə qədər Astafev küçəsi adlanırdı (1868-1920). Küçə İrəvan qubernatoru Mixail İvanoviç Astafevin şərəfinə adlandırılmışdır (1860—1869). 1868-ci ilə qədər isə Qala küçəsi adlanırdı. == Görməli yerləri == Xaçatur Averikoviç Abovyan abidəsi (1950, heykəltaraş Suren Stepanyan) Avetik Saakoviç İsaakyan abidəsi Karabal abidəsi (1991, heykəltaraş Levon Tokmacyan) 19 əsr qapıları binası == Karabal haqqında əfsanə == 1930-cu illərdə tanınmış Karabal gününün böyük bir qismini bu küçədə keçirir və yaxınlıqdan keçən qızlara gül hədiyyə edirdi. == Məşhur sakinləri == Rəssam Stepan Məliksetoviç Ağacanyan (ev 42, memorial lövhə) Ermənistan SSR xalq artisti Arev Qriqorevna Bağdasaryan (ev 21, memorial lövhə) Tarixçi və linqvist Qriqori Ayvazoviç Kapanyan (ev 32, memorial lövhə) Rusiyanın alim-həkimi Serafimoviç Keçek Ambarsum (ev 32, memorial lövhə) Kinorejisor və aktyor Amasi Petroviç Martirosyan (ev 31, memorial lövhə) SSRİ xalq artisti Metaksiya Miqranovna Simoyan (ev 20, memorial lövhə) Ermənistanın birinci katibi Ağası Qevondoviç Xancyan (ev 8, memorial lövhə) == İstinadlar == == Mənbə == İrəvan.
Almas İldırım küçəsi
Almas İldırım küçəsi — Bakı küçələrindən biri. == Tarixi == Bu küçə bütün şəhər üçün həyati əhəmiyyətə malik olduqdan sonra, içməli quyular alındı. Onun ilk adı - Vodovoznaya. "Mitrofanov evi" olaraq bilinən ev bu küçədə idi və Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə burda Fransa diplomatik nümayəndəliyi var idi. Daha sonra küçəyə Ağamalı oğlu adı verildi. Tezliklə Şirşov adına layiq görülmüşdür. İndi bu küçənin adı Almas İldırımdır.
Ambarsum Məlikovun evi (İslam Səfərli küçəsi)
Ambarsum Məlikovun evi — Bakı şəhərində, İ. Səfərli 13, S. Tağızadə 121 və Tolstoy 136 küçələrinin kəsişməsində yerləşən tarixi malikanədir. Bina 1900-cü ildə Vartan Sarkisovun layihəsi əsasında neobarokko üslubunda inşa edilmişdir. == Tarixi == === İnşası === Bina 1900-cü ildə, XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakı və Tiflisdə fəaliyyət göstərmiş sənayeçi Ambarsum Məlikovun sifarişi ilə memar Vartan Sarkisovun layihəsi əsasında inşa edilmişdir. === Sonrakı istifadəsi === Əvvəllər yaşayış binası kimi istifadə olunmuş binada 1922-ci ildən Azərbaycanın ən qədim kütləvi kitabxanası olan Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası yerləşdirilmişdir. Kitabxana 1919-cu ilin mart ayında, Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı tərəfindən əsası qoyulmuş "Xəzər sahili istehlak cəmiyyəti" adlı təşkilatın təşəbbüsü ilə yaradılmışdır. Azərbaycan qadınlarını geniş sürətdə kitabxanaya cəlb etmək üçün fəaliyyətə başladığı dövrdən kitabxana "Oxucu qadınlar dərnəyi" təşkil etmişdir. 1922-ci ildə Sabirin vəfatının on illiyi ilə əlaqədar olaraq kitabxanaya onun adı verilmiş və həmin ildən kitabxana Məlikovların malikanəsində yerləşdirilmişdir. == Memarlıq xüsusiyyətləri == Məlikovun iki mərtəbəli yaşayış evi forştadtın tarixi məhəllələrinin memarlıq-planlaşdırma həllinin mühüm elementlərindən biridir. Bu evdə tikilinin estetik keyfiyyəti üçün böyük əhəmiyyət kəsb edən yeni tikinti materialı olan qırmızı tökmə kərpiclə order sisteminin zəngin plastikasından uğurla istifadə edilmişdir. Əsas fasad rizalit sistemli daş formanın arxitektur kütlələrin ifadəsinin inkişaf etmiş impulsunu verən xüsusi kompozisiya üsulları ilə fərqlənir.
