KABİNƏ

[ fr. ]
1. Budka şəklində kiçik otaq. Səsvermə kabinəsi. Pilot kabinəsi. Yük maşınının kabinəsi. Telefon kabinəsi.
– Endi qəhrəmanım səmadan yerə; Çıxdı kabinədən, daldı göylərə. M.Rahim.
Mədəd zor-güc Gülşəni kabinədə oturtdu. Ə.Vəliyev.

2. bax kabinet 2-ci mənada.
Nazir onları öz kabinəsində qəbul etdi. S.Hüseyn.
Səhnədə müstəntiqin kabinəsi qarşısındakı otaq göstərilir. S.Rəhman.

3. bax kabinet 6-cı mənada.
[Hacı Səməd xanın] yerinə Tehran kabinəsinin məsləhəti ilə müavini Sərdar Rəşid təyin olundu. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KABİNƏ 1. KABİNƏ (minik maşınlarında kiçik otaq) Şofer kabinənin qapısını açıb onu [Firəngizi] maşına dəvət etdi (B
KABİNETÇİLİK
KABİNKA
OBASTAN VİKİ
Kabinə
Kabinə — sərnişinlərin səyahət etdiyi kokpit və yük bölməsindən başqa təyyarələrdəki hissəyə verilən addır. Düz bir uçuş rejimi əsnasında təyyarənin qalxdığı hündürlükdə atmosfer təzyiqi çox aşağı olduğundan, sərnişinlərin oksigen dəstəyi olmadan səfəri davam etdirməsi qeyri-mümkündür. Buna görə kabinələrə süni şəkildə təzyiq edilir. Ticarət məqsədli hava nəqliyyatında kabin bütün təyyarələrdə müəyyən siniflərə bölünür. Xüsusiyyətləri aviaşirkətlərə görə fərqlənən bu səyahət siniflərindən ən çox yayılanları business class (biznes sinfi) və ekonom sinifləridir. Siniflərarası ayrılma bir panel və ya pərdə vasitəsilə həyata keçirilir. Oturma yerləri, istirahət zonaları, xidməti avadanlıqların saxlanıldığı yerlər, (mətbəx) tualetlər də kabinənin bir hissəsi hesab olunur.
Pilot kabinəsi
Pilot kabinəsi (ing. cockpit) — əsasən uçan vasitələrdə, ümumiyyətlə isə bir vasitənin sürücüsünün olduğu hissəyə verilən addır.

Digər lüğətlərdə

вы́гнести вы́печься домови́тость неосталини́стский перезабыва́ть переши́ть прибро́ска радиоаппарату́ра размётывать скобли́ть судопроизво́дство весна́ воркотня́ иску́сность овсю́г перегно́й подотчётность пройти через чистилище рази́нуть apastron auspice неприкрашенный несмышлёныш ничтожный шлюз