Kızılırmak
Qızılirmaq (türk. Qızılirmaq), əvvəllər Halis — başlanğıcını Türkiyənin Şərqi Anadolu bölgəsindən götürür və Qara dənizə tökülən çaydır.
Qızılirmaq çayı başlanğıcını Anadolunun şərqində yerləşən Sivas vilayətindəki Qızıldağın cənub yamaclarından, 2000 metr yüksəklikdən götürür. Sivas, Kayseri, Nevşehir, Kırşehir (110 km), Kırıkkale, Ankara, Çankırı (30 km), Çorum (182 km) və Samsun vilayətlərindən keçib Bafra boğazında Qara dənizə tökülür.
1355 km. Uzunluğu (841 mil) ilə Türkiyənin öz sərhədlərində başlayan və sərhədləri daxilində dənizə axan ən uzun çayıdır.
Sivas, Kayseri, Nevşəhər, Kırşəhər, Kırıkkale, Ankara, Çanqırı, Çorum, Sinop və Samsun illərindən keçən Qızılirmaq, Delice irmağı, Devrez və Gökırmak kimi bir çox çayların sularını toplayır və böyük bir döngə çəkərək Bafra burnundan Qara dənizə tökülür.
Qızılirmaq Qara dənizə töküldüyü ərazi də daxil olmaqla 56.000 hektar deltası ilə Türkiyənin ən əhəmiyyətli bataqlıq ərazilərindən biridir.
Çay üzərində tikilmiş 12 bənd və su-elektrik stansiyası ilə ölkənin enerji istehsalında mühüm yer tutur və keçdiyi vilayətlərdə kənd təsərrüfatı sahələrinin suvarma fəaliyyətində çayın suyundan istifadə olunur.
== Hövzəsi ==
Çay Mərkəzi Anadolunun ən şərq nöqtəsi olan Sivas ilinin İmranlı ilçəsindəki Kızıldağın cənub yamaclarından, təxminən 39,8° Şimal və 38,8° Şərqdə başlayır, əvvəlcə qərbdən və cənub-qərbdən 38,7° Şimaldan 34,8° Şərqə axır, sonra qövs əmələ gətirir.