Aram küçəsi (İrəvan)
Aram küçəsi (erm. Արամի փողոց) — İrəvan şəhərinin mərkəzi hisdəsində yerləşən küçə. Küçə Birinci Ermənistan Respublikasının siyasi liderlərindən biri olmuş Aram Manukyanın şərəfinə adlandırılmışdır. O, 1918–1919-cu illərdə ölkənin daxili işlər, əmək və təhsil naziri vəzihələrini daşımışdır. == Maraqlı faktlar == Aram küçəsi Xancyan küçəsindən başlayır. Bu başlanğın İrəvanın ən böyü bazarı olan Vernisajın önündən baş verir. Küçənin sonucu isə Ermənusysnın baş poçt idarəsi qarşısında bitir. Ermənistan Rusiya imperiyası tərkibində olduğu zaman küçə Çarskaya adını daşıyırdı. İrəvanın ən qədim küçələrindən biridir. Üstəlik sovetlər dönəmindən öncəyə aid barmaqla sayııacaq küçəsində biridir.
Arxa küçələr (teleserial, 2006)
Arxa küçәlәr (türk. Arka Sokaklar) — 2006-cı ildən Kanal D-də ekranlara gələn polis, dram, döyüş növündə, Türkiyənin ən uzun müddət (18 mövsüm) yayımlanan televiziya serialıdır. === Qısa məlumat === Ölkə: Türkiyə Rejissor: Orhan Oğuz Prodüser: Ali Cengiz Deveci Ssenari: Ozan Yurdakul, Sinan Yurdakul Koordinator: Yılmaz Ekmekçi Bölüm sayı: 639 Çəkildiyi müddət: 2006 - günümüz Vəziyyəti: yayımda Müddəti: 135-145 dəqiqə arası Yayımlandığı telekanal: Kanal D, Max Smart (təkrar bölümləri)Tv 2 == Məzmun == Serial İstanbul Polis Qərargahında özəl bir komandada çalışan polislərin ailə həyatları və İstanbul küçələrindəki macəralarından bəhs edir. Komanda vəzifələri boyunca daim fərqli və müxtəlif insan hekayələri ilə qarşılaşır.
Asəf Zeynallı küçəsi
Asəf Zeynallı küçəsi — Bakıda, İçərişəhər tarixi rayonunda, Qala küçəsindən Kiçik Qala küçəsinə qədər olan küçə. Şəhərin əsas turizm marşrutlarından biridir. == Tarixi == Bəstəkar Asəf Zeynallı (1909-1932) adına layiq görülmüşdür. Şəhərin ən qədim küçələrindən biridir. 1939-cu ilə qədər Böyük Minarə çağırıldı. Sovet dövründə küçənin görməli yerlərindən biri məşhur "Kabab Mamedali" idi. == Tikili == 11 - "Abşeron" qalereyası 18 - Seyid Yəhya Murtuza məscidi (17-ci əsrin əvvəllərində) 25 - Şeyx İbrahim məscidi (XV əsrin əvvəllərində) 39 - Baba Kuhi Bakuvi məscidi 45 - Qəni Məmmədovun evi (1908) 49 - Cümə məscidi 53 - "Ləzgi" məscidi (Aşura məscidi) 63a - Mədrəsə Məscidi 65 - "İçərişəhər" ehtiyatı 67 - Hacı Qayıb hamamı == Görməli yerlər == Mirzə Şəfi küçəsi ilə küçə küncündə köhnə Bakı peşələrindən birinin nümayəndələrinə (yamacın çirklənməsinə əsaslanan xüsusi materiallar olan evlərin damlarının örtülməsi ustaları) bir abidə quraşdırılıb. Quruluşun müəllifi, sənətçi Niyaz Nəcəfov bir dəfə şəhərin peşəsinin itməsi xatırlatmaq istəmişdir, bu da çox vacib idi. Quraşdırmanın müəllifinə görə, evin damında olan işçi tərəfə tərəfi iplə qaynar qoşa vermək üçün gözləyir. == Yüksək səviyyəli qonaqlar == Rusiya prezidenti Vladimir Putin (14.08.2013) == Küçə kinoda == == Mənbə == Какую тайну таят в себе улицы Ичеришехер?
