1. Söz.
Qurban mollanın ağzından çıxan kəlmələri yeyəcəkmiş kimi … onu dinləyirdi.
[Səfərəli:] Bizim İstanbulda böylə kəlmələr işlənməz.
[Fərman müəlliminin] …dediklərini mənimsər və rusca hələ zəif bilməsinə baxmayaraq, kəlmələri bir-birinə quraşdıraraq sualı sual dalınca verərdi.
□ Kəlmə(si)-kəlməsinə – bax kəlməbəkəlmə. Kəlməkəlməsinə xəbər vermək.
// İfadə, ibarə.
2. Saylarla: bir, iki, üç və i. a.
kəlmə – bir neçə söz, az söz, qısaca.
Mehriban iki kəlmə ilə yenə içə bilməyəcəyini və içmək istəmədiyini bildirdi.
[Qəhrəman:] Bu iki gündə nə ev sahibi xanım ilə, nə də qulluqçu ilə bir kəlmə danışmaq ehtiyacımız olmadı.
[Xalıq:] Bəli, mənəm, dayan, səninlə iki kəlmə sözüm var.
3. Kəlmə və ya kəlmeyi-şəhadət din. – müsəlmanlığın əsas rəmzi olan “lailahə illəllah, Məhəmmədün-rəsullüllah” ifadəsi (islam dininə görə hər bir müsəlman yatmazdan qabaq və ya ölərkən və yaxud başqa hallarda bu ibarəni söyləməklə müsəlman olduğunu göstərir).
Sirat, sual qabaqdadı, nə damaqdı dünyada; Kəlmeyi-şəhadət lazımdı ölən vaxtı dünyada.
[Arvad:] Ay kişi, …səni görüm öləndə dilin kəlməyə gəlməsin, sən bəyəm qoyursan ki, mən bilim nə iş görürəm?
◊ Kəlmeyi-şəhadətini demək (oxumaq, söyləmək, yada salmaq, dilinə gətirmək) – ölümünü gözü qabağına almaq, ölməyə hazırlaşmaq.
Uzaqdan diqqət edirsən ki, görüm, əgər [atlıların] başında papaq var, kəlmeyi-şəhadətimi oxuyum.
Bu sözləri xatırına gətirib Molla Tanrıverdi başladı … kəlmeyi-şəhadətini oxumağa.
Kəlmə kəsmək – danışmaq.
Maral bir daha Cuma ilə kəlmə kəsməyib getdi.
Hesabını başa düşən Qarakişi daha bir kəlmə də kəsmədi.
[Rəşid:] …Ancaq ömrümdə görməmişdim ki, Qara Canbalayev, ya da Gövhər xanım mənimlə kəlmə kəssin.
Kəlmə verib kəlmə almaq – bax kəlmə kəsmək.
[Qoca qarı:] Mən gəlin gedəndə ondan da kiçik idim, qaynanamla kəlmə verib kəlmə alanda üzüm qızarardı.