Fuad Köprülü
Mehmed Fuad Köprülü (5 dekabr 1890 və ya 4 dekabr 1890, Konstantinopol – 28 iyun 1966[…], İstanbul) — Türk siyasətçisi, tarixçisi, ədəbiyyatşünası, professoru
== Həyatı ==
Mehmed Fuad Köprülü (1890–1966) Azərbaycan ədəbiyyatının tədqiqinə 1918-ci ildən başlamışdı. O, 1925-ci ildə Bakıda keçirilən Türkoloji Qurultayda iştirak edib. İstanbul Universitetinin professoru olaraq hələ 20-ci illərin əvvəllərindən dünya şöhrətli Türkoloq kimi tanınan Köprülü ədəbiyyata sosioloji metod prizmasından baxır, ümumTürk ədəbiyyatını Osmanlı, Azərbaycan və Orta Asiya bölgələri üzrə öyrənməyi təklif edirdi. O, dil faktorunu əsas götürür, Azərbaycan ədəbiyyatını Həsənoğludan başlamağı təklif edir, farsca yazan şairləri bu ədəbiyyata "qəbul etmirdi". Türkiyədə Azərbaycan ədəbiyyatının tanıdılmasında Əhməd Zəki Vəlidi Toğan, Mühiddin Birgen, Əhməd Cəfəroğlu, Səlim Rəfiq Rəfioğlu, Əbdülbaqi Gölpınarlı, Məhərrəm Ergin, Hüseyn Baykara, Əbdülvahab Yurdsevər kimi onun da töhfələri vardır. Özəlliklə də Əhməd Cəfəroğlunun "Azərbaycan Yurd Bilgisi" dərgisi səhifələrində sistemli təqdimatlar yer aldığı ayrıca qeyd edildi. Yavuz Akpınara görə, bu dərgidə çox ciddi məqalələr tapmaq olar. Yavuz Akpinar qeyd etdi ki, bu gün Türkiyənin özündə bir ayrıca "Azərbaycan ədəbiyyatı" var. Bu, heç də siyasi mühacirlərin yaratdığı ədəbiyyatla məhdudlaşmır. Qars ətrafı bölgələrdə "ikinci" bir Azərbaycan ədəbiyyatı, ağız ədəbiyyatı mövcuddur.