Asəf Zeynallı küçəsi (Bakı)

Azadlıq küçəsi (Taqanroq)
Petrovskaya küçəsi (rus. Улица Свободы) — Taqanroq şəhərində yerləşən küçə. Taqanroqun İnstrumental və Transport küçələri arasında yerləşir. Küçənin uzunluğu 2120 metr təşkil edir. Küçələrin nömrələnməsi İnstrumental küçəsindən başlayır. == Coğrafiyası == == Tarixi == Küçənin hazlr ki, adı 1957-ci ildə verilmişdir. Ona qədər küçə Sovet İttifaqı qəhrəmanı, qütb təyyarəçisi Vasili Serqeeviç Molokovun şərəfinə Molokov küçəsi adlandırılmışdı. Hazırda şəhərdə aparılan planlı tədbirlər sayəsində Azadlıq küçəsi bir xəttli olmuşdur. 1 avqust 2009-cu ildə İnstrumental küçəsindən Kolxoznu xiyabanına hərəkətin bir xətli olması barədə qərar qəbul edilmuşdir. == Küçədə yerləşir == Azadlıq küçəsi, ev 10 - Dmitri adına Taqanroq mədəni və texnika sarayı (hazırda «„Primorski“» Sosial-mədəni mərkəzi).
Aşağı Küçəli
Aşağı Küçəli (fars. كوچلوي سفلي‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Aşağı Küçəli (Şot)
Aşağı Küçəli (fars. كوچلوي سفلي‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Aşağı Küçəli (Şövt)
Aşağı Küçəli (fars. كوچلوي سفلي‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Aşıq Ələsgər küçəsi (Bakı)
Aşıq Ələsgər küçəsi — Bakı şəhərinin Xətai rayonunda küçə. Küçə Azərbaycanın ustad aşığı Aşıq Ələsgərin adını daşıyır. == Haqqında == Küçə 2015-ci ildə əsaslı təmir olunmuşdur. == Kəsişdiyi küçələr == Aşıq Ələsgər küçəsi Ukrayna dairəsi ilə kəsişir. Seyid Mirhəsən ağa küçəsi Rahib Məmmədov küçəsi == Mühüm ünvanlar == № 1A — İstək İbtidai Beynəlxalq məktəbi № 2A — Pluton şadlıq sarayı № 17 — Şərq-Qərb nəşriyyatı № ?
