Kəşfiyat quyusu

faydalı qazıntıların kəşfi, həmçinin süxurların xüsusiyətlərini və yataq laylarının xarakterini öyrənmək üçün qazılan quyu.
Kəşfiyat
Kimya və neft maşınqayırması
OBASTAN VİKİ
Karst quyusu
Karst quyusu-(rus. карстовый колодец , ing. karst pit) karst vilayətlərində qapalı çökək-liklərin bir tipi. Adətən dairəvi, düzgün olmayan silindr, yaxud çat formasında olur (dərinliyi 20–60 m, eni 5–10 m). Yeraltı suların həlletmə fəaliyyəti nəticəsində yeraltı karst boşluğunun tağının uçması sayəsində əmələ gəlir, yaxud hazırda inkişafda olmayan boşluq formasında olur.
Taxıl quyusu
Taxıl quyusu ən çox dağ kəndlərində, qismən də dağətəyi kəndlərdə geniş yayılmışdı. Taxılı nəmdən qorumaq üçün quyunun döşəməsinə ot-alaf, saman tökməkdən əlavə, bəzən divarlarına çətən və ya həsir çəkirdilər. Sucaq ərazilərdə taxıl quyusu qazmaq əl vermirdi. Belə quyuda ancaq boyaq bitkisinin kökünü saxlayırdılar. Çünki boyaq kökü çox quruyanda özünün boyaq keyfiyyətini xeyli itirirdi. Boyaq bitkisi əkinləri tənəzzülə uğrayandan sonra boyaq quyusu da aradan çıxmışdır.
Bərəhut quyusu
Bərəhut və ya Bir-Bərhut – Yəmənin Hədramaut əyalətində yerləşən barəsində cinlərin sakin olduğu əfsanələrin dolaşdığı dərin quyu. Quyunun dərinliyi 112 metrdir və onun daxili ərazisi 700 kvadrat metrdən çoxdur. Yerli əhalinin və bəzi ilahiyyatçıların fikrinə görə bu quyu dini hədislərdə keçən həmin Bərəhut quyusudur. == Tarixi == Dini mənbələrdə deyilir: Məhəmməd Peyğəmbər (s) buyurub: "Yer üzərində ən yaxşı su — Zəmzəm və ən pis su — Bərəhut suyudur ki, Həzərmut səhrasında yerləşir. Kafirlərin ruhları, misal bədənləri ilə ora köçürülərlər".
Kola dərin quyusu
Kola dərin quyusu (rus. Кольская сверхглубокая скважина) — dünyada ən dərin quyu olub elmi əhəmiyyət kəsb edir. SSRİ-də son dərəcə dərin quyular sisteminin bir hissəsi olmuşdur. Nikel qəsəbəsindən 15 km şərqdə və Zapolyarnıy şəhərindən 12 km qərbdə yerləşir. 1997-ci ildə o, Ginnesin Rekordlar Kitabına yer qabığına ən dərin insan nüfuzetməsi kimi daxil edilmişdir və bu günə qədər də bu rekord qalmaqdadır. O, həmçinin Maersk Oil BD-04A neft quyusunun (12 290 m, Qətər) qazıldığı 2008-ci ilə qədər dünyanın ən uzun quyusu olmuşdur. Hazırda isə, ən uzun quyu Saxalin şelfində neft hasilatı üçün qazılan Z-44 Çayvodur (Rusiya) - 15 km (rekord 2017-ci ildə müəyyən edilib). 1970-ci ildən 1991-ci ilə qədər fasilələrlə aparılan qazma işləri nəticəsində Kola quyusunun dərinliyi 12 262 metrə çatmışdır. Onun yuxarı hissəsinin diametri 92 sm, aşağı hissəsinin diametri 21,5 sm-dir. 1994-cü ildə bir sıra qəzalardan sonra quyu bağlanmışdır.
без ва́за вол лицеде́йка переве́рчиваться перегнива́ть реа́л ввоз забалова́ть закрыва́ть заку́пщик неслы́шимый ни́мфа осли́злый перехо́д раска́тистый расклёпка ультрарадика́льно флоти́лия дубас ферт embrown hoagy home-bound keloid