1. Budka şəklində kiçik otaq. Səsvermə kabinəsi. Pilot kabinəsi. Yük maşınının kabinəsi. Telefon kabinəsi.
– Endi qəhrəmanım səmadan yerə; Çıxdı kabinədən, daldı göylərə.
Mədəd zor-güc Gülşəni kabinədə oturtdu.
2. bax kabinet 2-ci mənada.
Nazir onları öz kabinəsində qəbul etdi.
Səhnədə müstəntiqin kabinəsi qarşısındakı otaq göstərilir.
3. bax kabinet 6-cı mənada.
[Hacı Səməd xanın] yerinə Tehran kabinəsinin məsləhəti ilə müavini Sərdar Rəşid təyin olundu.