Bakı küçələrinin köhnə və yeni adları
Aşağıdakı siyahıda Bakının köhnə küçələrinin adları, onların necə dəyişməsi və ən nəhayət, hal-hazırkı adları qeyd edilmişdir. Belə ki, "1" - ... - "2" siyahısında "2" hal-hazırkı adı göstərir. == 1—9 == 1-ci Alatava — Müzəffər Həsənov 2-ci Alatava — Heydər Hüseynov 3-cü Alatava — Şeyx Məhəmməd Xiyabani 4-cü Alatava — General Məmmədşərif Həmidov 5-ci Alatava — Talıblı — Əsəd Əhmədov 6-cı Alatava — Nazim Hacıyev II Aleksandr sahili — Petrovski nab. — Sahil (Naberejnı) — Stalin prospekti — Neftçilər prospekti 3-cü Aşırım — Cəlil Məmmədquluzadə 4-cü Aşırım — Azər və Natiq Novruzov qardaşları — Mahir Mirzəyev 5-ci Aşırım — akad. Mustafa bəy Topcubaşov 6-cı Aşırım — Sergey Vasilyev — Xan Şuşinski 7-ci Aşırım — Mağazinni — Osipyan — S. Rüstəm 8-ci Aşırım — Solntsev — akad. Mirəli Qaşqay 10-cu Aşırım — Fabritsius — Ceyhun bəy Hacıbəyli 11-ci Aşırım — Heydər xan Əmioğlu (Tarverdiyev) — Şəmsi Rəhimov 1-ci Bayıl — Krasin — Səbail — Qurban Abbasov 2-ci Bayıl — Xanlar — Süleyman Məlikov 3-cü Bayıl — Timçenko — Ələkbərov qardaşları 4-cü Bayıl — Popov — Aydın Məmmədov 5-ci Bayıl — Eyjen Berq (1965-ci ildən) — Əli Nəzmi 6-cı Bayıl — Həsən Rəhmanov 7-ci Bayıl — Bayıl 9-cu Bayıl — Mirzə Mustafayev 1-ci Cənub — Əli Heydərov 2-ci Cənub — Aleksey Çernyaevskiy 3-cü Cənub — İlqar Xəlilov 4-cü Cənub — Yanvar Nəsirov 1-ci Dağlıq — 26 Bakı komissarı — Hənifə Ələsgərov 2-ci Dağlıq — Mendeleyev — Qulu Quluyev 3-cü Dağlıq — İmran Qasımov 4-cü Dağlıq — akad. Mirqasımov 5-ci Dağlıq — Mirzoyan — Feyzulla Qasımzadə 6-cı Dağlıq — Abbas Səhhət 7-ci Dağlıq — Leninqrad prospekti — 1) Fətəli xan Xoyski, 2) Nəsib bəy Yusifbəyli 8-ci Dağlıq — Kasparov — Möhsün Sənani 9-cu Dağlıq — İnqilab — Akad. Həsən Əliyev 10-cu Dağlıq — Sabit Rəhman 11-ci Dağlıq — Məsud Əlizadə 12-ci Dağlıq — Yusif Vəzir Cəmənzəminli 13-cü Dağlıq — Oqtay Kərimov 14-cü Dağlıq — Teymur Əliyev — Məmməd Araz 15-ci Dağlıq — Əbdülvahab Salamzadə 16-cı Dağlıq — Hacı Murad 17-ci Dağlıq — Arsen Amiryan — Karl Marks — Ziya Bünyadov prospekti 18-ci Dağlıq — Səttar Bəhlulzadə 19-cu Dağlıq — Əcəmi Naxçıvani 20-ci Dağlıq — Cəfər Xəndan 23-cü Dağlıq — Süleyman Sani Axundov 1-ci Faytonçu — 1-ci Çapayev döngəsi (1946—93-cü illərdə) — Qurban Primov 2-ci Faytonçu — 2-ci Çapayev döngəsi (1946—93-cü illərdə) — Cavanşir Zeynalov 3-cü Faytonçu — 3-cü Çapayev döngəsi (1946—95-cü illərdə) — Fəxrəddin Əsədov 1-ci Xrebtovı — Tağı Şahbazi 2-ci Xrebtovı — Həmid Sultanov — İsmayıl bəy Qutqaşınlı 3-cü Xrebtovı — Bəhram Ağayev — Kazım Kazımzadə 