KƏDƏR

is. [ ər. ] Qəm, qüssə, dərd, ruhi iztirab.
[Maral:] Uff, bəxtiyarlıq içində ölmək, kədərlər, üzüntülər içində yaşamaqdan min qat xeyirli imiş… H.Cavid.
Neçəsində fərəhim var; Neçəsində kədərim var. B.Vahabzadə.
Səmədin ürəyini sonsuz bir kədər və ümidsizlik doldurdu. İ.Hüseynov.

// Kədərlə şəklində zərf – qəmli, qüssəli, dərdli. Kədərlə başını aşağı dikmək. Kədərlə cavab vermək.
– Azərbaycanda sevinc və şadlığa səbəb olan bu xəbər Həmədanda böyük bir kin və kədərlə qarşılandı. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏDƏR kədər bax qəm
  • KƏDƏR qüssə — qəm — dərd — bəla

Antonimlər (əks mənalı sözlər)

  • KƏDƏR KƏDƏR – SEVİNC Həm sevinc, həm kədər tutdu məclisi; İlk dəfə şair tək xəyala vardım (H.Hüseynzadə)

Etimologiya

  • KƏDƏR Ərəb mənşəlidir, “qəm” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
KƏCRƏFTAR
KƏDƏRAVƏR

Digər lüğətlərdə