4-cü Xrebtovı — Ələsgər Ələkbərov 5-ci Xrebtovı — Nərimanov prospekti — Məşədi Əzizbəyov prospekti — Parlament Prospekti + Hüseyn Cavid prospekti 6-cı Xrebtovı — Krılov — Süleyman Dadaşov + Əhməd Cəmil 7-ci Xrebtovı — Patris Lumumba — Zahid Xəlilov 8-ci Xrebtovı — Avakyan — İzzət Nəbiyev küçəsi + Mətbuat prospekti + Həsən bəy Zərdabi prospekti 9-cu Xrebtovı — Oktyabr — Mirzə Davud Hüseynov — Mirəli Seyidov 10-cu Xrebtovı — Abbas Mirzə Şərifzadə 11-ci Xrebtovı — Dadaş Bünyadzadə 12-ci Xrebtovı — Raqib Tağıyev 13-cü Xrebtovı — Ümid Əkbərov 1-ci Xrebtovı döngəsi — Ayna Sultanova 2-ci Xrebtovı döngəsi — Yeni Şors — Məmməd Rəhim 11-ci keçid — Pərviz və Fəridə Abbasova 1-ci Köndələn (keçmiş Oktyabr, indiki Yasamal rayonu) — Şevçenko — Əjdər Xanbabayev 2-ci Köndələn (keçmiş Oktyabr, indiki Yasamal rayonu) — Gəray Əsədov 3-cü Köndələn (keçmiş Oktyabr, indiki Yasamal rayonu) — Qafur Məmmədov — Cəfərov qardaşları 4-cü Köndələn (keçmiş Oktyabr, indiki Yasamal rayonu) — Məmməd Araz 5-ci Köndələn (keçmiş Oktyabr, indiki Yasamal rayonu) — Şirvanzadə — Seyfəddin Dağlı 2-ci Köndələn (Nərimanov rayonu) — Komsomolun 70 illiyi — Ələsgər Qayıbov 6-cı Köndələn (Nərimanov rayonu) — akad. Fərəməz Maqsudov 10-cu Köndələn (Nərimanov rayonu) — Milli Həmrəylik 8 mart — Eldar Tağızadə 1 may — 1) Dilarə Əliyeva, 2) Çingiz Mustafayev 1-ci Qanlıtəpə — 1-ci Sverdlov — Salatın Əsgərova 2-ci Qanlıtəpə — 2-ci Sverdlov — 1) Orconikidze — Adil Bünyadov 3-cü Qanlıtəpə — 3-cü Sverdlov — M. Qasımov — Sahib Zeynalov 4-cü Qanlıtəpə — 4-cü Sverdlov — Ruhulla Axundov 5-ci Qanlıtəpə — 5-ci Sverdlov — S. Əfəndiyev — Vladislav Plotnikov 6-cı Qanlıtəpə — 6-cı Sverdlov — 8 Mart — Eldar Tağızadə 7-ci Qanlıtəpə — 7-ci Sverdlov — Dobrolyubov — İzzət Həmidov 8-ci Qanlıtəpə — 8-ci Sverdlov — Dağıstan 10-cu Qanlıtəpə — 10-cu Sverdlov — Hüseynqulu Sarabski 11-ci Qanlıtəpə — 11-ci Sverdlov — Vəzirov 12-ci Qanlıtəpə — 12-ci Sverdlov — 2) Orconikidze — Mikayıl Rəfili 1-ci Qaraşəhər — Barinov — Yusif Səfərov 2-ci Qaraşəhər — Aleksandr Nikişin — Sergey Senyuşkin 3-cü Qaraşəhər — Yeremenko 4-cü Qaraşəhər — Rövşən Əliyev 5-ci Qaraşəhər — Qarasim Tağızadə — Fəzail Bayramov 6-cı Qaraşəhər — Natiq Əliyev 7-ci Qaraşəhər — Ayaz İsmayılov 9-cu Qaraşəhər — İzzət Orucova 10-cu Qaraşəhər — Komsomol — Nəcəfqulu Rəfiyev 12-ci Qaraşəhər — Xaqani Rüstəmov 1-ci Paralel — İskra — Əli bəy Hüseynzadə 2-ci Paralel — Bala Məcidov 3-cü Paralel — M. Əbilov 4-cü Paralel — Sübhi Salayev 5-ci Paralel — Qamaleya — Fuad İbrahimbəyov 6-cı Paralel — Bülbül — Məhəmməd Naxçıvani 7-ci Paralel — Bəsti Bağırova 3-cü Poperecni — 3-cü Köndələn-ə bax 1-ci Razyezdnoy — Möhsün Qədirli 2-ci Razyezdnoy — Dekabristlər — Dağlı Yunis 5-ci Sallaxana — Nazım Hikmət 7-ci Sallaxana — 7-ci Sallaxana + İsbəndiyar Zülalov 9-cu Sallaxana — Kamal Rəhimov 1-ci Sloboda — Rıleyev — Əliəşrəf Əlizadə 2-ci Sloboda — Çapayev — Təbriz prospekti 3-cü Sloboda — Klara Setkin — Balaəmi Dadaşov — Memar Ələsgər Hüseynov 4-cü Sloboda — Yəhya Bakuvi 5-ci Sloboda — Aşıq Alı 9 yanvar — Xaqani 2-ci Yasamal — Vasif Əliyev 4-cü Yasamal — Xaqan Dadaşov 5-ci Yasamal — Xıdır Mustafayev 5-cu Yeni Parallel — Haqverdiyev 1-ci Zavağzal — Zavağzal 2-ci Zavağzal — Anaşkin — Ülvi Bünyadzadə 3-cü Zavağzal — Qəzənfər Musabəyov — Nemət Quluyev 4-cü Zavağzal — Kazımzadə Abbasqulu 5-ci Zavağzal — Əliağa Vahid 7-ci Zavağzal — Vanilov — Tələt Şıxəliyev 8-ci Zavağzal — Dzerjinski — Əhməd bəy Ağaoğlu 9-cu Zavağzal — Uritski — Əbdüləzəl Dəmirçizadə 10-cu Zavağzal — Qədirbəyova 11-ci Zavağzal — Nəvai — Koroğlu Rəhimov 12-ci Zavağzal — Qafur Rəşad Rzazadə 13-cü Zavağzal — İzzəddin Həsənoğlu 14-cü Zavağzal — Levandovski — Aşıq Molla Cümə 15-ci Zavağzal — Sergey Nametkin — Mirzəbala Əhmədzadə 16-cı Zavağzal — Vəli Xuluflu — Faiq Yusifov 17-ci Zavağzal — Əliyar Əliyev 1-ci Zavod — Qaqarin — Afiyəddin Cəlilov 2-ci Zavod — Firuz Qəmbərov 3-cü Zavod — Sabit Orucov 4-cü Zavod — Əsədulla Axundov — Mehdi Mehdizadə 5-ci Zavod — Telnov — Xocalı 6-cı Zavod — Süleyman Vəzirov 9-cu Zavod — Kamandar Əhmədov 10-cu Zavod — Ələddin Quliyev == A == Ağ şəhər prospekti — Fəhlə prospekti — Nobel prospekti — 8 Noyabr 1) Ağamalıoğlu — Müqtədir — Səid Rüstəmov 2) Ağamalıoğlu — Rostropoviçlər Axundov Əsədulla — Mehdi Mehdizadə Anaşkin — Ülvi Bünyadzadə Armyanski — Qorki — Mirzə İbrahimov Aşağı Çəmbərəkənd — Saraykin — BMT-nin 50 illiyi Aşağı Dağlıq — Zülfü Adıgözəlov Aşağı Məzarlıq — Park — Mehdi Hüseyn Aşağı Priyut — Kamo — Süleyman Rəhimov Aşağı Təzəpir — Mirzə Fətəli (Azad) Azərbaycan qadını — Mirzəağa Əliyev Aziatski — Montin — Əlövsət Quliyev == B == Balaxana şosesi — Moskva prospekti — Xətai prospekti Balaxana — Basin — Füzuli Baryatinski — Fioletov— Əbdülkərim Əlizadə Bazarnaya — Hüsü Hacıyev — Azərbaycan prospekti Beqlyarovski//Bəylərovski — Firdovsi Beloqorodski prospekti — Ağ şəhər prospektinə bax Birja — Azadlıq — Üzeyir bəy Hacıbəyli Bolşoy Bulvarnı — Böyük Bulvar-a bax İrəvan — Vaqif Bolşoy Krepostnoy — Böyük Qala-ya bax Bolşoy Minaretski — Böyük Minarə-yə bax Bolşaya Morskaya — Böyük Dəniz-ə bax Bolşoy Salyanski — Böyük Salyan-a bax Bondarnı — Dimitrov — Şəmsi Bədəlbəyli Böyük Bulvar — İrəvan — Vaqif (Böyük) Çəmbərəkənd — Çəmbərəkənd-ə bax Böyük Dəniz — Kirov — Bülbül prospekti Böyük Qala — adı dəyişilməyib Böyük Minarə — Asəf Zeynallı Böyük Salyan — Mikayıl Müşfiq Budaqov — Kaspiyski — Leytenant Şmidt — Rəşid Behbudov küçəsi Buxara — Gertsen — Vəli Məmmədov Buxarski — Buxara-ya bax Gertsen — Vəli Məmmədov Buynak — Şeyx Şamil Bülbül — Məhəmməd Naxçıvani == C == Camaşırxana — 1) Qoqol, 2) Mərdanov qardaşları == Ç == Çapayev — Təbriz prospekti Çapayev küçəsi 1-ci zolaq (1946—93-cü illərdə) — Qurban Primov Çapayev küçəsi 2-ci zolaq (1946—93-cü illərdə) — Cavanşir Zeynalov Çapayev küçəsi 3-cü zolaq (1946—95-cü illərdə) — Fəxrəddin Əsədov Çaparidze — Məhəmmədəmin Rəsulzadə Çadrovı — Azad Azərbaycan qadını — Mirzəağa Əliyev Çəmbərəkənd — Lermontov Çiçerin — Yusif bəy İbrahimli Çkalov — Niyazi — Şövkət Ələkbərova == D == Dar kücə — Poçtovaya — Ostrovski — Süleyman Tağızadə Darvin — Bəhruz Nuriyev Dekabristlər — Dağlı Yunis Dəvəçi — Sereteli Dimitrov — Şəmsi Bədəlbəyli Diviçinski — Dəvəçi-yə bax Dobrolyubov — İzzət Həmidov Doktor — Adil Babayev Dvortsovı — Müslüm Maqomayev Dzerjinski — Əhməd bəy Ağaoğlu == E == Engels — Məhəmmədyusif Cəfərov — Cəfərov qardaşları == Ə == S. Əfəndiyev — Vladislav Plotnikov Əli Bayramov — Təbriz Xəlil Rza oğlu Əyri kücə — Kolomiytsev — ?
Bakı küçələrinin köhnə və yeni adlarının siyahısı

Bakı küçəsi
Bakı küçəsi (Moskva) — Moskva şəhərində yerləşən küçə. Bakı küçəsi (Minsk) — Minsk şəhərində yerləşən küçə. Bakı küçəsi (Tbilisi) — Tbilisi şəhərində yerləşən küçə. Bakı küçəsi (Soçi) — Soçi şəhərində yerləşən küçə. Bakı küçəsi (Kiyev) — Kiyev şəhərində yerləşən küçə.
Bakı küçəsi (Tbilisi)
Bakı küçəsi (gürc. ბაქოს ქუჩა) — Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən küçə. Küçənin uzunluğu təxminən 250 metrdir. David Aqmaşenebeli prospekti ilə Mixail Tsinamdzqvrişvili küçəsi arasında yerləşir. Küçədə bir neçə tarixi abidə yerləşir. == Tarixi == XIX əsrin sonunda küçənin rayonunun yerində bağçalar yerləşirdi. Küçə XX əsrin əvvəllərində salınıb.Küçə şəhərin memarlıq siması üçün əhəmiyyət kəsb etdiyindən, 2005-ci ildən avtomobil hərəkəti üçün bağlanıb.
Bakı şəhəri küçələrinin siyahısı
== A ==

Digər lüğətlərdə

беле́ние бузотёр кишла́чный обжига́ла подчека́нить шлемови́дный выклёвываться злопа́мятный amulet attaché case Caucasia chirography clammer folium impartially on-again off-again self-enrichment serial marriage Sikkim singleton Toledo blade water-jet икаться печатание решимость